YARIMÇIQ YAŞANAN
ŞƏRƏFLİ ÖMÜR
Dünyadan vaxtsız köçən xanım-xatın qızım Nabat Əjdərqızının ömür kitabını vərəqləyəndə onun könül dünyasının mənəvi inciləri aydın görünür. O, kamil şəxsiyyət kimi yetişmişdi: gözəl iqtisadçı alim, yetkin pedaqoq və istedadlı şair zirvəsinə yüksəlmişdi; həm dəyərli elmi tədqiqatlar aparırdı, həm də gözəl şeirlər yazırdı.
Onun "Günəşimin hərarəti kiçilməz" adlı ilk şeirlər kitabı hələ 1999-cu ildə işıq üzü görmüşdü. Kitaba görkəmli alim, professor, millət vəkili Rafael Hüseynov ön sözü yazmış və yüksək dəyər vermişdir.
Şeirləri "Ulduz" jurnalında və nüfuzlu qəzetlərdə çap olunmuşdu.
İndi onun şeirlərindən bir neçəsini oxuculara təqdim edirəm.
Əjdər
Qıyaslı
KİM
BİLİR
Ay sevgilim görüşünə gəlmişəm;
Bir də gəlləm, ya gəlmərəm, kim bilir.
Bir dodaqlıq gülüşünə gəlmişəm,
Bir də gülləm, ya gülmərəm, kim bilir.
Yaxın
gəldim, gen açmadın
qoynunu,
Uzaq gəzdin,
düzəltmədin boynunu.
Mən taleyin bu gözlənməz
oynunu,
Bir də biləm, ya bilmərəm, kim bilir.
Baxça oldum, yad əllərdə dərildim,
Kaman kimi çox
boşaldım, gərildim.
Həsrətinlə min yol ölüb dirildim,
Bir də öləm, ya ölməyəm, kim bilir.
İllər keçir... aylar
olur qanadlı,
Yetəmmirəm, mən piyada, sən atlı.
Ulu dünya, görüşünə
urvatlı,
Bir də gələm, ya gəlməyəm, kim bilir.
AY KÖNÜL
Ürəyimdə alovlanan ocağa,
Kim od vurdu,
kim yandırdı, ay könül.
Pərvanətək bənd olmuşam çırağa,
Qanmayanı kim qandırdı, ay könül.
Dolanırdım dağ döşündə
meşəni,
Asta-asta dərirdim bənövşəni.
Qəlbimdəki göyərçinli şüşəni,
Kim sındırdı, kim yamadı ey könül.
Ana deyib sirr söylədim
Şah dağa,
Gözlərimdən çeşmə axdı torpağa.
Saf eşqimlə bənzəmişdin
bulağa,
Kim daş atdı,
bulandırdı, ey könül.
YOXUMUŞ YERİ
Gecələr yatmayıb səhərə
qədər,
Xəyala dalıram, fikrə gedirəm.
Gözəllik sevgimi pozarsa əgər,
Belə gözəlliyə nifrət
edərəm.
Bilsəydim taleyim belə olacaq,
Arzu çiçəklərim
vaxtsız solacaq.
İxtiyar olsaydı əlimdə
əgər,
Məhəbbət bağına etməzdim səfər.
Bilsəydim vəfasız olarsan
mənə,
Bu təmiz qəbimi
verməzdim sənə.
Bağışla əzizim, bağışla
məni,
Əzəldən tanıya bilmədim səni.
Verdiyim vədləri gəl qaytar geri,
Haradan biləydim
yoxumuş yeri.
MƏHƏBBƏT
Məhəbbət-xəzəl deyil, ayaq altda əzəsən,
Məhəbbət torpaq deyil, üzərində
gəzəsən.
Məhəbbət yataq deyil, şirin-şirin yatasan,
Məhəbbət çiçək deyil, qoparasan, atasan.
Məhəbbət gülüş deyil,
qona dodaqlarına;
Məhəbbət şərbət deyil, içəsən acqarına.
Məhəbbət saqqız deyil, çeynəyəsən, qırasan;
Məhəbbət məktub deyil, oxuyasan, cırasan.
Məhəbbət od da deyil, su
töküb söndürəsən;
Söylə: nədir məhəbbət,
sevgi nədir görəsən?
TARIMI TAPDIM
Seyr etdim baharı bir gözəl gündə,
Bənövşə ətrini əsirgəmədi.
Gülsə də üzümə
çiçək də,
gül də;
Bu yerlər könlümü
ala bilmədi.
Mən bahar gəzirəm çöldə, çəməndə;
Qəlbimin gözilə özümə
baxdım.
Köksümün altında vuran ürəkdə,
Baharımı gördüm, yarımı
tapdım.
Ömrün bahar fəsli səni görəndə,
Könlümün həmdəmi yarımı
tapdım.
Əkdiyim bağımın barın
dərəndə,
Köklənib oxuyan tarımı tapdım.
AYRILIQ
Nə vaxtdır qapımı açmır əllərin,
Səni əks eləmir güzgü otaqda.
Soluxub otaqda o tər güllərin,
Qələmim hey yazır ayrılıq haqda.
Ürək yenə edir fəqan: Ayrılıq!
Yenə aramıza düşdü
intizar.
Şəhriyar demişkən: "Aman
ayrılıq",
Bu halı görənlər ağladı zar-zar.
Ayrılıq çırağı yanıb sönməsin,
Qulaq eşitməsin yanıqlı səsi.
Amandı! Vüsalın üzü dönməsin,
Ayrılıq - bir canın ikiləşməsi.
O QATARIN DALINCA
Hara köçür ömrümüzün qatarı,
Axacağam o qatarın dalınca.
Bilsəm əgər o qatarda sən varsan,
Baxacağam o qatarın dalınca.
Sarsılsam da düz yolumdan çıxmaram,
Su olsam da hədər yerə axmaram.
Hər nə olsa, çətinliyə
baxmaram,
Baxacağam o qatarın dalınca.
Sussa dilim, tükənsə də sözlərim,
Kor olsa da, görməsə
də gözlərim;
O qatarda vardır mənim öz yerim,
Baxacağam o qatarın dalınca.
Məhəbbətim boğularsa dünyada,
Bir sirdaşım yetməsə
də fəryada,
Ömrüm, günüm ötüb
getsə də bada,
Gələcəyəm o qatarın dalınca.
Əziz qızım Nabat!
Sən yaman sındırdın könül tarımı,
Yaram göz-göz
oldu... qopardın, qızım.
Bütün istəyimi, arzularımı,
Özünlə məzara apardın,
qızım...
Ədalət 2017.- 20 iyul.- S.4.