Xudu Məmmədov dünyası...
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
İnsan ömrü əbədi və pozulmaz qanuna bağlıdır. Dədə
Qorqud demişkən, bir ucu olumlu,
bir ucu ölümlü
Dünya! Yəni, üç gün
yarpaq, bir gün torpaq. Xoşbəxt o insandır ki,
qismətinə yazılmış
ömür payını
şərəflə yaşayır.
Xudu Məmmədov kimi. Əbədi ayrılıq,
əbədi hicran yanğısı ürəklərini
göynədən yüzminlərin
həsrət dolu baxışlarının son mənzilə
yola saldığı
Xudu Məmmədov kimi...
1988-ci ilin Xudu Məmmədovu Tanrı dərgahına qovuşduran
15 oktyabr günü. Həmin
xəbəri eşidən
də o zamanın yazı əlifbası ilə gündəliyimə
yazmışam: "Xudu
Məmmədovun ölümü
doğma xalqını
göyüm-göyüm göynətdi...
Bütün elmi məclislərdə onun yeri hiss ediləcəkdir!
O, bizim yurdun şöhrət tacı idi - buna təkcə
alimliyi ilə yox, daha çox
insanlığı ilə
layiq idi. Mənə qalsa, xalqımın adından onun nurlu qəbrinə
bu sözləri həkk edərdim: Onun şöhrətli olmağı üçün
heç nə gərək deyildi, o, bizim şöhrətli olmağımız üçün
gərək idi!
Çox keçmədən Xudu müəllimə (təəssüflər
olsun ki, sağlığında yazmamışam)
silsilə şeirlər,
məqalələr yazmağa
başladım. Bəzisini çap etdirsəm
də, etdirmədiklərim
daha çoxdur. Xudu müəllimin doğum günləri, anım günləri yazılırdı
bu şeirlər, məqalələr, xatirə
yazıları. Vəfatından ötən dövr ərzində Xudu müəllimin həyatını,
anlaya bildiyim qədər elmi və bədii yaradıcılığını öyrənməyə başladım.
Kitablarını oxudum. Xalq
arasında, dostları,
qohumları, keçmiş
aspirantları və iş yoldaşları arasında yayılmış
hikmətli kəlamları,
əhvalatları (pritçaları)
toplamağa başladım.
Həmin hikmətli, müdrik kəlamlardan ibarət olan, "Xudu Məmmədovun hikmət dünyası"
adlandırdığım və
anadan olmasının
90 illiyi münasibətilə
işıq üzü
görməyə layiq
bildiyim "Xudu Məmmədov: Mənalı
ömrün səhifələri
(Bioqrafik lövhələr)"
adlı toplu yarandı. Həmçinin,
30 ilə yaxın bir dövr ərzində
yazdığım silsilə
şeirlər isə
"Dərdimiz yetim qalsa..." portret-poema üçün əsas oldu...
İlk dəfə 90-cı illərdə
qəzet səhifələrində
çap olunan "Sevgisindən pay aldığım
insan" xatirə yazım, 2014-cü ildə
AMEA-nın nəşri
olan və Xudu Məmmədova həsr olunmuş "Tükənməzlik"adlı kitabda yer aldı.
2017-ci ildə sadəliyi
ən böyük böyüklük olan Xudu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə
adına, şəxsiyyətinə hörmət
və ehtiramımın
ifadəsi olaraq mən də "Dərdimiz yetim qalsa..."nı hörmətli oxucuların
ixtiyarına vermək
qərarına gəldim.
O insana ki, AMEA-nın prezidenti Akif Əlizadə 2012-ci ildə onun anım günündə dedi: "Xudu Məmmədov elmdə nəhəng idi, o bir sunami kimi
gəldi və getdi... Amma elmi irsi hələ də əlçatmazdır!" O insanın ki, yaxın dostu, Xalq şairi Bəxtiyar Vahabzadə onu təvazökarlıq etalonu adlandırdı. O insanı ki, dünyasını dəyişəndə
şair dostu Məmməd Aslan "Azərbaycan gəncləri"
qəzetində çap
etdirdiyi məqaləsində
onu zirvə qarı adlandırmışdı
ki, zirvə qarı toz qonmayan,
paklığa, təmizliyə
malikdir. O insana ki, professor Rafiq Əliyev "Xudu müəllimi millətin bir nömrəli ziyalısı və özü üçün
örnək sayırdı".
O insana ki, siyasi əqidədaşı
Oqtay Eldəgəz
(1934-2002) vəfat edərkən
Bəxtiyar Vahabzadə
və Asif Mərziliyə vəsiyyət
etmişdi ki, "Torpaqlarımız alınanda
Xudu Məmmədovun evini ziyarət edib, mənim əvəzimə həyətindən
su içərsiniz..."
"Dərdimiz yetim qalsa..." iki hissədən ibarətdir:
"Xudu Məmmədov:
Mənalı ömrün
səhifələri (Bioqrafik
lövhələr)" və
"Dərdimiz yetim qalsa..."(portret-poema).
Kitabın birinci hissəsində Xudusevərlərin dilindən,
müxtəlif yazılı
mənbələrdən topladığım
əhvalatlar (pritçalar),
qısa, yığcam,
olduqca mənalı, düşündürücü, tərbiyəvi söhbətlər
yer almışdır.
Xudu Məmmədov
bənzərsiz elmi təfəkkürə malik
alim olmaqla bərabər, həm də özünəməxsus
bədii söz yaradıcılığına malik
insan idi.
Vəfatından xeyli zaman keçsə
də Xudu müəllimdən onu tanıyanlar elə danışır ki, sanki hər gün ünsiyyətdə
olduqları insandan söhbət gedir. Bəs, Xudu
müəllimə bu sevginin səbəbi nədir? Bu xalq
sevgisini yaşadan nədir? Xudu müəllimin adının
rəhmət duaları
ilə dildən-dilə
salınmasının, yaşadılmasının
başlıca səbəbi
nədir? Sadə insanların,
çoxluğun alim kimi Xudu müəllimin
elmi yaradıcılığının
nədən ibarət
olmasından, axı heç xəbərləri
də yoxdur.
Nəhayət, zaman göstərdi
ki, sadə insanların, həmçinin,
elm və mədəniyyət
xadimlərinin dilində
hər gün səslənən fikirlər,
vaxt ötdükcə
daha da şirinləşir
həm də, təkcə Xudu Məmmədov haqqında olan xatirələr deyil, eyni zamanda
bu xatirələrin bəzəyi olan, Xudu Məmmədovla hər bir görüşü
ən şirin xatirəyə çevirən
onun aforizmləri, bayatıları, məqamında
hər hansı məsələyə, hadisəyə
aid söylədiyi və
bu gün folklorlaşmaqda olan müdrik kəlamlarıdır,
hikmətli sözləridir,
əhvalatlardır. Elə bir
gün olmaz ki, ünsiyyətdə olduğum Xudusevərlərdən
Xudu müəllimə
məxsus olan hər hansısa bir deyimi, bir
xatirəni, bir əhvalatı eşitməyim.
Deməli, Xudu müəllimi hər an könüllərə ruh, beyinlərə nur olan sözləri,
müdrik kəlamları
gündəmdə saxlayır,
yaşadır, qoruyur.
Bir vaxtlar Xudu müəllimə aid olan bu müdrik
kəlamları, deyimləri,
aforizmləşən söhbətləri
eşitdikcə heyran qalardım. Sonralar Azərbaycanın müxtəlif
guşələrində xalq
arasında söylənilən,
bəzən üç
variantda eşitdiyim qiymətli kəlamların
yaddaşlardan nə vaxtsa silinə biləcəyi və gələcək nəsllərin
də bu mənəvi sərvətdən
məhrum ola
biləcəyi düşüncəsinin
rahatsızlığı onları
yazıya almaq həvəsimi keçilməz
etdi. Və uzun illərdir
ki, bu söz,
fikir incilərini toplamaq mənim əsas işimə çevirilib. Elə
beləcə də davam edir... Nəticə sizlərə təqdim olunan bu kitabdır.
Bu maraqlı işi davam etdirmək isə gələcək illərin gələcək
arzularıdır...
Harada, hansı məsələ
və ya hadisə ilə bağlı olmasından asılı olmayaraq Xudu müəllimin hər bir müdrik
kəlamı söyləndiyi
vaxtda da, bu gündə də tərbiyədir, maarifçilikdir, nümunədir. Bəzən dediyi
bir cümlə ilə Xudu müəllim
filosof kimi dövrün, zamanın mahiyyətini açır.
Özü də elmi məclislərdə olduğu
kimi topladığım
kəlamların əksəriyyətini
sadə insanlarla adi söhbətləri zamanı dilə gətirirdi Xudu müəllim. Məsələn,
bir dəfə zordan, zorakılıqdan danışılarkən dedi
ki, zora vərdiş edən xalqlarda bu, sevgi
həddinə çatır
(Stalin dövrünün xarakteristikası
deyilmi?). Yaxud, deyəndə ki, axı niyə Həvva nənəmiz cənnətdə qadağan
olunan buğdaya tamah salmaqla (rəvayətin xristian variantında alma yeməklə) cənnətdən
qovulur? Xudu müəllim burada da bir kəlmə
ilə insan psixologiyasını aça
bilən söz deyir: "Bu, o deməkdir ki, insan təminatının
mütləq həddi
yoxdur".
Bu kitabdakı hər
bir kəlam, hər bir əhvalat
Xudu müəllimlə
bağlı ayrı-ayrı
xatirələrin, uzun
və ya qısa müddətli görüşlərin yadda
qalan, unudulması mümkün olmayan yaddaşlarıdır. Həmçinin, bu əhvalatları kimin dilindən qeydə almışamsa və ya kiminlə
bağlıdırsa, sanıram
ki, bu əhvalatlar
həmin insanların elə Xudu müəllim
haqqında ən qiymətli xatirələridir.
(ardı
gələn sayımızda)
Yusif Millətoğlu
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət 2017.- 19 iyul.- S.3.