RAZBORKA

 

Hekayə

 

Taksi dayanacağına çatan Ülfət tez boş bir maşına əyləşdi:

- Hara? - sürücü soruşdu.

- Tez sür Akif dayı, - deyən Ülfət əlini cibinə saldı.

- Bir de görək hara gedirsən, verəcəksən. Sür deməklə olmur, axı.

- Akif dayı desən onu verəcəyəm. Tələsirəm, tez ol. Bayraq meydanı olan təpəyə sür.

- Oldu, baş üstə. Bu başqa məsələ, - deyən Akif mühərriki işə saldı. Bir azdan "Jiquli" asfalt yolda qanad açmağa başladı.

Mobil telefonu qulağına tutan Ülfət:

- Maşındayam. Bir az dözün, bu dəqiqə çatıram. O alçağa deyin ki, heç hara tərpənməsin getdikcə qızışır, arabir üzünü sürücüyə tərəf çevirərək:

- Akif dayı, maşının sürətini bir az artır. Elə bil maşın getmir, - deyir.

Gözünü yoldan çəkməyən Akif:

- Axı, nolub, bir məni başa sal görüm?

- Razborkalıq var. Ülfət bir az öncə söndürdüyü telefonun düyməsini yenidən basdı qulağına tutdu.

- A bala, razborka nədir? - Akif soruşdu.

- Razborka, necə deyim, ey. Bir dolaşıq məsələ var...ghə, yadıma düşdü - onu aydınlaşdıracağım.

- Soruşmaq ayıb olmasın, o məslədir ki, sən aydınlaşdırmağa gedirsən. Heç olmasa bir-iki nəfər yoldaş götürəydin.

- Yoldaşla gedənlər qorxaq adamların işidir.

- A bala, söhbət qorxaqlıqdan getmir. Bəlkə o adamlar sayca çoxdurlar. Onun üçün deyirəm ki, tək getmə.

- Ona deyin, tərpənməsin, çatıram. Onun anasını ağlar qoymasam Canavar Ülfət adı mənə haram olsun, - deyən Ülfət - "Hələ oğraşa neçə dəfə demişəm ki, mənim qarşıma çıxma" - deyən Ülfət hirsli-hirsli telefonu söndürüb cibinə qoymuşdu ki, maşın "Bayraq meydanı" adlanan təpəyə çatdı. Akif maşını yolun kənarına çəkib saxladı. Maşından düşən Akif Ülfətə dedi:

- Sirr deyilsə, məni başa sal görüm məsələdi. Bəlkə heç getməyin lazım deyil.

- Narahat olma, Akif dayı, mən belə razborkaları çox yoluna qoymuşam. Beş-on dəqiqə burada gözlə, məsələni aydınlaşdırıb qayıdıram. Qayıdanda pulun eləyir ikiqat verəcəm.

- Ülfət, elə deyil, kənddən mənlə gəlmisən. Gedərsən bir hadisə baş verər, məni işə salarsan. Yaxam qalar polisin əlində. Ondan əlavə atan-anan, eşidən-bilən deməzmi o cavan idi, bəs sənə olmuşdu? üçün qoyurdun getsin?

- Akif dayı, ürəyini buz kimi saxla, beş-on dəqiqə gözlə, bu dəqiqə qayıdıram. Onları başa salıb qayıdıram, - deyən Ülfət maşından aralanıb uçurum tərəfə yola düzəldi.

Nazik, qılçası-qılçasına dolaşan, boğazı armud saplağına oxşayan, uzağı 45-50 kq çəkisi olan Ülfətin arxasınca baxan Akif öz-özünə: "Bunun find-fasonu ilə danışığı, cəsarəti heç uyğun gəlmi" dedi.

Xeyli keçmiş Akif narahat olmağa başladı. "Yox, gərək mən onunla gedəydim. Başına bir gəlsə zibili məni tutacaq" s. fikirləri ilə məşğul olsa da özü-özünü sakitləşdirməyə çalışırdı. Axırda səbri tükənən Akif Ülfətin getdiyi səmtə yollanmaq istəyirdi ki, bu zaman eşidilən "Akif dayı, kömək elə öldüm" səsinə tərəf çönəndə üst-başı qan içində, pal-paltarı cırılmış vəziyyətdə yola tərəf sürünən Ülfətə tərəf yüyürməyə başladı.

Ülfəti qucağına alıb maşının yanına gətirdi. Cibindən yaylığını çıxardıb Ülfətin sir-sifətinin qanını təmizləyən Akif:

- Sənə dedim qoy mən gedim. Razı olmadın. Bu gündü düşmüsən? - deyə soruşdu.

- Akif dayı, məni evə çatdır, deyəsən ölürəm, - deyən Ülfət başını maşının yanına söykədi.

- Ə, bəs deyirdin ki, mənə Canavar Ülfət deyirlər. Belə razborkaları çox yoluna qoymuşam? Sən heç tülkü deyilmişsən. Razborkaya belə aydınlıq gətirirsən? - deyən Akif Ülfəti birtəhər arxa oturacağa uzandırıb yola düşdü.

Fazil Sənan

Ədalət.-2017.-16 may.-S.4.