Adlı, ünvanlı misralar
Xalqımızın sevilən şairlərindən biri olan Oqtay Rza öz yaradıcılığında fərqli bir cığır da açıb. O, ilk dəfə olaraq biz oxucular üçün adlı-ünvanlı rübailər, şeirlər yazıbdır. Həmin o rübailərin qəhrəmanlarının bir çoxunu mən də, siz də tanıyırsınız. Yeri gəlmişkən onu da xatırladım ki, ustad Oqtay Rza "Adlı, ünvanlı misralar" başlıqlı dörd cildlik kitabın da müəllifidir. Həmin o dörd cildin sonuncu - beşinci cildi də artıq oxucuların görüşünə gəlməyə hazırlaşır və ədəbiyyatımızda böyük Nizamidən sonra Oqtay Rza özünəməxsus bir "Xəmsə" qoyur ortalığa. Oqtay Rzanın "Xəmsə"si adlı, ünvanlıdı. Elə indi sizə təqdim etdiyim şeirləri kimi. Buyurun, oxuyun.
Əbülfət MƏDƏTOĞLU
Oqtay Rza
Mövlanə Rumi
Sözünün bəzəyi hikmət, gözəllik,
Dillər əzbəridir Mövlanə Rumi;
Arxada qalsa da səkkiz yüzillik,
Ölməyib, diridir Mövlanə Rumi!
İdraka dəryadan dərin deyir O,
"Gəl, gəl! Göz üstdədir yerin" deyir O -
Olduğun kimi də görün deyir O
Nə vaxtdan bəridir Mövlanə Rumi!
Doğmadır Konyaya, Təbrizə, Qarsa,
Türkə, yəhudiyə, ərəbə, farsa...
Tanrıya çox yaxın
on dahi varsa,
Onların biridir Mövlanə
Rumi!
"Eşqi də oyadıb" şeirin səsiylə,
Ruhsuza
can verib pak nəfəsiylə;
Əlli
min beytlik "Məsnəvi"siylə
Əbədi yol gedir Mövlanə Rumi!
Qədim
müasiri bütün
çağların
Uca zirvəsidir qoca dağların;
Haqqı,
hürriyyəti sevən
xalqların
Böyük şairidir Mövlanə
Rumi!
Təbrikim
Alim-torpaqşünas Qərib Məmmədova
Ömrün nümunədir gənc
nəsillərə,
Növrağın-xoş əməl, bayrağın-bilik;
Sorağın çatıb ən
uzaq ellərə,
Xoş gəlib yeddinci, şanlı on illik!
Ey torpaq aşiqi, torpaq sərrafı!
Gör neçə qış, bahar geridə qalıb;
Kövrək duyğuların safı, şəffafı
Sənin də qəlbində yurd-məskən salıb.
Torpağa bağlılıq - köklərdən
miras,
Halal mükafatın adın-sanındır,
Hər yeni xəritə, hər yeni atlas
Xalq üçün
dəyərli ərməğanındır.
...Nağıl - unudulmaz uşaqlıq çağı,
Qürur
- sınaqlarda aldığın
"əla"!
Nəhəng Pedaqoji Təhsil
Ocağı
Həmişə fəxr edir öz məzunuyla.
Fəsillər arxada, fəsillər
öndə,
Şamilə oğulsan, Nicata baba.
Xəyalın - Arpaçay sahillərində,
Yolunu gözləyir
qədim kənd, oba.
Çağırır Beyləqan, Siyəzən, Şəki,
Mil, Muğan, Qarabağ...ünvanlar min-min;
Keçmiş tələbəmə hamı deyir ki,
Ad günü mübarək akademikin!
Zaman karvanını hey sürüb
gedir,
Həftə var-aya tən, Qərib müəllim!
Çox
şey cəmiyyətdə
dəyişməkdədir,
Sən daim özünsən, Qərib müəllim!
Mübarək
Dünya
şöhrətli xalq
artisti
Zeynəb
Xanlarovaya
Zeynəb
- səhnəmizin gözəl
Leylisi,
Qışda da oxuyan bülbülümüzdür;
"Şüştər"in, "Segah"ın səsidir səsi,
Odu, atəşi
- eşq, çələngi
sözdür.
Ucalıq
gətirib sənəti
bizə,
Misilsiz sərvəti-ecazkar səda;
Bakıda
doğulan müğənnimizə
Gül-çiçək verilib Amerikada!
Zeynəb
ulduzudur nəğməli
bürcün,
Dost, qardaş ellərdə ötməyi tarix;
Əsgər oğullarla görüşmək
üçün
Ön cəbhə
xəttinə getməyi
tarix.
Müşfiq dühasından ilham
alaraq,
Yolu Sayadlara salmağı xoşdur;
Kasıbın evində yandırıb
çıraq,
Millət vəkili də olmağı xoşdur.
Onu dəfələrlə alqışlayıbdır
İstanbul, Buxarest, Tokio,
London...
Ona xoş duyğular bağışlayıbdır
Şərqdə-Çin, Hindistan, Qərbdə-Paris,
Bonn.
Gəlir
teleqramı, gəlir təbriki
Onu sevənlərin, tanıyanların;
Vətənlə bərabər cahan
deyir ki,
Ad günü mübarək Zeynəb Xanların!
Yunis Oğuza
Ey tarixi əsər yazan Yunus Oğuz,
Ədib
şair, alim, ozan Yunus Oğuz!
Türkə yamaq böhtanları
firçasıyla
Birdəfəlik silən, pozan Yunus Oğuz!
Əmir
Teymur dərslərini
öyrənərək,
Ağıllanır yolu azan, Yunus Oğuz.
Nadir şahın taleyindən söhbət açıb,
Təzə zəfər, uğur
qazan, Yunus Oğuz!
Amalları gerçəkləşən ziyalımız,
Əməlləri - meyar, mizan Yunus Oğuz!
Səciyyələr növ-növ, əla, çətin, asan,
Yaşa,
var ol, gözəl
insan Yunus Oğuz!
Məmləkətin keçmişini
vərəqləyib,
Ey tarixi əsər yazan Yunus Oğuz!
Nigar
Vətənin xeyirxah qızıdır
Nigar,
Nurlu taleyindən razıdır
Nigar;
Nigarın qeyrətli, hörmətli,
həssas
Cüt oğlu-Tofiqi
və Hüseyni var.
Onu da saf, təmiz
ürək yaşadır,
Gözəl arzuları qoşa-qoşadır;
Kadr şöbəsinin rəhbəri
idi,
İndi Həmkarların əməkdaşıdır.
Gəlir
Badamdardan işə hər səhər,
Öpür qədəmini qocaman şəhər.
Nigar da istəyir, istəyir daim
Eşidək xoş xəbər,
ancaq xoş xəbər!
Yıxılsın cəhalət, dava,
şər, hədə...
Sevinsin qoca da, gənc də,
körpə də.
Nigarın nüfuzu get-gedə
artır
Bakıda, nəinki keçmiş
APİ-də.
Bağlarda həm Nərgiz,
həm lalə olsun,
Dağlarda çay, bulaq, şəlalə olsun.
Nigar ailəsini gərək böyüyüb,
Nəvə-nəticəli sülalə olsun!
İki Azər
Dinlə,
böyük Azərbaycan!
Dinlə,
əziz, doğma Vətən!
Ürək sözü deməliyəm
İki Azər
haqqında mən.
İki kişi - iki
Azər,
İkisi də canlı əsər.
Biri - baba, güclü yazar
Azər
Turan,
Zaman-zaman
yorulmadan
Hələ qələm çalasıdır;
Biri - nəvə,
məsum çocuq.
Qoy söyləyim, ay dost, kimin
Unudulmaz
İmamverdi müəllimin
Balasının balasının balasıdır.
...Xəyal quşum dönə-dönə
Uçub
Kürün sahilinə,
Neftçalada müjdə yayır,
Qədim
Muğan alqışlayır;
- Əhsən ata Camal bəyə,
Əhsən ana Cəmiləyə!
Baba artıq yarım əsri salıb yola,
Nəvə üçün yaş ölçülür günlə,
ayla.
Azərbaycan kəlməsinin
Əvvəlində adları var:
Biri baba, biri nəvə,
Daim xoşbəxt yaşasınlar
Təbiəti duya-duya,
İnsanları sevə-sevə!
Ədalət.-2017.-8 fevral.-S.4.