Akademik Ömər Eldarovun 90 illiyi qeyd olundu
Dünən Azərbaycan Milli
Elmlər Akademiyası
Alimlər evinin təşkilatçılığı ilə görkəmli heykəltəraş, Xalq rəssamı, bu günlərdə “Heydər
Əliyev” ordeni ilə təltif edilən akademik Ömər Eldarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə akademik Ömər Eldarovun yaradıcılığını əks etdirən sərgiyə baxış
keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə
Xalq rəssamının
ömür yolundan, yaradıcılıq fəaliyyətindən,
mədəniyyətimizi zənginləşdirən
incəsənət nümunələrindən
danışıb.
Akademik A.Əlizadə onun əl işlərinin dünyanın muzey mərkəzlərində, beynəlxalq
müsabiqələrdə sərgiləndiyini
qeyd edərək ulu öndər Heydər Əliyev, görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyeva, o cümlədən,
bir sıra tarixi şəxsiyyətlərə
həsr edilmiş abidələrin məhz Ömər Eldarovun adı ilə bağlı olduğunu vurğulayıb: “Unikal talanta sahib bu insanın əsərlərinə
ekskursiya edərək
onu demək istəyirəm ki, Zərifə xanımın,
Həsən bəy Zərdabi, İbn Sina, Niyazi, Hüseyn
Cavid, Müslüm Maqomayevin xatirə heykəlləri, xüsusən
Ulu öndərin Fəxri Xiyabanda qoyulan heykəli, eləcə də “Bacılar”, “İlin 4 fəsli” əsərləri
onun yaratdığı
canlı əfsanələrdir”.
AMEA rəhbəri əsərləri
sərhədləri aşan
sənətkarın Azərbaycanın
dünya heykəltəraşlıq
sahəsində tanınmasına
töhfəsini verdiyini,
məşhur heykəltəraşın
yaratdığı mədəniyyət
incilərinin tariximizdə
iz qoyduğunu deyib.
Tədbirdə Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə yubilyarın Azərbaycan mədəniyyət tarixindəki
xidmətlərindən danışaraq
monumental heykəltəraşlığın
inkişafında özünəməxsus
üslub formalaşdırdığını
dilə gətirib. Ömər Eldarovun
müəllifi olduğu
abidə kompleksləri,
heykəllər, qəbirüstü
və xatirə abidələrində aparıcı
sujet xətti, fərdi üslub və incəsənətimizə
xas nadir xüsusiyyətlərin
hər zaman öz əksini tapdığını bildirib.
Hiss və duyğulardan
ilhamlanaraq daş üzərinə həkk olunan mədəniyyət nümunələrinin janr
xüsusiyyətlərindən danışan bəstəkar
heykəltəraşlıq abidələrinin musiqi əsərləri ilə müqayisə edilə biləcəyini vurğulayıb.
Yubileydə iştirak edən Xalq yazıçısı
Çingiz Abdullayev “Ömər Eldarov olmasaydı, Bakı belə gözəl şəhər olmazdı”
cümləsiylə nitqinə
başlayaraq onu şəxsən tanıyan
bir insan kimi fərdi keyfiyyətlərindən, yaradıcılıq
yolundan, Rəssamlıq
Akademiyasında rektorluq
fəaliyyətindən, tələbələrə
qayğısından və
bir sıra müsbət xüsusiyyətlərindən
söz açıb.
AMEA Memarlıq və
İncəsənət İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə bu yaxınlarda institutu tərəfindən
Ömər Eldarovun yubileyinə həsr olunmuş elmi sessiya keçirildiyini qeyd edib. Ömər Eldarovun
hərəkətsiz abidələri
hərəkətə gətirərək
göz oxşadığını
deyən Ərtegin Salamzadə rəssamın
obrazları tamaşaçıya
mahir ustaqlıqla təqdim etməyi bacaran nadir sənətkarlardan
olduğunu bildirib.
Azərbaycan Memarlar İttifaqının
sədri, professor Elbay
Qasımzadə, Azərbaycan
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağəli
İbrahimov çıxış
edərək yubilyarın
xidmətlərindən danışıb,
akademikə xoş arzularını çatdırıblar.
Görkəmli sənətkar tədbirin təşkilatçılarına və çıxışçılara
minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2017.- 23 dekabr.- S.32.