ODLAR DİYARI
Əyyub Paşa
Hüsnünə baxmaqdan doymayır ürək,
Həmişə qoynunda müjdə bitirək,
Oğullar böyüdək, qızlar yetirək,
Budur millətimin arzusu, varı -
Ey əziz vətənim - Odlar diyarı!
Bakımın səhəri necə də aldır,
Bayrağı salamla, başını qaldır,
Çaldığım zəfərlər xalqı ucaldır,
Zəhmətdi, hünərdi günün meyarı -
Ey əziz vətənim - Odlar diyarı!
Zümrüd binaların işığı rəng-rəng,
Xəzər ləpələnir, dəyişir ahəng,
Koroğlu düşmənlə eyləyərsə cəng,
Nəbinin, Kərəmin sınmaz vüqarı -
Ey əziz vətənim - Odlar diyarı!
Gül-çiçək içində bağça-bağım var,
Qara qızıl axan min yatağım var,
Gəzməli, görməli çox
yaylağım var,
Çağırım qoynuna sevimli yarı -
Ey əziz vətənim - Odlar diyarı!
Vətənim heç zaman düşməsin dara,
Ona toxunammaz hər qəlbi qara,
Baxıb
sevinirəm gələn
bahara,
Çiçəkli bağların alması, narı -
Ey əziz vətənim - Odlar diyarı!
ÜRƏK AĞRIYANDA
Korşalır ağılım, özümdə
olmur,
Ürək ağrıyanda, qəlb
ağrıyanda,
Dodağım səyriyir, gözlərim
dolur,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Sakitlik gəzirəm - bir bulaq başı,
Könlümü oxşayan ürək
sirdaşı,
Dərdə məlhəm olmaz
dilbilməz, naşı,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Atlanam, dağların döşünə
varam,
Bax onda sağalar qövr edən yaram,
Soram çiçəklərdən nərgizi, soram,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Tənhalıq qəlbimi sıxır
aramsız,
Yetimə
dönmüşəm dağsız,
aransız,
Keçməyir bir anım qovğa, boransız,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Dağlar
ovundurur məni anatək,
Sevirəm, sevəcəm onu
sonadək,
Dağların havası dərmandı
gerçək,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Bənövşənin ətri əvəzsiz dərman,
Ürək yorulanda zirvəyə
dırman,
Qocalan ömrümə kim
yazdı fərman,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Qalmışam xoş günə,
xoş ana möhtac,
Umuram dağlardan dərdimə əlac,
Elin sevgisinə oluram möhtac,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Payız
sazağından saralar
yarpaq,
Dincələr məhsulu yığılan
torpaq,
Adamı
qmayar ağıldan qıvraq,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Məni
öldürəcək elin
qınağı,
Töhmətdən sönəcək tale çırağı,
Tökülür ömrümün payız
yarpağı,
Ürək ağrıyanda, qəlb ağrıyanda.
Dağlar
anam kimi dərdimi aldı,
Sevdalı gəncliyim dağlarda
qaldı,
Deyir dostlarım da Paşa qocaldı -
Ürək ağrıyanda, qəlb ağrıyanda.
QOCALAR, ay qocalar
Bal olur dağlaın bulağı, çayı,
Qaynayır sinəmdə misranın
sayı,
Sevincmi,
kədərmi qocanın
payı,
Qocalar,
ay qocalar!
Minər
Dilboz atı, çapar elinə,
At belində nəğmə
qonar dilinə,
Titrəyən əlini çəkər
telinə,
Qocalar,
ay qocalar!
Xəyalı bulaqlar başına
varar,
Dostlarla
oturar, dostlarla durar,
Övlada,
nəvəyə məclislər
qurar,
Qocalar,
ay qocalar!
Görər naqislərin alçaqlığını,
İgidin,
ərənin qoçaqlığını,
Gizləyər xəstəlik, naçarlığını,
Qocalar,
ay qocalar!
İşini qanunlar əlindən
alar,
Təqaüd puluna möhtac da qalar,
Bu dərddən həm sınar, həm də qocalar,
Qocalar,
ay qocalar!
***
Dörd
divar içində keçirər qışı,
Sozalar gözləri, ağrıyar
başı,
Əzizlər keçmişi, cavanlıq
yaşı,
Qocalar,
ay qocalar!
Küsəyən qəlbini ovundurar
saz,
Sızlayar bədəni düşəndə
ayaz,
Üşüyən vücudun məlhəmidi yaz,
Qocalar,
ay qocalar!
Könül qəhərlənər, gözdən yaş axar,
Sakit, oğrun-oğrun sabaha baxar,
Bu anlar Paşanm qəlbini sıxar,
Qocalar,
ay qocalar!
DAĞLAR
Görən yerindəmi "Quzu
bulağı",
"Dəlidağ", "Naltökən",
"Maralca dağı",
Yanmır,
binələrin sönüb
çırağı,
Sinəmə çəkiblər bu dağı, dağlar.
"Kərəm bazarı"nın üst yanı meşə,
Dünyada tapılmaz belə
bir guşə,
Bu hicran sinəmi az qalır
deşə,
Qanıma hopubdu dərd, ağı, dağlar.
"Dilcan dərəsi"ni görəydim bir də,
Dilbozu
"Şinkar"a sürəydim
bir də,
Canımı tapşırıb öləydim
burda,
Ana qucağında sübh
çağı, dağlar.
Qəlbimi dondurub bu şaxta, ayaz,
Neçə illər keçdi
bizsiz bahar, yaz,
Sızlayan ürəyim belə
yaşamaz,
Sizsiz pozulubdu
növrağı, dağlar.
Dövlət bir kəhərdi
- yüyəni tut sən,
Siyasət sonsuzdu, anla, unut sən,
Dərdimi Qazana, Qorquda desəm,
Qaytara bilərmi
torpağı, dağlar.
Yaşadar dostluğu kəsdiyin
çörək,
Düşməndən qorxarmı təpərli ürək?
Unutma heç zaman Əyyub Paşatək,
Təbiət vurğunu, qonağı, dağlar.
ELİM
QAZAXDI
İlhamım çay kimi axdı, duruldu,
Gəncliyin o şahlıq taxtı
quruldu,
Alagöz
pəriyə könül
vuruldu,
Ucaldı
ömrümün amalı,
baxtı -
Mənə ilham verən elim Qazaxdı.
Tanrınnı hikməti sinəmə doldu,
Məhəbbət yolunda könül qul oldu,
Kamillik həyatdı, sınaqdı, yoldu,
Quruldu qəlbimdə Göytürkün taxtı -
Sufıyəm, Oğuzam - elim Qazaxdı.
Yandı yurd yerinin odu, ocağı,
Pir imiş anamın cənnət qucağı,
Böyüdü, boy atdı ana uşağı,
Gözümdən sinəmə "Damcılı"m axdı,
Obam Daşsalahlı - elim Qazaxdı.
Qəriblik kök salıb sinəmdə bir az,
İllərim, aylarım ləkəsiz, bəyaz,
Laylamı sən çaldm, ay sədəfli saz,
Ömür yarı oldu, şimşəkmi çaxdı -
Mənə arxa olan elim
Qazaxdı.
Tanrımın verdiyi qismət
donarmış,
Anasız
körpələr qəmdən
yanarmış,
Tənhalıq Tanrıdan ölüm
umarmış,
Sızıltı sinəmi yandırıb-yaxdı
-
Məni ovunduran elim Qazaxdı.
Düşüncəm, niyyətim, arzumla qoşa,
Kədərli günləri tək
vurdum başa,
Namusum, vicdanım dedi: - tək yaşa,
El-obam üzümə hörmətlə baxdı
-
İsmətim, qeyrətim, elim Qazaxdı.
Sevinir ürəyim Qazax deyəndə,
Alın
yazısını pozammaz
bəndə,
Torpağı Paşanı çağırır
kəndə,
İstəyi, arzusu, diləyi
Haqdı -
Onun son mənzili
elim Qazaxdı.
Ədalət 2017.- 19 dekabr.- S.8.