Molla Pənah Vaqif
və Qarabağ ədəbi mühiti
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Azərbaycan xalqının XVIII əsrdə
yetirdiyi ədəbi şəxsiyyətlərin ən
qüdrətlisi Molla Pənah Vaqifdir. Onun yaradıcılığı
Azərbaycan poetik düşüncə və
bədii-estetik fikri tarixində yeni bir mərhələ açmışdır. M.P.Vaqif milli
poeziyanın, realist bədii
şeirin banisi, Yaxın və Orta Şərqdə ictimai şüur hərəkatının böyük
avanqardı və ideoloqudur.
Bir mütəfəkkir-şair, ictimai
xadim, böyük sənətkar kimi qədim və zəngin ənənələr
üzərində yetişdiyinə
baxmayaraq, M.P.Vaqifin titanik fəaliyyətinin bir çox sahələri haqqında danışarkən "ilk" sözünə, "birinci"
təyininə dönə-dönə
müraciət etmək
lazım gəlir. Yəni tarix, ictimai gerçəklik bütün
şüurlu həyatını
təmənnasız olaraq
xalqın tərəqqisi
işinə həsr etmiş bu alovlu
ürək və
nadir yaradıcı təfəkkür
sahibinin çiyinlərinə,
neçə-neçə müasirinin
gücü çatmayan
çox ağır vəzifələr qoymuşdu.
Böyük iftixar hissi ilə etiraf edirik ki, M.P.Vaqif
təkcə Azərbaycanda
deyil, bütün Yaxın Şərqdə yüksək dərəcədə
aydın konsepsiyaya malik ilk realist poeziyanın
banisidir... Bu tarixi
ədəbi hadisə
necə baş veribdir?
Akademik Kamal Abdullanın belə bir deyimi
var: "Mətnlə
oynamaq!" İki sözdən ibarət bu fikirə bir monoqrafiyalıq məna, məzmun sığışıbdır! Görkəmli yazıçı
və akademikin söyləmində bu, " Mövcud mətnlərin başqa, tanış olmayan interpretasiyası (kimi buna deşifrə deyir...), başqa məzmunun köhnə formada imitasiyasıdır...."
Bu fikri perefraz edəsi olsaq M.P.Vaqif xalq şeir şəkillərinin
məlum-məşhur mətnləri
ilə oynayaraq onları məna və məznunca, ruhca tamamilə yeni bir axara
saldı, onda da, "başqa (deyək ki, yeni) məzmunun köhnə formada (qoşmda, gəraylıda,
müxəmməsdə) imitasiyası
hadisəsi baş verdi və
bununla da, poeziyada yeni bir mərhələnin başlanğıcını qoymağa
nail oldu...
Akademik İsa Həbibbəyli yazır: "Molla Pənah Vaqif çoxəsrlik Azərbaycan
şeirində ilk dəfə
olaraq "qəzəli-aşiqanə"dən
imtina edib, realist cizgilərə əsaslanan
yeni tipli məhəbbət şeirləri
yaratmışdır. ...Molla
Pənah Vaqif Məhəmməd Füzulidən
sonrakı və Mirzə Fətəli Axundzadədən əvvəlki
dövr Azərbaycan realizminin yaradıcısıdır".
M.P.Vaqif poetik irsi böyük
ənənlərə söykəndiyindən
belə cazibədar olmuş və yeni mərhələnin əsasını yarada bilmişdir. Qaracaoğlan
(1606-1674), Aşıq Ömər
(1630 - 1707), Aşıq Abbas
Tufarqanlı (XVI yüzilin
sonları - XVII yüzilin
əvvəlləri), Sarı
Aşıq (XVII yüzil)
və başqaları
ondan əvvəl yaşamış-yaratmış, Xəstə Qasım
(1684-1760), Aşıq Valeh
(1729-1822), Ağ Aşıq
(Aşıq Allahverdi
- 1754 - 1860) və bu kimi el sənətkarları
isə onun müasiri olmuşlar.
Görk üçün iki misala müraciət edək. Abbas Tufarqanlı:
Oğrun
yollara baxmaqdan,
Bağrım qan oldu, gəlmədi.
Ağlamaqdan eynim yaşı,
Bir ümman
oldu, gəlmədi.
M.P.Vaqifdə:
Baddi-səba, bir müjdə ver könlümə.
Ol güli-xəndanım
neçin gəlmədi?
Xəyalım şəhrini qoydu
divanə,
Sərvərim, sultanım neçün gəlmədi?
Sarı
Aşıq:
Əyibdi
qəddimi qaşların
tağı,
Qəsd
eləyib şirin cana gözlərin.
Bu qədər şux baxıb, aşiq, öldürmə,
Heyifdi batmasın
qana gözlərin.
M.P.Vaqifdə:
Vaqif ki, düşübdür əqlü kamaldan,
Əskik
olmaz başı qovğadan, qaldan,
Nə zülflərdən bilin, nə xəttü xaldan,
Eyləyibdir onu divana gözlər.
Sarı
Aşıqda lirik qəhrəman "Şirin
cana qəsd etləyir", M.P.Vaqifdə
"onu divanə"
eyləyir - motiv eyni olmasa da,
oxşardır, Vaqifin
şux ovqatı ilə səsləşir...
Sonrakı dövrdə, Aşıq Alı yaradıcılığında
isə M.P.Vaqif poeziya havasının davamını müşahidə
edirik. Aşıq Alının "Görmədim"
gəraylısı buna
əyani sübutdur:
Viranə
bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Bivəfa
sözündən çox
cəfa çəkdim,
Bəslədim budağın, barın görmədim.
Belə
misalların sayı onlarcadır və bütün bunlar bir daha göstərir
ki, M.P.Vaqif Azərbaycan poeziyasının
yeni mərhələsinin
banisi kimi özündən əvvəlki
ənənədən ustalıqla
bəhrələnmişdir və ondan da,
bolluca bəhrələnmişlər...
M.P.Vaqif Qazaxda doğulsa da, onun poetik
ruhunu formalaşdıran,
bir ustad sənətkar kimi yetişdirən XVIII əsr
Qarabağ ədəbi
mühiti olmuşdur.
Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə
Şuşa özünün parlaq bir dövrunü - çiçəklənmə, tərəqqi, mədəniyyat
dövrünü başlamışdı.
Şəhərdə əsas ictimai
qüvvəyə çevrilmiş
sənətkarlar ordusu
əmələ gəlmiş,
burda xalq təfəkkürünün ən
gözəl abidələrini
yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zövqlü
zəka sahibləri, yaradıcı qüvvələr
toplaşmışdı. Şuşa həm də poeziya mərkəzi kimi formalaşmağa başlamış, Molla Pənah Vaqif başda olmaqla Qarabağ ədəbi mühiti yaranmışdı.
Molla Əli Xəlifə, Molla Zeynalabdin və bir çox
başqa şairlər
Vaqif ədəbi məktəbinin içtirakçıları
kimi hələ o dövrdə tanınırdılar.
Böyük şair Molla Pənah Vaqif 1759-cu ildə Şuşanı özünə
vətən seçərkən
İbrahimxəlil xana
yazdığı bir fəxriyyədə deyirdi:
Qarabağ içrə bir
şair Kəlimullah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti beyzadır.
Bu misralardan məlum olur ki, Vaqif
Qarabağa köçən
zamana qədər Şuşa qalasında
Musa Kəlimullah adlı
məşhur bir şair yaşayıb-yaradırmış.
Və o da aydın olur
ki, Musa Kəlimullah
XVIII əsr Qarabağ
poeziya məktəbinin
ilk rüşeymini yaradanlardan
biri olmuş və bu məktəb
sonralar inkişaf edərək M.P.Vaqifin şəxsində özünün
ən yüksək pilləsinə qalxmışdır.
Həmçinin, Qarabağda
"mövzun bayatı
dəsti" olması
da bu beyitdə
təstiqini tapır ki, burada da,
M.P.Vaqifin sələfi
olan Sarı Aşıq yada düşür... Yəni,
bunu nəzərə çatdırmaq istəyirik
ki, M.P.Vaqifin Qarabağa, Şuşaya gəlişinə qədər
burada sayılan, seçilən bir poetik mühit mövcud idi və M.P.Vaqif bu mühitin genişlənməsin və
dərinləşməsinə səbəb oldu...
M.P.Vaqif öz ənənələri
ilə seçilən
ədəbi məktəb
yaratmış ölməz
sənətkardır. Onun klassik
bədii fikir salnaməmizin parlaq səhifələrindən birini
təşkil edən irsi müasir dövrdə də, insanların əxlaqi-mənəvi
kamilləşməsinə xidmət edir.
Azərbaycan tarixinə siyasi xadim kimi də daxil olan M.P.Vaqif hər zaman taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Qarabağ xanlığının baş vəziri, dövlət xadimi, diplomat olmuş şair Azərbaycan xanlıqları arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib. Bu onun ictimai nüfuzudur... Onun ədəbi nüfuzu da, heç ictimai nüfuzundan əksik olmamış, əksinə bir-birini tamamlamışdır...
Bir məsələni, yeri gəlmişkən, xatırladım ki, Müstəqillik illəri ədəbiyyatşünaslığında ilk dəfə "Qarabağ ədəbi mühiti" (2001) tədqiqatını mən aparmışam.
Bu tədqiqatda VII əsrdə Bərdəli Davdaqdan tutmuş, XXI əsrə qədər Qarabağdan çıxmış bütün şair və üləmalar barəsində, xronoloji ardıcıllıqla məlumat vermişdim. Sonralar bu ideya yaxşı ki, genişləndi və mənim təklif etdyim struktur dönə-dönə müxtəlif müəlliflər tərəfindən təkrarlandısa da, yaxşı olmayan və məni ağrıdan o oldu ki, biri də, ilk mənbəi xatırlatmadı...
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardandır.
Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan sənətkardır. Onun yaradıcılığı ədəbiyyatımızın yüksəliş tarixində şəksiz yeni bir mərhələnin başlanğıcıdır.
M.P.Vaqifin öz dövründə yaşayan şairlərin, demək olar ki, hamısı onun poeziyasının və ilhamının təsir dairəsində olmuşlar. Onun həməsri olan aşıq Əlağa Qaracadaği Kəlibərinin Molla Pənaha həsr etdiyi şeir sübut edir ki, Vaqifin dövründə yazıb-yaradan şair və aşıqlar onun yaradıcılığına, şəxsiyyətinə yaxından bələd olublar, nəinki, onun təsiri ilə yazıb-yaradıblar, hətta ona ustad gözü ilə baxaraq Vaqifə şeirlər də həsr ediblər...
(ardı
gələn sayımızda)
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 21 dekabr.- S.7.