"Leyləyin intiqamı"
Bayramqabağı görüşdük. Daha doğrusu, həmişə olduğu kimi, bu dəfə də o, məni qabaqladı. Zəng edib xeyir-duasını, arzularını bildirdi. Sözarası da xatırlatdı ki, yeni bir kitabı işıq üzü görüb. Mənim də qəribə xüsusiyyətim var. Kitab barəsində eşidəndə dərhal onu əldə etməyə çalışıram. Odur ki, Qəşəm müəllimin sözünü göydə tutdum. Rica etdim ki, həmin kitabı mənə çatdırsın. Bu kitabla baş-başa qalım. Onsuz da getməyə kəndim, gəzib-dolaşmağa... Nə isə...
Sağ olsun, çatdırdı mənə kitabı. Və onu da bildirdi ki, leyləyin intiqamının nə demək olduğundan yəqin ki, xəbərdarsan. Sorğusuna gülümsəməklə cavab verdim. Beləcə, avtoqraf yazılmış "Leyləyin intiqamı mənim oldu. Elə həmin günü vərəqləyib gözdən keçirdim və öz-özlüyümdə kitabı iki hissəyə ayırdım. Birinci hissədə Qəşəm İsabəylinin şeirləri, ikinci hissədə bir-birindən maraqlı, dadlı-duzlu, satirası, yumoru canında gen-bol olan alleqorik hekayələr...
Bu gün həmin
kitabın birinci hissəsindən danışacam. Daha dəqiq
desəm, "Leyləyin
intiqamı"ndakı şeirlər
barəsində düşündüklərimi
və bu şeirlərin mənə
etdiyi təsiri diqqətə çatdıracam.
Güman
edirəm ki, hər təzə sözü maraqla izləyən oxucu üçün "Leyləyin
intiqamı" kitabındakı
şeirlər maraq doğuracaq. Çünki bu şeirlərdə müəllif öz üslubuna, öz yanaşmasına sahib qalmaqla
bərabər, həm
də şeirlərin
uşaq və gənc nəsil yaddaşı üçün
önəmini, təsirini
də diqqətdə saxlayıb. Sonda da şeirə
çevrilən fikir həm yığcamlığı,
həm məna yükü baxımından
yaddaşa rahatca nəqş olunmaq imkanı qazanıbdı.
Məsələn:
Vətən torpaq, daş deyil,
Vətən vətəndaş deyil.
Can evi candı Vətən,
Hiss, həyəcandı Vətən!
Və yaxud:
İki hecalıdır - "Ana",
İki hecalıdır - "Ata",
İki hecalıdır - "Vətən"
Bəs nədən,
İkianalı olmurq
İkiatalı olmurq
Bəs nədən
İkiparalıdır Vətən?!
Zənnimcə, bu iki şeir
istənilən məktəblinin
yaddaşında bir-iki
dəfə oxumaqla qala bilər. Çünki həm sadədi, həm düşündürücüdü,
həm də mayasında məntiq var. Ümumiyyətlə, Qəşəm
İsabəylinin yaradıcılığında
həmişə məntiq
daha çox qabardılır. Oxucu onun
ən kiçik şeirindən tutmuş irihəcmli hekayəsinə,
povestinə qədər
olan bütün yazılarında bunu hiss edir. Aydınca görür ki,
müəllif nəyi
aşılamağa və
nəyə güvəndiyini
nəzərə çaptırmağa
çalışır. Məncə,
fikir məntiqli olanda o, artıq bədii gücünü də artırır, təsir imkanlarını da genişləndirir.
Söz yığımından çıxaraq
oxunaqlı, düşündürücü
bir bədii nümunəyə çevrilir.
Qəşəm İsabəylinin barəsində
bəhs etdiyim kitabında yer alan şeirlərin
hər birində həmin o söylədiyim
məntiqin ifadəsini,
təcəssümünü duyub izləyə-izləyə
mən həm də bu şeirlərin
evimdə, ailəmdə
uşaqlar üçün
maraq doğrucağını
da məmnunluqla yaşadım. Axı, istənilən uşaq
üçün dilinə
yatan, söyləyə
biləcəyi asan olan şeir həm də onun nitqini, zehninin
inkişafına müsbət
təsir göstərir.
Bax, bunu nəzərə alan
şair də həmin o uşaqların gözüylə, sözüylə
pıçıldayır fikirlərini
və yazır:
Ay baba, ayaqların
Nə yaman ərköyündü;
Çəkmələrimi verdim,
geyinmir.
Və yaxud:
Allaha
and olsun,
Kefdi babam.
Bütün günü oxuyur
ha;
Səhər yerindən duranda:
- Vay də-əəə-dəə-mmm.
Axşam
yatağına girəndə:
- Öldüm, ay ana-ay ana.
"Leyləyin intiqamı"
kitabındakı şeirlərin
hər birinin mövzusu Azərbaycan coğrafiyası, Azərbaycan
təbiəti və dünya uşağıdı. Yəni biz öz
coğrafiyamızda, öz
təbiətimizdə nəyi
görürksə, onu
qavramağa, onu dərk etməyə, ona qovuşmağa çalışırıq. Ancaq burda fərqli məqam ondan ibarətdir ki, dünyanın istənilən
yerində doğulan və yaşayan uşaq həmin uşaqlıq yaşı dövründə hadisələrə,
təbiətə, valideynlərinə
demək olar ki, eyni münasibəti,
eyni hissləri yaşayır. Azərbaycanda doğulan uşaq ata-anaya, nənə-babaya,
məktəbə, qara,
yağışa, zooparka
necə münasibətdədirsə,
Avropada da, Afrikada da və
yaxud başqa bir qitədə də bunun yüzdə
səksən oxşarı
necə deyərlər,
təkrarlanır. Bu mənada, yaradıcılığı
Avropa mətbuatında
yüksək qiymətləndirilən
və bir çox beynəlxalq tədbirlərdə imzası
təsdiqlənmiş, əsərləri
tərcümə olunmuş
Qəşəm İsabəylinin
orijinallığı sevindiricidi.
Bir az
da konkret desəm, Qəşəm İsabəyli sözə,
qələmə təkcə
məmləkətin içindən
yox, həm də dünyanın pəncərəsindən baxmaqla
dəyər verməyə,
onu ərsəyə gətirməyə çalışan
yazıçılarımızdan, şairlərimizdən biridi.
Düşünürəm ki, "Leyləyin intiqamı"
kitabındakı şeirləri
istənilən dilə
çevirib istənilən
ölkədə yaymaq,
oxumaq nə tərcüməçiyə, nə
də naşirə
problem ola bilməz. Çünki burdakı uşaq
dünyası hər kəsə doğmadı.
Ədalət 2017.- 21 iyul.- S.4.