Aktyor öz rolunun vəkili olmalıdı”

 

Dövlət Rus Dram Teatrının aktyoru Maqsud Məmmədovun fikrincə, teatr sahəsində güclü islahatlara ehtiyac var

 

Həmin gün aktyor Maqsud Məmmədov yorğun görünsə gözlərindəki sevinci hiss etməmək mümkün deyildi. Çalışdığı Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında premyera bir neçə dəqiqə əvvəl başa çatmışdı. Yeni tamaşada baş rollardan birini oynayan həmsöhbətimi tamaşaçılar səhnədən alqışlarla yola salmışdılar, həmkarları isə onu qrim otağında təbrik etməkdə idilər. Belə qələbəlikdə müsahibə almağın mümkün olmayacağını görüb daha uyğun vaxtda görüşmək qərarına gəldik.

 

Maqsud Məmmədov 1994-cü ildən Dövlət Rus Dram Teatrında çalışır, həmsöhbətim bu illər ərzində Alban Hersoqu (Şekspir "Kral Lir”), Şapur (S. Vurğun "Fərhad Şirin”), Tomas Mor (Q. Qorin "Kral oyunları”), Aktyor (Elçin "Salam, mən sizin dayınızam”), Şöklü Məlik (Nəbi Xəzri "Burla xatun”), Kazımbəyov (M. İbrahimbəyov "Neft bumu”), Jon Vallone ( X. Berqer "Daha bir Cekson”), Səfər xan (Qurban Səid "Əli Nino”), Naməlum (M. Lermontov "Maskarad”) kimi bir-birindən fərqli rollar oynayıb. Kino rejissorların da diqqətini çəkə bilib, "Bir anın həqiqəti”, " gözəldir bu dünya”, "Qırmızı bağkimi filmlərdə çəkilib. "Qırmızı bağ”dakı roluna görə Türkiyənin Trabzon şəhərində keçirilən Beynəlxalq Film Festivalında "Ən yaxşı kişi roluödülünü qazanıb.

İstedadlı aktyor Maqsud Məmmədov daha bir sahədə bacarıqlı mütəxəssis kimi tanınır, amma bu barədə bir qədər sonra...

 

- Alqışlardan belə başa düşdüm ki, "Məmətamaşaçıların xoşuna gəldi...

- Tamaşaçılarımızın belə reaksiyası başa düşüləndi. Tanınmış yazıçı-ssenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadənin "Məməpyesi müasir mövzudadır quruluşçu rejissor Emin Mirabdullayev tamaşanı eksentrik komediya kimi hazırlayıb. Bu gün bütün dünyada, eləcə Azərbaycanda qadınlar ön plana çıxıblar, onlar siyasətdə, ictimai həyatda, biznesdə fəallıq göstərirlər. Cəmiyyət həmin xanımların özləri bu cür fəallıqdan qazanır, buna gərək varmı? Natiq müəllimlə "Məmətamaşasının yaradıcı kollektivi bu suallara cavab axtarmağa çalışmışıq.

- "Məməçağırılan biznesmen qadın tamaşanın əvvəlində belə hesab edir ki, pul hər şeyə qadirdir. Amma sizin oynadığınız Professorla görüşəndən, kitab oxuyandan sonra isə onun həyata baxışı dəyişir...

- Yaşadığımız XXI əsr özü ilə xeyli problemlər gətirdi, insanlar mənəvi dəyərləri unudub maddiyyat arxasınca qaçmağa başladı. Bu gün kələk gəlməyə, aldatmağa görə heç kim qınanmır, çünki belə hallar adiləşib. Görürsən ki, bir nəfər küçədə sevinə-sevinə gedir, yaxınlaşıb səbəbini soruşanda kiməsə "atdığıməlum olur. Sərvət toplamaq insanın ali məqsədinə çevriləndə cəmiyyət ziyan çəkir. Pafoslu səslənsə insan bilməlidir ki, dünyadan köçəndə özü ilə heç apara bilməyəcək, ona görə qədər ömrü var, mənəvi zənginliyi barədə düşünməlidir. Bu tamaşadakı Professor obrazına gəlincə, sözün açığı, bu rolu oynamaq istəmirdim.

- Niyə?

- 25 ilə yaxındır ki, bu teatrda çalışıram, yəqin ki, xarici görünüşümdən, energetikamdan həmişə mənə mənfi rollar tapşırılıb. Quruluşçu rejissor "Məməpyesini oxumaq üçün verəndə gördüm ki, əsərdə yaşıma uyğun bircə rol var- Professor. Emin Mirabdullayevlə bir-birimizi tələbəlik illərindən tanıyırıq, onun bir neçə tamaşasında oynamışam. Dedim, Emin, Professor müsbət obrazdı, sən onu mənə verməyəcəksən yəqin. Söhbətimizdən belə məlum oldu ki, ilk gündən rejissor bu rolda elə məni görürmüş. Tamaşanın hazırlıq prosesində Eminlə xeyli müzakirə apardıq, yeni-yeni detallar axtarıb tapdıq. Bir aktyor kimi çalışdım ki, sonda maraqlı bir obraz təqdim edə bilim, ümid edirəm tamaşaçılar Professoru bəyənəcəklər.

Tam səmimi deyim ki, bu sənətə gələn gündən şöhrət, titul məni maraqlandırmayıb. Hesab edirəm prosesinin özü daha çox önəmlidir. Öz işimə arxeoloq kimi yanaşıram, rol üzərində çalışanda ayrı-ayrı hissələrdən bütöv bir obraz hazırlamağı sevirəm. Çünki mənə görə aktyor öz rolunun vəkili olmalıdı. Tutaq ki, mən "Burla xatuntamaşasında Şöklü Məliki oynayıram, tamaşaçıya inandırmalıyam axı Şöklü Məlik Qazan xandan niyə əvəz çıxır, özü bilə-bilə ölümə gedir.

- Onore de Balzakın "Polkovnik Şaberəsərində belə bir məqam var- Qodeşal öz yoldaşları ilə mərc gələrkən uduzacağı halda onları teatr tamaşasına qonaq edəcəyini deyir. Teatr biletindən mərc gəlmək Balzak dövründəmi qaldı?

- Avropada Rusiyada tarixən teatr elitar sənət sayılıb, ona görə teatr tamaşalarına biletlər baha olub. O zamanlar tamaşalar indikindən fərqli olaraq, 5-6 pərdəli idi, tutaq ki, sənin hansısa operanın 3-cü pərdəsindən xoşun gəlir, gedib həmin pərdəyə bilet alırdın. Çünki bütöv tamaşaya ancaq qraflar, knyazlar bilet ala bilirdi. Belə demək mümkünsə, əvvəllər teatr üç elementi özündə birləşdirib- incəsənət, biznes təbliğat. Bunlardan biri yerində olmayanda üçlük axsayıb. Ötən əsrin əvvəllərində Lenin siyasi quruluşu dəyişəndən sonra təbii ki, teatra da münasibət dəyişdi, biznes məsələsi ləğv edildi, əvəzində yenə təbliğat əlavə olundu. nəticədə alındı- təbliğat, təbliğat sonda incəsənət. Təbliğatı iki dəfə gücləndirən teatrın maliyyəsini ödəyən hökumət teatrın yaradıcılıq işlərinə diktə etməyə başladı.

- Etiraf edək ki, məhz həmin dövrdə böyük bir aktyor nəsli yetişdi, şedevr tamaşalar yarandı...

- Təbii, bunlar var idi, sənətkarlar da, sənət əsərləri də yaranırdı. Amma ümumilikdə teatr bir sənət olaraq axsayırdı. Çünki bayaq qeyd etdiyim kimi, vacib komponentlərdən biri-biznes sıradan çıxarılmışdı. Ötən əsrin sonlarında siyasi quruluş yenidən dəyişdi, bir ölkə olaraq müstəqillik qazandıq. Lakin təəssüf ki, teatra yanaşmanı hələ də dəyişə bilməmişik. Nə təbliğat normal qurulub, nə də biznes tərəfi düz-əməlli formalaşıb. Hesab edək ki, incəsənət gül toxumudu, təbliğat su, biznes də torpağdı. Torpaqsu olmadan toxum necə cücərə bilər? Mənim düşüncəmə görə, teatra münasibət kökündən dəyişməlidir, bu sahədə köklü islahat aparmağın vaxtı çoxdan çatıb. Özüislahat Mədəniyyət və Turizm Nazirliyindən başlayaraq ən kiçik teatr truppasını da əhatə etməlidir. Fikir verirsinizsə reklam düzgün qurulduğundan son illər kinoteatrlarımız fəaliyyətini bərpa etdi, yeniləri açıldı. Analoji proses teatrlarda da getməlidir, bunun başqa yolu yoxdur. Teatr biletlərinin qiymətini də qaldırmaq lazımdır. İmkanlar şəxslər övladlarının, nəvələrinin ad gününə kloun dəvət edirbir saatına 100 manat ödəyirlər və yaxud Rafaellə Coşqunun konsertinə ailəvi gedənlər təxminən 200 manat biletə pul xərcləyirlər. Belə adamlara deyəndə ki, bizim teatr tamaşalarına biletlərin qiyməti 6-10 manat arasındadır, təbii onlar başqa bir şey fikirləşir. Deyirlər 6 manata nə sənət göstərmək olar? Çox təəssüf ki, bu gün qiyməti sənətə deyil, məhz pula görə verirlər.

- Axı hamının da bahalı teatr bileti almağa imkanı yoxdur. Sizin təklifləriniz reallaşsa teatrlarımız olan-qalan tamaşaçılarını da itirə bilər...

- Ola bilsin ki, tamaşaçıların sayında bəzi fərqlər olacaq. Amma bu problemin də həlli yolu var, aztəminatlı və teatrın daimi tamaşaçıları üçün amfiteatrlara nisbətən ucuz biletlər satmaq olar. Yenə o fikrimdə qalıram ki, parterə biletlərin qiyməti baha olmalıdır.

- Yəqin ki, tamaşaçıların çoxu bilmir, siz həm də qrim rəssamısınız və bu sahənin mütəxəssisi kimi son illər həm "Bu şəhərdə”, həm də "Parni iz Baku KVN” teatrı ilə əməkdaşlıq edirsiz...

- Aktyorluqla bağlı ali təhsil almazdan öncə tətbiqi incəsənət üzrə peşə məktəbini bitirmişəm. Almaniyadan əsgəri xidmətdən döndükdən sonra indiki Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinə qəbul olundum. Xalq artisti, professor Şəfiqə Məmmədova məni bəyəndi və öz kursuna götürdü. RafaelCoşqunla bir kursda oxumuşam. Sonra bizə rəhmətlik Şahmar Ələkbərov dərs dedi, son iki il isə kurs rəhbərimiz Fuad Poladov oldu. Allah cansağlığı versin Fuad müəllimə, məhz onun təqdimatılə 1994-cü ildə Rus Dram Teatrına gəlmişəm. O dövrdə qrim sexində çalışan mütəxəssis teatrdan çıxıb getmişdi, məcbur olub yavaş-yavaş qrimi də öyrəndim. Rafaellə Coşqun da bu bacarığımı bilirdilər, ona görə elə ilk günlərdən "Bu şəhərdə” ilə əməkdaşlıq edirəm. Tahir İmanovla da onların birgə layihəsi olan "Bu şəhərin məhəlləsi”ndə tanış oldum. Son 5 ildə "Planet Parni iz Baku KVN” teatrı ilə çalışıram.

- Hamı bilir ki, "Bu şəhərdəilə "Planet Parni iz Baku KVN” Teatrı barışmaz rəqibdi. Hər iki kollektivlə eyni vaxtda çalışmaq çətin deyil sizə?

- İşimə peşəkar kimi yanaşmağa çalışıram, digər məsələlər məni çox az maraqlandırır.

 

 

Ədalət  2017.- 30 dekabr.- S.10.