Yunus Oğuzun
“Atabəy Eldəniz” romanının təqdimatı olub
Bu
gün Azərbaycan Milli Elmlər Akademiyasında Yunus
Oğuzun "Atabəy Eldəniz" tarixi romanının təqdimatı
keçirilib.
Trend-in məlumatına görə,
AMEA-nın vitse prezidenti, Ədəbiyyat Institutunun direktoru, akademik Isa Həbibbəyli
bildirib ki, "Atabəy Eldəniz" kitabı həm də elmi əsər hesab edilə bilər. Çünki bu əsərin
yazılmasında elmi
araşdırmaların nəticələrindən
istifadə olunub.
İ.Həbibbəyli bildirib ki, müstəqillik
dövründə həm
kəmiyyət, həm
də keyfiyyət baxımından yüksək
səviyyəli tarixi romanlar ortaya qoyulub.
Yunus Oğuzun
əsərlərində onu
cəlb edən əsas məqamları açıqlayan akademik qeyd edib ki,
onun romanlarında tarixilik və bədiilik mütləq şəkildə birləşib. Onun yaradıcılığında müasirlik oxucunu cəlb edən xüsusiyyətlərdəndir: "Onun oxucuya dediyi
sözün içində
millilik, azərbaycançılıq
da var .Yunus
Oğuz tarixi romanlarını tarixilik naminə yazmır. O, əsərlərini yazarkən
dərindən araşdırma
aparır. Yunus Oğuz müstəqil
Azərbaycan ədəbiyyatında
tarixi dövr məktəbi yaratmaqda iddialıdır".
Ədəbiyyat Institutunun Azərbaycan
ədəbiyyatı şöbəsinin
əməkdaşı Elnarə
Qaragözova "Yunus
Oğuzun "Atabəy
Eldəniz " romanında tarix və şəxsiyyət faktoru" adlı məruzə ilə çıxış edib.
O qeyd edib ki, tarixi faktların
bədii formada təqdim edilməsi onun daha asan
qavramasına səbəb
olur: "Tarixi faktların mistik fikirlər olmadan təqdim edilməsi tarixin gənc nəslə çatdırılması
üçün çox
əhəmiyyətlidir. Bu baxımdan
"Atabəy Eldəniz " əsərində tarixi şəxsiyyət yaradılıb.
Tarixi şəxsiyyəti səciyyələndirən
əsas xüsusiyyət
inadkarlıq və cəsarətdir. Yunus Oğuz
əsərində bunu
yarada bilib".
E.Qaragözova əlavə edib ki, əsərdə tarixi faktlara söykənməyən yeganə
obraz "baş dədə" obrazıdır. O da hadisələri kənardan
izləyir, öz fikirlərini bildirir: "Onun üçün əsas olan tarixin taleyidir".
Millət vəkili Nizami Cəfərov deyib ki, Yunus Oğuzun
əsərlərində koloritə,
uzun təfsilatlara yol verilmir. Bu da onu digər
roman müəlliflərindən fərqləndirən əsas
xüsusiyyətlərdən və üstünlüklərindən
biridir.
Yunus Oğuzun
əsərlərində müasirliyin
də xüsusi rol oynadığını
deyən N.Cəfərov
qeyd edib ki, müəllif əsərlərində bu
gün ilə keçmişi əlaqələndirir.
Əsəri türk dilinə tərcümə edən Hüseyn Adıgözəlov
deyib ki, türk dünyasının
tarixi təhrif olunub. Buna görə də
türk dünyasının
tarixinin yenidən təqdim edilməsinə ehtiyac var. Bu baxımdan
"Atabəy Eldəniz " romanını yüksək
dəyərləndirən H.Adıgözəlov
Yunus Oğuzun türk dünyasının
tarixinə tamam yeni baxışla baxdığını söyləyib.
Tədbirdə çıxış edən
digər şəxslər
də kitab haqqında öz fikirlərini bölüşüblər.
Sonda çıxış
edən Yunus Oğuz tədbiri təşkil etdiyinə görə Ədəbiyyat
Institutuna təşəkkür
edib.
O qeyd edib
ki, əsərinin Ədəbiyyat Institutunda müzakirə edilməsi onun üçün böyük fəxrdir.
Ədalət 2017.- 26 dekabr.- S.7.