Mənim kimi sən də
vətən sevdalısan
Rövşən Xasayoğlu
(Rövşən Xasay oğlu Quliyev) 1958-ci ildə
Neftçala şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda
alıb. İki il Neftçala
Yod-brom zavodunda mühəndis vəzifəsində
çalışdıqdan sonra
1983-cü ildə məzunu
olduğu institutun aspirantura şöbəsinə
daxil olub. 1989-cu ildə Moskvada qeyri-üzvi maddələrin
texnologiyası üzrə
yazmış olduğu
elmi əsərini müdafiə edərək
texnika elmləri namizədi adına
layiq görülüb.
1993-cü ildə Türkiyədə
"Kentaş" firmasının
tullantı sularının
təmizlənməsi üzrə
qurulan qurğuda mütəxəsis kimi iştirak edib. 1994-cü ildən Türkiyədə
yaşayır. Hal-hazırda Ardahan Univeristetində mühəndislik
fakültəsinin dekan
müavini işləyir.
Aktiv yaradıcılıqla
məşğuldur. Şeirləri
"525-ci qəzet", "Ədalət", "Kaspi",
"Sərbəst düşüncə"
qəzetlərində, "Ulduz" jurnalında,
"Baxış" (Almaniya)
dərgisində çap
olunub.
2014-cü ildə "MBM" nəşriyyatı tərəfindən
"Səsimə səs
verin" şeirlər
kitabı nəşr olunub.
"Səsimə səs verin" şeirlər kitabı haqqında
professor Şurəddin Məmmədli
"Turan" (Türkiyə)
dərgisində, professor
Babək Qurbanov isə Ardahan Universitetinin (Türkiyə)
dərgisində araşdırma
məqalələri yazıb.
ADIN QALAR
Alim dostum İsgəndərə
ithaf edirəm
Neftçalamın Azadısan eldə səndən söhbət
gedir.
Torpağından güc alırsan, bu hal səni
güclü edir.
Ömrün boyu əngəlləri
aşdın halal zəhmətinlə,
Bir qocaman dağa döndün, ucalmısan millətinlə.
Təhsilini artıraraq sən
bilginə bilgi qatdın,
Gecə-gündüz əməyinlə zirvələrə
gəlib catdın.
Azərbaycan bəhrələnir elminin
meyvəsindən,
Çıraqlara yağ verirsən "Odlar Yurdu" ölkəsindən.
Çoxu
görə bilmir bu gün ayağının
altın belə,
Sən görürsən
yer altını öz elminin gözlərilə.
Yer üzünü fəth edərək ad qazandı
o İsgəndər,
Sən elminlə
işıq oldun, aydınlandı kor zehinlər.
Gündən-günə zənginləşir
zəhmətinlə Azərbaycan,
Səndən sonra adın qalar var olduqca
qoca Turan.
BAŞDAŞLARI
İlyas Tapdığın əziz
xatirəsinə
Başdaşları - dünyasını
dəyişənin son ünvanı,
Adi daşı, ya mərməri yonub şəkil verər usta.
Başdaşları gözü yolda gözləyərlər
insanları,
Ziyarətə gələnləri qarşılayar
ayaq üstə.
Başdaşları - qucaqlanıb hönkür-hönkür ağlanan
daş,
Ağılarla dərdimizi, sərimizi söyləyərik.
Başdaşları insanlara dirilərdən daha sirdaş,
Sirr saxlayar,
qeybət etməz, yalan deməz başları dik.
Başdaşları - daşa dönmüş qəlblərdəki
son arzular,
Məzarlarda yatanlara həmdəm olmuş, yoldaş olmuş.
Başdaşları - ürəkləri
içdən yeyən
qara qübar,
Gözyaşıyla qarışaraq, yoğrularaq
sal daş olmuş.
Başdaşları məzar üstə bənzəyərlər
tunc heykələ,
Əbədiyyət yolçusunun keçmişinə
işıq saçar.
Başdaşları qızıl olsa fayda etməz,
bir nafilə,
Çünki cənnət qapısını
əməl saleh insan açar.
Başdaşları - qəbirlərdən
torpaq üstə uzanan əl,
Məhşər günü dirilməkçün
əl qaldırmış
Allahına.
Başdaşları bəyan edər geci-tezi gələr əcəl,
Dünya fani, ömür qısa, bel bağlama sabahına.
Xəbər verər dirilərə
axirətdən başdaşları,
Haram, halal qarışmasın, o oyadar
yaddaşları.
O dünyada dəyəri yox, çox yığmayın daş-qaşları,
İnsanları düşünməyə vadar
edər başdaşları.
KƏKLİYİM
Cənubi Azərbaycanda mücadilə
edən qardaşlarıma
Ayağının yaxılmayan xınasını,
Kipriyinin
qısqandıran boyasını,
Məhəbbətin bu saf, təmiz
mayasını.
Söylə mənə, hardan aldın, boz kəkliyim?!
Mənim kimi sən də
vətən sevdalısan.
Ondan belə
dəlilər tək havalısan.
Soran yoxdu hardan gəldin-haralısan?
Fikrimdəki bir xayaldın, boz kəkliyim.
Bu sevgidir səni salıb dağa-daşa,
Torpağında sinə gərdin
qarlı qışa,
Tərk
edərək bənzəmədin
qaranquşa,
Qar altında
yatıb qaldın, boz kəkliyim.
Rəngin
belə torpağımdan
almış rəngin,
Ürəyin də vətənimtək
geniş, zəngin,
Bahar gəldi, qara qışdan çıxdın
mətin,
Gül çiçəkdən
yuva saldın, boz kəkliyim.
Ovçuların əsir düşüb
kor nəfsinə,
Dağda-daşda çoxdan düşüblər
izinə,
Tuş gəlməsin sinən namərd gülləsinə,
Bir az da döz, yol qısaldı,
boz kəkliyim.
NƏ FAYDA
Hardakı əyrilər doğrunu
kəsir,
Yalan ayaq açıb dünyanı gəzir,
İnsanlar dövlətə olursa
əsir
Doğrunu söyləsən kimə
nə fayda.
Doğru
əyri yolda düşüb itərsə,
Bağçada gül deyil tikan bitərsə,
Çaylar yön dəyişib
axarsa tərsə,
Çırpına-çırpın ölər dərya da.
NƏVƏM AYDANA
Qızımla nəvəmin şəklinə
baxarkən
Gözəllərim, gözlərimin
nurusuz,
Sizi görcək
könül evim şad olur.
Məsafələr girə bilməz
araya,
Kim deyir ki, uzaq olan yad
olur?!
Anan kimi sən də
ilksən, nübarsan,
Aldın gözəlliyi Günəşdən,
Aydan.
Mələkmi yaratdı səni
Yaradan,
Yaradan önündə insan mat olur.
Şəkər deməm, şəkərdən
Aydan, şirin
Tanrı
payı, yoxdu bu paydan şirin,
İndi
bildim nəvələr
baldan şirin,
Dadanların damağında dad olur.
Tər qönçətək ətirləri
can alar.
Dünyamızda bu ləzətdə varmı bar?
Var-dövləti dəyərindən salan
var
Yaxşı övlad el-obada ad olur.
Sevginizi
daşıyacaq sinə
dar,
Bu yanğını söndürəcək
sumu var?
Payız
ömrüm nəvələrlə
ilk bahar,
Qığılcımdan ocaq olur, od
olur.
QARIŞMA
Orda mənsiz öldü
mənə doğmalar
Tofiq Abdin
Nofəlim gedirdi son mənzilinə,
Bir ömür
badəsi yollarda sındı.
Ruhu qardaşının düşdü
izinə,
Qardaş Türkiyədən yola salındı.
Torpağa verildi igid Nofəlim,
Bu dərd bir qubar tək içimdə qaldı.
Qürbətdən vətənə çatmadı
əlim,
Məni doğmalardan qürbətmi
aldı?
Anam son nəfəsdə qapıya
baxdı,
Oğlunu axtardı o qəmli gözlər.
Gəlsəm nə verməzdi?-göz yaşı axdı,
Ana övladını həsrətlə gözlər.
Şəklim sinəsinin üstə
qoyuldu,
Yumdu gözlərini,
yumdu əbədi.
Ana son bir dəfə evdə yuyuldu,
Oğul çox gecikdi, oğul gəlmədi.
Gəldi
nə faydası, anası köçmüş,
Kədərə qərq oldu öz yuvasında.
Gördü, son qalası təməldən
çökmüş,
Yıxıldı dünyası el - obasında.
Baxdı
məzarına gözlərdə
həsrət,
Bilmədi günahı kimlərdə görsün.
Vaxtsız kor ölümmü, yoxsa ki qürbət,
Ayırdı, anası balasız ölsün.
Ayrılıq yamandı, yoxdu amanı,
Giribdi bizimlə gizli döyüşə.
Sağ ikən ayırdın ana - balanı,
Nə olar, qarışma gəl son görüşə.
Qorxdum
Qorxdum doğmaların uzaqlığından,
Qəlblərin buz kəsən
soyuqluğundan,
Ziyalı
kəslərin qaranlığından,
Ən çox
yalanların qorxdum ağından.
Qorxdum yetimlərin qara günündən,
Sevinci alınan lal küsgünündən,
İncə duyğulara düşən
düyündən,
Acımaq hissinin qəlb sürgünündən.
Qorxdum gül bağının tək bülbülündən,
Qoxusun itirən qızıl gülündən,
Susuz zəmilərin boş sünbülündən,
Yanmış şəhərlərin qara
külündən.
Qorxdum cahillərin yersiz sözündən,
Nadanın dağıdıb-yıxan gücündən,
İpdə gəzənlərin min bir üzündən-
Qorxmağım məni də eylədi Rövşən.
Ədalət 2017.- 21 iyul.-
S.4.