YETMİŞ NƏ YAŞDI Kİ...
Professor Qəzənfər Paşayevin 70 illiyinə
Kərkük bayatısı şirin dilində
Halal zəhmətiylə ucalan kişi.
Sağ ikən pir olan Oğuz
elində
Tovuz torpağından güc alan kişi.
Sevgiylə döyündü sinəndə
ürək,
Ozan təbiətli
əhli-hal oldun.
Tələbə vaxtından tədbirli,
zirək,
Gənclik çağlarından ağsaqqal
oldun.
Necə
bağlandınsa, torpağa,
yurda
Axmadın qürbətin yad sellərində.
Vətəni ömür tək
yaşadın orda -
"Altı il Dəclə-Fərat sahillərində".
Bu yanğı ürəkdən,
bu sevgi haqdan,
Üzdün, nə dərindir
sənət ümmanı!
Xəzinə toplayıb gəldin
İraqdan
Heyrətə gətirdin Rəsul
Rzanı!
Odunu bir az da artırdı günəş,
Yük tutdun bir elin dərdi-sərindən.
Axdı
qəlbimizə bu yanğı, atəş,
Vətənin qıraqda qalan yerindən.
Sən birinci saydın ədəbi, elmi,
Kitab tək üst-üstə qalandı
ömrün.
Böyük insanlığa yönəltdin
elmi,
Böyük ömürlərə calandı
ömrün.
Məhəbbət özü də
din olarmış, din,
Bu duyğu, bu istək necə dərindi!
Arəstə xanıma ən
böyük sevgin
Abidəyə dönən əsərlərindi.
Vətənçün qoymuşdu ömrünü girov,
Necə bu millətə içdən yanırdı.
Səndən söz düşəndə Abbas Zamanov
Müəllim yox, ata tək qürurlanırdı.
Bəzən qəfil qopur ürəkdə sancı,
İnsan quş tək uçur, bir anlıq olur.
Böyük alimlərin əsil
qazancı
Tarixə iz salan insanlıq
olur.
Ürək var, bir ömür şam kimi yanır,
Duyğu var, köçürmək
çətindir dilə.
Elmi titullar da hörmət
qazanır
Əsil
alimlərin imzası ilə!
Sən alim, sən insan, əsil vətəndaş,
El görür ziyanı
necə saçırsan.
Neçə ürəklərə olursan sirdaş,
Neçə könüllərə qapı
açırsan.
Həmişə qayğıkeş, mehriban,
həlim,
İncilər səpilir şirin dilindən.
Səksən nə yaşdır
ki, Qəzənfər
müəllim,
Doxsana çat, yüzün yapış əlindən!
28.12.2009
Ələkbərli, Musa.
Ədalət 2017.- 24 iyun.- S.11.