MƏMMƏD ARAZ
BABƏK QILINCI
Ballada
I
Bir alim dilindən qopdu qığılcım,
Oyandı
hövlnak daş qərinələr!
Deyirlər tapılıb Babək
qılıncı,
Muştuluq paylayın, qarı
nənələr!
Bayram edəsiyəm bu günü, bayram
Ox-qılınc nəvəsi
silahlar ilə.
Bir yaraq önündə büdpərəst ollam,
Vuruşa-vuruşa allahlar ilə.
Gəlin,
a zirvələr qayalı-yallı,
Qol-qola yapışaq,
yaman çağımdı.
Yallı
gedəsiyəm, bir dəli yallı,
Araz dəsmalımdı,
Kür şallağımdı.
Riyalar, xülyalar bazarı açan
Minbərlər şəninə
vay salmağım var,
Nəsimi,
Nəimi məzarınacan
Yerin qulağına hay salmağım
var:
Deyirlər tapılıb Babək
qılıncı!
Ölümlə əlbəyaxa hansı
nər idi
Qanlar daşqınından
götürdü onu.
Özünə ərköyün övlad
elədi
Babəkin yaralı, qılınc oğlunu.
Neçə il qaldılar mağaralarda,
Bir qoca daşların yeminə döndü.
Qılınc qəzəbindən daş
zağalarda
Qayalar əriyib
dəmirə döndü.
Babək,
qılıncını yerə
atanda
Min igid qolunu torpağa atdı.
Bəlkə də bu torpaq bir od qatında
Onları əridib, qılınc yaratdı.
II
Min qoldan güc alan bir
ağıl gücü
Zülmətlər deşəsi yol olmalıydı.
Yaşamaq istəyən bu
torpaq üçün
Qol-ağıl, ağıl da qol olmalıydı.
Deyirlər tapılıb Babək
qılıncı!
Babək
harayının nidalarını
Top kimi çiynimdə saxlayasıyam,
Babək
qılıncının şüarlarını
Raketlər burnuna bağlayasıyam.
Qürurlu qayalar, səs eşidin ki...
Bir az da şux dursun heykəl qalalar.
Xəndəklər, yarğanlar dərinləşin
ki,
Qorxuram qorxaqlar
evsiz qalalar.
Bu nə titrəmələr,
bu nə əsmələr...
Bu necə haraydı,
bu necə səsdi.
Bütün çeynəmələr, bütün kəsmələr,
Bütün tapdamalar səsini kəsdi.
Gözü qarnındalar hörümçək
kimi
Çəkilib qısıldı dib bucaqlara.
Yalançı dilləri gəmircək
kimi
Çəkib tapşırıram
daş bıçaqlara.
III
Bir qoca dəmirçi qılınc naxışlar,
Yazar dəstəyinə: "İnsan
vüqarı”.
Bəzən bir igidə onu bağışlar,
Bəzən də yüz yaşlı göyçək
bir qarı
Alar bu təltifi, sıxar döşünə.
Oğul
qeyrətinə baş
əyməyənin,
Ana hörmətinə baş
əyməyənin
Çəkib bu qılıncı, çaxar döşünə.
İndi
bir gözədə bulaq nazlanıb,
Bir dodaq üzünü püləmək
istər.
Bir dərə dolusu quş pərvazlanıb
Dünyanı nəğməyə bələmək
istər.
Bir səhər bu səslə qalxdım yerimdən,
Günəşlə bir baxdım yer kürəsinə.
Bu səhər dünyada tuş olmadım mən
Ağlayan, sızlayan ana səsinə.
IV
Ana qayğısıyla başıma əl çək.
Xeyirxah əməllər,
işıq əməllər.
Qayada bitəcək, daşda bitəcək
Bir toxum yetirib bərəkət əllər.
Ütük bir hiyləgər irişdi üzdə,
Xəbər yabısına çubuğu dindi...
Sərhəd qoşunları, üfüqümüzdə
Qalxan bir dağa da
söykənin indi!
Deyirlər tapılıb Babək
qılıncı,
Babəki
son anda udan qaraltı
Dirilib bir qara duman
gəzəcək,
Babəki
son anda satan
qaraltı,
Bu səsi boğmağa
güman gəzəcək.
Deyirlər tapılıb Babək
qılıncı,
Bu, yalan olsa da
doğrulmalıdır!
Onun döyüşdüyü dağ
xıncım-xıncım,
Dərə qıyma-qıyma doğranmalıdır!
Babəkin məzarı düzəndi,
dağdı,
Bu dağlar, düzənlər
qazılsın gərək.
Babək
heykəlinə Babəkin
adı
Babək
qılıncıyla yazılsın
gərək!
Sentyabr-oktyabr, 1970.
Ədalət 2017.- 28 dekabr.- S.2.