Mövludum üçün
Bu qəsdin, qərəzin nəydi –
Bağrımı didəcəm,oğlum
Gedəndə səni axtarıb,
Qoynunda yatacam, oğlum.
Ta bu boyda dostu
tapsan –
"Bir əclaf
oğlu əclafsan”.
…Sən bir əfsanəsən,
gapsan,
Ölüncə ötəcəm, oğlum.
Yonun hayana getməli,
Varıb
hayanda itməli?..
Akif Səməd, Şaiq Vəli
Yolunda bitəcəm,
oğlum.
Bilsən,
bu görüşü
asan,
Məni özün qarşılarsan.
Goyun 17-ci qatından
Yanına gedəcəm, oğlum.
Ehtiram İlham
Ədalət.-2017.-29
mart.-S.4.