Heç baxmır sözümə
sözlərim bu gün
Təranə MƏMMƏD
Gözlərim
Neçə dərdə həmdəm
olub,
Qəm selinə məskən olub,
Göydə buluddək nəm
olub,
Gözlərim...
Gözəlliyə zövqlə baxıb,
Sevgidən şimşəktək çaxıb,
Bəlkə hərdən nazla
axıb,
Gözlərim...
Qaranlıqda nur axtarıb,
Süzüb keçmişə aparıb,
Bəzən səbəbsiz yaşarıb,
Gözlərim...
Günahları, qəbahəti,
Nadanlığı, əsarəti,
Məhəbbətə xəyanəti,
Görməməkçün,
Ya bir cansız daş olmalı,
Ya əbədi yumulmalı,
Gözlərim...
O mənəm sənsiz
Tənha
çinar fikrə gedib, düşünür,
Yarpaqları qəm donuna bürünür,
Dindirirsən, əlif qəddi bükülür.
Bəlkə o mənəm sənsiz?
Göy Xəzərin dalğaları
kükrəyir,
Sevənlərə min bir nəğmə
söyləyir,
Bir gözəl sahildə yarın gözləyir
Bəlkə o mənəm sənsiz?
Başı qarlı dağ
dayanıb, danışmır,
Bir gözəldən üzü
dönüb, barışmır,
İllər ötür, bu dağ düzə qarışmır.
Bəlkə o mənəm sənsiz?
Nə çinar, nə gözəl, nə dağam sənsiz,
Sevincdən, nəşədən uzağam
sənsiz.
Yayın
istisində qarlı bir qışam,
Şux bahar çağında sazağam
sənsiz.
Bir səhər oyanıb xəyala dalsan,
Qoca yer üzündə tək-tənha qalsan,
Yadına
yeganə bir kəsi salsan,
İnan ki, o mənəm, o mənəm sənsiz.
Sözüm alınmır
Yenə
kağız küsüb,
qələm quruyub,
İlham öz üzünü çevirib məndən.
Qafiyə
qarışıb, vəzn
uyuyub,
Ruhum ayrı
düşüb sanki bədəndən.
Düzürəm sıraya ömrümü
gün-gün,
Günün hər birinə bir misra düşür.
Heç
baxmır sözümə
sözlərim bu gün,
İşıqdan yazıram, qaranlıq düşür.
Bu nə xəyanətdir şerə, sənətə,
Dünən yazdıqlarım bu gün alınmır.
Qovuşa
bilmirəm şux təbiətə,
Könül nəğmələrim daha
çalınmır.
Dağlayır qəlbimi Vətən
həsrəti,
Yanıb qovruluram, dərdim dağılmır.
Nə qədər
gözləyim mən
ədaləti?
Elə
ha yazıram, sözüm
alınmır...
Xəyalları yormayın
Keçmiş xəyallarda yaşayır
ancaq,
Yolu o keçmişə
tez-tez salmayın.
Onsuz da ötən gün qayıtmayacaq,
Xəyalları yormayın.
Hərdən gələcək də
xəyala dönür,
Quş tək qanad açıb ora uçmayın.
Gələcək bir zaman özü gələcək,
Xəyalları yormayın.
Xəyallar - gələcək,
Xəyallar- keçmiş.
Xəyallar adlayıb zamanı keçmiş.
Xəyallar içində ximə
qurmayın,
Xəyalları yormayın.
Havasızlıq
Həyat
yükü ağrı
dolu,
Qaldırıram, gücüm çatmır.
Yer də, göy də hava dolu,
Mənim isə havam çatmır.
Arzuların uzaq yolu,
Boylanıram, əlim çatmır.
Göydən ötür hava
yolu,
Mənim isə havam çatmır.
Yorulmadım bilərəkdən,
Köks
ötürüb ah çəkməkdən,
Nəfəs alır el ürəkdən,
Mənim isə havam çatmır.
Əl uzadıb ağ
dumana,
Boy atıram asimana.
Sualım
var Yaradana,
Mənim niyə havam çatmır?!
LEYLA
Hüsnünlə ətrafa nur paylayırsan,
Günəşin özündən yararlanırsan,
Zülflərin bənzəyir gur
şəlaləyə,
Gözəlim, bəs adın Leyladır, niyə?
Leyla qaranlıqdır,
Leyla zülmətdir,
Sənə leyla demək bir cinayətdir,
Səni günəş verib yerə hədiyyə,
Gözəlim, bəs adın Leyladır, niyə?
Sən gecə deyilsən, sən gündüzümsən,
Qaranlıq deyilsən,
sübhün özüsən.
Zülmət özü möhtac bu gözəlliyə,
Gözəlim, bəs adın Leyladır, niyə?
Parla günəş kimi, dəniz tək çağla,
Verim ürəyimi qəlbində saxla!
Adın nə fərqi var? Qoy olsun Leyla!
Özün işıqlı ol! İşıq saç, Leyla!
Qoru məni
Sən qönçə güldən incəmsən,
Həzin mahnım, şən nəğməmsən,
Əzəlim sən, sonum sənsən.
Gəl boynumda həmayil ol, qoru məni!
Bu dünya qonaq evidir,
Kimi gəlir,
kimi gedir.
Ömrüm sənə həvalədir.
Gəl boynumda həmayil ol, qoru məni!
Dərd
selində boğuluram,
Zaman qaçır, mən qovuram,
İmdadı səndən umuram.
Gəl boynumda həmayil ol, qoru məni!
Ədalət 2017.- 27 iyul.-
S.4.