"Qollarımdan öpüb
təşəkkür edirəm"
Ədəbi mühitdə tanınmayan, lakin istedadlı gənclər var. Bu gənclərdən biri də Xəyalə Əliyevadır. Şeirləri ədəbi portallarda dərc olunub. Xəyalə Əliyevanın şeirlərində ayrılıq, hüzn duyulur. "Rahat olanda şeir yaza bilmirəm"-deyir Xəyalə xanım.
Adalet.az Türkiyədə yaşayan yazar, tele-jurnalist Xəyalə Əliyeva ilə müsahibəni təqdim edir. Qeyd edək ki, Xəyalə Əliyevanın ilk müsahibəsidir.
-Özünüz haqda danışarsınız...
-Xəyalə Əliyeva. 31 yaşım var. Subayam. 7-8 ildi
televizayada çalışıram.
Aparıcı, redaktor, müxbir
kimi fəaliyyət göstərmişəm. Qısa müddətdir
ki, İstanbula köçmüşəm.
-Uşaqlığınıza
səyahət etsəniz,
sizi harda tapa bilərik?
–Uşaqlığım Yevlaxda keçib. Harda səmaya
uzun-uzun baxan bir uşaq varsa
o mənəm. Gecələr bağda oturub, ulduzları, təyyarələrin
yanan sönən işıqlarını izlərdim.
Bu mənim üçün
meditasiya idi. Hüzür tapardım. Bir dəfə 8 yaşım
olanda ulduzlara baxa-baxa küçəmizlə
gedirdim. Ayağım ilişdi yıxıldım.
Alnım
çapıldı. O iz hələ də qalıb. Göylərin hədiyyəsidir - deyə hərdən sığal çəkib
xatırlayıb gülümsəyirəm.
Qəribədir ki, hündür
mərtəbəli binaya
qalxanda da yer məni çəkir.
Atlamaq istəyirəm. Görünür, bu şiddətli arzu yerə çırpılıb təkrar
səmaya qalxmaq istəyindən irəli gəlir.
-Nə vaxtdan şeir yazmağa başlamısınız?
-Yazmağa hamı kimi məktəb illərindən başlamışam.
Amma kimsəyə göstərməmişəm,
cırıb atmışam.
Mətbuatda gedən şerləri
isə 2009-cu ildən
keçən ilədək
yazmışam. 20-yə
yaxın şerdir yəni elə də çox şerim yoxdu. Onlardan isə sadəcə beş
altı şer dərc edilib. Üç hekayəm var bir romanım onları da dərc etdirməmişəm,
bəlkə də bir-iki ilə ürəyim istəsə
dərc etdirəcəm.
-Şeirlərinizin qırmızı
xətti ayrılıq,
hüzn qoxur... gileylənmə gedişimdən,
bu gediş də gediş deyil, yüz illik bir tənhalıqdır,
bizim tənhalığımız
elə... İnsanlar sizdən ayrılır
yoxsa siz insanlardan?
-Mən daxilən rahat olanda şer
yazmıram. Ümumiyyətlə bizim xalq xoşbəxtliyini bölüşməkdə
xəsisdir. Hamımız bədbəxtliyimizi bölüşməyə
məqam axtarırıq.
Xoşbəxt anlarımızda belə. Mən nə müqəddəsəm,
nə də əvəz edilməz.
Məndən də imtina
etmək olar. Dəyər verdiyim insanlardan laqeydlik, xəyanət gördükdə asanlıqla
imtina edirəm. Mənim qaydalarımda bir səhv iki düzü
aparmır. Bütün düzlərin
üzərindən xətt
çəkir.
-Şeir
mənə yastı təpələri xatırladır,
nəsr isə dağın döşündə
ora-bura qaçan vəhşi heyvanları. Sizin gözlərinizdə
üfüqdə nə
görünür?
-Yaxşı şer məni silkələyir. Güclü mətn darmadağın edir. Təbiət hadisəsi kimi
qiymətləndirsək, nəsr
yağışdı. Dərinliyinə damlayır. Şer isə göy qurşağıdır. Müthişdir, izləyərsən, təsirlənərsən,
qısa sürər.
-Hansı nəqliyyatdan istifadə edirsiniz? Metro, avtobus,
taksi?
-Bakıda yaşayanda, məhz ictimai nəqliyyatdan çox istifadə etməyim deyə evi işlədiyim
tv-lərə yaxın
tuturdum. Ayaqla gedilməyəcək məsafələrə isə
"Baku Bus”la gedirdim.
"Baku Bus”da özümü
hansısa avropa ölkəsində hiss edirəm.
Sürücülərin səviyyəsi sərnişinlərə
də təsir edir. Digər avtobuslardan istifadə
edəndə sürücülərlə
dalaşıram. Dostlarım tənbeh
edirlər ki, orda sənin kimi 15-20 sərnişin var, niyə onların səsi çıxmır amma sən emosioanal davranırsan. Telefon qulaqda,
küçə söhbətləri
edən, yüksək
səslə danışan,
güzgüdə Polad
Aləmdar sayağı
səni süzən, gediş haqqını ödəyəndə barmaqlarına
şəhvətlə toxunan
sürücü ilə
dalaşmayım nə
edim? Niyə mən onun küçə söhbətlərinə
iyrənc hərəkətlərinə
göz yummalıyamki?
Bilirsiniz,
mənim ən azından sürücüyə
etiraz etməyə gücüm çatır.
Gün ərzində 5-10 nəfər
etik davranışlardan
yoxsul kəslərə
irad bildirsə etiraz etsə yaxşı olar.
-Qadını anlamaq yox, sevmək
lazımdır. Ümumiyyətlə, kişilər niyə sizi çözməyə
çalışırlar?
-Kişi qadını asanlıqla çözdüsə
demək ki, o qadın maraqsız qadındı. Qadın hörümçək torunu xatırlatmalıdır.
Kənardan sadə, yaxınlaşdıqca
isə sirli görünməlidir. Qadın anlaşılmaq
istər amma və lakin anlaşılsa
belə bu dəfə də başqa bir şey istəyər.
Bizim istəklərimiz sonsuzdur.
Hərdən yaxşı kişilərə
yazığım gəlir.
-Deyirlər, qadın şairlərimiz öz hislərini çılpaq
şəkildə yaza
bilmirlər..
-Şəhvəni hisslərin
təsvirini nəzərdə
tutursunuzsa qadınlar intim məsələləri
bölüşmək istəmirlər. Mental dəyərlər onları
bu çərçivəni
aşmaqda mane olur.
Mənə gəldik də
isə nə yaşamışam onu da yazmışam.
-Sizin üçün
nə vacibdir, şairin istedadımı,
intellektimi?
-İstedadsız intellekt
ağ-qara, boz çalarlarda kitab rəfidir. Sıxıcıdır. İstedad isə
rəngarəng amma səliqəsiz kitab rəfidir. Səni cəzb edər
toxunmaq, vərəqləmək
istəyərsən. İstedad və
intellekt hər ikisi olanda rəngarəng
və əlifba sırası ilə səliqəylə düzülmüş
kitab rəfidir. Bax bu zaman o rəfdə
nə istədiyini bilirsən. Vaxt itirmədən götürüb
oxuyursan.
-Şeiri
xilas kimi görürsünüzmü?
-Dərin yaralarım var. Şeir, ağrıdan xilasdır. Lənətə
gəlmiş diş ağrısı kimi bir şeydir. Yazmasam ağrı keçmir.
Yazmaq morfimdir. Sağaltmır amma keyidir.
-Facebookda tez-tez öz fotolarınızı
paylaşırsınız. Yəqin ki, təkliyinizi çox sevirsiniz…
- Azadlığımla evliyəm. 2012 ci ildən tək yaşayıram. Sabah oyananda özümlə salamlaşıram. Özümü əzizləyirəm. Xoş sözlər deyirəm. Daxili səsimi dinləyirəm. Özümlə söhbətim əla tutur. Bəzən danlayıram bəzən çiynimdən, qollarımdan öpüb təşəkkür edirəm. Bir kişi ilə ailə qurub bir damın altında yaşıya biləcəyim ağlıma da gəlmir. Təmizliyə düşkünəm.
Evə qonaq gələndə bir əşyanı götürüb bir yerə qoyanda və yaxud yemək çay içəndə ağızlarına diqqətlə baxıram ki, indi bir çörək qırıntısı bir çay damcısı harasa düşəcək. Qonağın getməyini gözləyirəm. Çıxan kimi başlayıram evi təmizləməyə. Yazıq kişinin gününü qara eliyərəm. Robort kimi dayanar.(gülür)
-Freydə görə
xatirələr insana əzab verir. Xatirələrinizdən xilas
olmaq istərdiniz?
- Yox. Heç vaxt. Xatirələrdən xilasın yeganə çıxış yolu intihardır. Hələ ki, ürəyim ölmək istəmir.
-Son
olaraq, Türkiyəyə getdiniz.
Getməyinizin səbəbi nə idi?
-Getmək lazım idi. Çalışdığım nəvacib məni qane etmirdi. Mən əməyimi o maaşa satmaq istəmədim. Və çıxıb gəldim.
Əslində ölkədən getməyi çoxdan planlaşdırmışdım. Keçən ilin oktyabrı Amerikaya getməliydim. Bir il müddətinə təxirə düşdü. Məqsəd getmək olduğu üçün bu dəfə marşurtu İstanbula dəyişdim. Bura da maraqlıdır. Burada uşaqlıqdan bu günə kimi mənimlə addımlayan fobiyamdan azad oldum. Qəbrstanlığa yalnız gedə bilmirdim. Ürpənirdim. İndi İstanbulda yaşadığım evlə qəbristanlıq arasında beş metr məsafə var. Pəncərəm məzarlara açılır. Səhərlər salamlaşıb, gecələr sağollaşıb yatıram. Qorxularımıza qalib gəlmək xoş hissdir. Ümid edirəm, Türkiyə təkcə bununla yadda qalmayacaq. Həm də işıqlı günlər görəcəm…
İmza:Oğuz Ayvaz
Ədalət.-2017.-3
may.-S.4.