Ürəyimi asmışam bir yarımçıq misradan
Saqif
***
Dünən dəfn eləmişəm bir sevgini içimdə,
İndi məzarı üstdən ağlamaqdan gəlirəm.
Ürəyimi qoymuşdum gül əvəzi, darıxmış,
Səhər qaçıb yanına yoxlamaqdan gəlirəm.
Daha gəlib axtarma məni, mən də ölmüşəm,
Çox aradım, tapmadım... gördüm səndə ölmüşəm.
Xəbərim yoxmuş, səni sevən gündən ölmüşəm,
Öz əlimlə gözümü bağlamaqdan gəlirəm.
Kim görsə, donar qanı, yox, belə zülm olmaz,
Mənim kimi ölənə bir daha ölüm olmaz.
Öz başıma tökməyə bir ovuc külüm olmaz...
Qaysaq tutan yaramı dağlamaqdan gəlirəm.
Kəndirimi kəsmişəm, qalsın divin yanında,
Sən də asıl saçından bir az sevin yanında...
Dayanıb sən yıxdığın tənha evin yanında
Nişan alıb könlümü oxlamaqdan gəlirəm.
Nə gələn var, nə gedən... vaxt bir qamış tütəkdi,
Ömrüm-günüm yalanmış, xatirələr gerçəkdi,
Bir kitabın içində unutduğum çiçəkdi...
Onu basıb bağrıma qoxlamaqdan gəlirəm.
***
Mən sənin bir yay günü keçib getdiyin şəhər,
Heç özün də bilmədən ayaqüstü dayandıng
Xəbərin yoxdu bəlkə min ildi yuxudaydın,
Bu da qismətdi belə, məni görüb oyandın.
Nə vaxtdı susamışdın bir sevgidən ötəri,
Elə onu gəzirdin dirilik suyu kimi.
Bir gecənin içində çıxmışdı qanadların,
Ömrün son nəğməsini oxuyan bir qu kimi.
Bir saatlıq düşmüşdün
bir ömrün qatarından,
Bir qəfil
qonaq idin bir nakam məhəbbətə.
Bəlkə də bütün
yollar ayrılıqdan
başlayır,
Bəlkə də bütün
yolar gedir üzü həsrətə...
Bu qəfil görüş
nəydi?!
Belə də qismət olar?!
Əllərimin içində buza döndü əllərin.
Sən getdin... onda bildim, heyf, ömür
bir andı,
Bir ömür
səyriyəcək səndən
ötrü gözlərim.
Mən çoxdan unutmuşam sevinməyin dadını,
Nə vaxtdı
göz yaşımı
qurudub duz yığıram.
Bir səhra qəribsəyir hər gün məndən ötəri,
Mən hər gecə gizlicə öz içimə yağıram...
***
Sınadım, sınıq çıxdı,
çox heyf
"can" deyənlər,
Eh... ürək qızdırmağa
bir adam
da qalmadı.
Neyləsin bu qürbətdə
bəs indi pərvanələr,
Başına dolanmağa bircə şam da qalmadı.
Bitdi kəpənək ömrü
arzumun, həvəsimin,
Gizlicə dəfn elədim ürəyimin başında.
Əllərimi gül kimi qoydum üstünə hərdən,
Bəlkə bir gün göyərdi-gözlərimin yaşından...
Sonra yığdım tozunu, xatirətək saxladım,
Misra-misra dirildi barmağımın
ucunda.
Ürəyim puçurladı hər
gələn yaza doğru,
Hər gecə
su içdikcə ayrılığın ovcundan.
Elə sındı içimdə
şüşə-şüşə ümidlər,
Qırıq-qırıq nəğməsi heç
dodağa çatmadı.
Nə vaxtdı başlamışam
şeir-şeir ölməyə,
Bəlkə elə söz ömrüm son varağa çatmadı.
***
Gör necə həvəsin var ürəyimi üzməyə,
Yoxsa ləzzət
alırsan çəkdiyim
hər əzabdan.
O qədər sabah
var ki! Gələ,
ya da gəlməyə,
Söz verirəm
unudum daha səni sabahdan.
Ünvanını unutmuş bir uşaqdı əllərim,
Elə təzə
qoymuşdum ürəyimin
üstünə.
Sən gedəndən ömrümə
əsir payız yelləri,
Bir ürəkdi
mənimki... o da durub qəsdimə.
Dərd
deməyə nə bir kəs, nə
də elə üzüm var;
Gizlicə gümüldənib pıçıldayım
özümə.
İstədim qoyub gözə
həsrətini azıdım,
Ha qaçdım, kölgəm
kimi düşüb gəldi izimə.
Çox
görüşmək istədik...heyf, qismət olmadı,
Eh... bizim sevincimiz keçib getdi bu yazdan.
Biz bir olana kimi
gör bir nələr olmadı...
Yüz özünə
uşaqtək gəmi
düzəlt kağızdan.
Ha arzula, ha istə, geriyə dönmək olmur,
Mən çoxdan
axıtmışam heyf
ki suya ömrü.
Gün doğan pəncərədi
başlayan hər təzə gün,
Bəlkə baxdım, verməsəm
qəfil yuxuya ömrü...
***
Onsuz bu yer üzündə
yerim elə dardı kig
İçimdə eşq var deyə
yerə-göyə sığmıram.
Göz yaşımı səpirəm
sevdamın yollarına,
Sonra utandığımdan
birini də yığmıram.
Hələ ki ikimizik, bir kimsə yox bu yolda,
Bəxtimiz gətiribdi, deyəsən
gəlhagəldi.
Başımız qarışıbdı bir səsin harayına,
Yoldaş gözəl olanda yol getmək də gözəldi.
Adəmin
unutduğu ilk sözdən
doğulmuşuq,
Sən yalın
əl olandan - mən də yanar bir közəm.
Göydəki ildırımlar ruhumuzun
rəqsidi,
Sən bir az könülsüzsən, mən
bir az ürəksizəmg
Günahı çiynimizə aşırıb
da gedirik,
Mərhəməti böyükdü, Tanrı
bir gün bağışlarg
Ömür-gün səhrasında su
gəzən divanəyik,
Əlini
tut altınag bax, başladı yağışlarg
***
Ürəyimi asmışam
bir yarımçıq
misradan.
Hönkürüb ağlasam da
görməz məni
bir adam...
Sən də baxdın, görmədin,
içimdəki buludu.
Bir ümid saxlamışdım,
heyf... göz yaşım yudu.
Şükür, danışdıq bir
az,
bəlkə sonuncu dəfə...
Sözün güllədən betər,
Dayanma, sıx hədəfə!
Bəlkə də vaxtdı
elə,
saxlama yoldan məni.
Durma, bitir bu şeri,
qoy sonuncu
nöqtəni...
Ədalət.-2017.-16 dekabr.-S.16.