Tarixə adını yazan kişi

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

№ 120 (1488) 30 iyun - 01 iyul 2017-ci il

 

Məşhur alim, Mir Möhsün Nəvvab Qarabaği, "1905-1906-cı illərdə Şuşada erməni-müsəlman davası" əsərində onu əsl xalq qəhrəmanı adlandırıb. O, həmçinin keçən əsrin əvvəllərində görkəmli dövlət xadimi, Şuşalı Əhməd bəy Ağayev (Ağaoğlu), ermənilərin Daşnaksütyun partiyasının silahlı dəstələrinə qarşı, Gəncədə təşkil etdiyi "Difayi" müqavimət hərəkatının Şuşa özəyinin rəhbəri olmuşdu. Digər bir mənbəni də diqqətinizə çatdırım ki, həmin şəxs Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi ilə, milli azadlıq hərəkatını müdafiə üçün gedən, Qarabağ könüllü süvari dəstələrinin başçısı idi.

Təbrizdə nəşr olunan, "Səttarxan hərəkatı və İranda məşrutə inqilabı" kitabçasında, onun da adı xüsusi çəkilir, üstəlik Pənahi Makulunun "Səttarxan" romanında "Əzimzadə" kimi təsvir olunur.

Hələ çar Rusiyası dövründə də, xalq arasında satqınlıq, qorxaqlıq və qul rəmzi kimi tanınan ermənilər XX əsrin əvvəllərində imperiya himayədarlarına arxalanaraq, dünyada misli görünməmiş vəhşiliklərlə azərbaycanlılara qarşı kütləvi ədavətə başlamışlar. 1905-1906-cı illərdə vətənimizin müxtəlif bölgələrində olduğu kimi, Qarabağda, onun mərkəzi şəhəri Şuşada da, ermənilərin vəhşiliyi təhlükəli həddə çatmışdı. Mir Möhsün Nəvvabın yazdığı, "1905-1906-cı illərdə Şuşada erməni-müsəlman davası" əsərində qeyd olunur ki, Şuşada ermənilər rusların köməkliyi ilə 15 minə qədər silahlı dəstələr yaratmışdılar. "Üçmıx" yüksəkliyində səngərlər qazaraq, toplar da yerləşdirmişdilər. Arabir şəhərin müsəlman məhəllələrini top atəşinə tuturdular.

Şəhərin müsəlman əhalisindən təşkil olunan üç minə qədər könüllü mücahidlər, "Allahu Əkbər" nidası ilə hayqıraraq düşmən səngərlərinə doğru cumdular. Bu hayqırtının qəzəbinə dözə bilməyən qorxaq ermənilər topları da ataraq qaçmağa üz qoydular. Həmin mücahidlərin ön cərgəsində igid silahdaşları ilə birlikdə uca boylu, pəhləvan cüssəli, Əfrasiyab Hacı Əzim oğlu da var idi. Məhz bu vətənpərvər mücahidlərin qəhrəmanlığı sayəsində, şəhərin müsəlman əhalisi erməni qırğınından xilas olub. Hadisələr zamanı onun həlak olan yaxın silahdaşları, şəhərin cümə məscidinin həyətində dəfn ediliblər.

Əfrasiyab Hacı Əzim oglu 1863-cü il 7 martda Şuşada anadan olmuş və 1920-ci ildə burada da vəfat etmişdi. Verilən bilgilərə görə, o, tez-tez Təbrizə gedib-gələrmiş. İşğaldan öncə Şuşanın yaşlı sakinləri nəql edirdilər ki, Əlfə (xalq arasında onu Əlfə və Əlfəsyab kimi də tanıyırdılar), öz dəstəsi ilə Araz çayına yaxınlaşanda, rus kazakları qaçıb dağılışar, onlar isə atları suya vurub, silahlarından ata-ata çayı keçərmişlər. Şuşada onun ailəsi Hacı Əzimlilər kimi tanınmışdır. Babam, Şuşanın tanınmış bəy nəslindən olan Saray xanımla (nənəmiz) ailə qurmuşondan 4 oğlu və 1 qızı dünyaya gəlmişdir. Saray xanımın anası Şahnisə xanım Şah nəslindən olaraq, vəliəhd Bəhmən Mirzənin qızıdır. Bacısı Sürəyyə xanım isə, Qarabağda hamının tanıdığı xan titulu almış Cahangir bəyin həyat yoldaşı idi. Məşhur Azərbaycan alimi və ədəbiyyatşünası Firudin bəy Köçərli, nənəmiz Saray xanımın əmisi oğludur. Firudin bəy Köçərli Qori Seminariyasında Üzeyir Hacıbəylinin, Qazax seminarıyasında isə Səməd VurğununOsman Sarıvəllinin müəllimi olmuşdur. Biz yeniyetmə və gənclik yaşlarında olarkən Şuşanın qocaman, yaşlı kişiləri, soruşanda ki, bala kimlərdənsiz? Cavab verəndə ki, Əfrasiyabın nəvələriyik, dərindən köks ötürüb, babamızı minnətdarlıqla yad edərdilər. Babamızın qəzəbli sözü "donuz başı yeyən" sözü olub. Yəni, erməni deməkdir.

İndi də həyat yoldaşım Cəmilə xanım söhbət düşəndə nəql edir ki, 10-11 yaşım olanda, babam Məşədı Rəhım (Dahı bəstəkarımız Fikrət Əmirovun bibisinin həyat yoldaşı) məni may ayının axırlarında Şuşaya aparardı. "Koroğlu" dastanını mənə oxutdurar və deyərdi: "Elə bilirsiniz Koroğlu nağıldır? Belə kişilər olub. Elə Əfrasiyab da, belə kişilərdən biriydi". Xatırladım ki, Məşədi Rəhim uzun illər Şuşada yaşamış, sonra Bakıya köçmüşdür. 1960-cı ildə 80 yaşında vəfat etmişdir.

1937-ci ildə, bizim ailəmiz də, repressiyaya məruz qalmış, xalqımızın bir çox vətənpərvər, ziyalı övladları kimi, atamın dayısı, Şükür bəy Köçərli də Sibirə sürgün edilmiş, orada da dünyasını dəyişmişdi.

Onun yeganə övladı olan Kəriş Köçərli uzun illər Bakı Dövlət Universitetinin fizika kafedrasının dosenti vəzifəsində çalışmışdır. Şəfayət Mehdiyevin Universitetdə rektor işlədiyi dövrlərdə Kəriş müəllim partiya təşkilatına rəhbərlik etmiş və hər il qəbul komissiyasının sədri olmuşdur. Təmiz və saflığına görə universitet kollektivi arasında böyük nüfuz və hörmət qazanmışdır. Mir Cəlal Paşayev, Şəfayət Mehdiyev, Qoşqar Əhmədov, Əmir Həbibzadə və digər elm xadimləri ilə yaxm dostluq əlaqələri var idi.

Onun övladları atam - Şamil, əmilərim - Hidayət, Bəbir, Əmir 1941-1945-ci illərin müharibə dövründə cəbhədə olmuş, atam və qardaşı Əmir döyüşlərdə həlak olmudur.

Bəli, adını tarixə yazan bir kişinin övladları da, onun nəvələri də ermənilərin XX əsrdə xalqımızın başına gətirdikləri müsibətləri, faciələri, satqınlıqları heç vaxt unutmamış, onun ağrısını-acısını zaman-zaman yaşamışdılar. Sadəcə, mən babamın həyat yolunu xatırlatmaqla onun kimliyini və apardığı mübarizənin kimlərə qarşı olduğunu göstərmək, düşmənə qarşı mübariz olmağı, vətənpərvərlik, qeyrət hisslərini bugünkü nəsilə də aşılamağı özümə borc bildim. Yəqin ki, tarixi şəxsiyyətlərin xidmətləri həmişə nümunə olduğu kimi, bu yazıda da öz müsbət təsirini göstərəcəkdi.

 

Tahir Hacı Əzimli

Musiqişünas

Ədalət  2017.- 30 iyun.- S.3.