EL SƏNƏTİ
NƏNƏLƏRİMİZİN BOXÇASINDA YAŞANAN
GÖZƏLLİK
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
"Hər bir xalqın tarixində xalq yaradıcılığı,
onun milli-mənəvi
dəyərlərinin və
dünyagörüşünün, təşəbbüskarlıq və
novatorluğunun təzahür
formalarından biridir. Tarixi-mədəni və bədii irsimizin daşıyıcısı
olan Azərbaycan xalq yaradıcılığı
əsrlər boyu formalaşaraq və inkişaf edərək günümüzədək gəlib
çatmışdır".
Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Azərbaycan xalqının qədim tarixə, yüksək mədəniyyətə, maddi
və mənəvi dəyərlərə malik
olduğunu təsdiqləyən
etibarlı mənbələrdən
biri də onun əsrdən-əsrə,
nəsildən-nəslə yaşadılan müxtəlif
sənətkarlıq ənənələridir. Onların arasında
nənələrimizin təbiətin
rəngləri ilə
sehrlədiyi tikmə sənəti özünəməxsus
səciyyəvi cəhətlərinə
görə xüsusilə
seçilir. Ürəyinin hərarəti, gözünün
nuru zərif əllərinin sığalı
ilə o sənətə
rövnəq verən
ipək xasiyyətli nənələrimiz tikmə
işinə önəm
vermiş, onu təxəyyüllərinə uyğun
inkişaf etdirmişlər.
Xalq yaradıcılığının
əsas növlərindən
biri olan tikmə bu gün
qadınların min bir
əziyyətlə, həvəslə
ərsəyə gətirdiyi
bir sənətdir. Bu sənət sayəsində
saya üzərində
rəngli saplarla xəyali təsvirlər yaradılıb. Min bir çalarlı təbiət gözəlliyi
əks etdirilib. Məhz buna görə də bir çox
sənətşünaslar tikməni
"lifli rəssamlıq"
adlandırıb. Təsviri sənətdə
olduğu kimi, tikmələr də müxtəlif növ və üsullara malikdir. Müxtəlif bədii vasitələrlə
portret, mənzərə,
natürmort və sair tablolar, sırf ornamental əsərlər
yaradılıb. Tikmələr nənələrimizin sanki
hikmət xəzinəsidir.
Bu xəzinəni rəngləri duymayan insan oxuya bilməz,
hər elementdə bir sirr gizlənir.
Təsadüfi deyil ki, qədimdə ailələrindən
uzaqda olan kişilər qadınlara bu sənət növü ilə fikirlərini çatdırırmışlar.
Bu sənətin hikməti onun ecazkarlığında, açılmayan
səhifələrindədir.
Bu günlərdə qonşuluqda
yaşayan Fatma xalanı ziyarətə getmişdim. Axı bizə dayaq
olan ata-anaya, qoca və kimsəsizlərə
baş çəkmək
əzəldən xeyirxahlıq
hesab olunur. Fatma xala çay süfrəsi arxasına keçməyim üçün
çox təkid elədi. Elə bu vaxt stolun üstünə salınmış süfrə
nəzərimi çəkdi.
Süfrənin naxış elementlərindəki
qeyri-adi gözəllik
ruhuma sığal çəkdi. Gözlərimi süfrədən ayıra
bilmədim. Bunu görən
Fatma xala əlinin arxası ilə illərin ağrı-acısını saçlarına
hopduran xəyal dünyasına qapıldı.
Dedi ki, nə çox baxırsan bala? Bu mənim rəhmətlik
nənəmdən anama
qalmışdır. Anam
da heç kimə qıymadığı
bu zərif naxışlı örtüyü
mənə verdi
ki, yadigar qalsın. Hə bala, bu örtüyü əziz qonağım gələndə
işlədirəm. Adı tikmə
sənətidir. Mən özüm
də bu sənətin incəliklərini
bilirəm. Hərdən illərin məndən aldığı gözəl
günlərin heyfini çıxır, ara-sıra
naxışlar tikirəm.
Rəssam deyiləm, ancaq
qəşəng quş
şəkilləri, lalə,
nərgiz kimi şəkillər çəkir,
sonra da onu rəngli saplarla ətə-cana doldururam.
Doğrusu bu zərif əl
işinə olan heyranlığım məni
Culfa Rayon Mədəniyyət
və Turizm Şöbəsi Gülüstan
kənd mədəniyyət
evinin bədii rəhbəri Aidə İbrahimovanın çalışdığı
mədəniyyət müəssisəsinə
gətirdi. Eşitmişdim ki, bu sənətlə məşğul
olan qadınlar arasında Aidə xanımın öz yeri var. Onunla görüşdük.
-Aidə xanım, hər bir sənətin
öz dili var. Xalq yaradıcılığının
məhsulu olan tikmə sənətində
cəmiyyətin inkişaf
mərhələləri xarakteri
və tarixi necə əks olunub?
Azərbaycan məişətində güləbətin,
saya, naxışlı
bədii tikmə, təkəlduz, "quşgözü"
texnikasında tikmə,
metal-muncuqlu tikmə, pilək tikmə, çaxma pilək (buna zərənduz da deyirlər) doldurma tikmə növləri olub. Bu zərif əl işlərində xalqımızın
tarixi, mədəniyyəti
dolğun əksini tapıb.
Bu gün də Azərbaycanın bir çox şəhərlərində
kökü qədim dövrlərə gedən
bədii tikmə sənəti qorunub saxlanılır. Əsl sənətkarların əl işləri beynəlxalq sərgilərin
və muzeylərin ekspozisiyasını bəzəyir.
Müsahibim daha sonra bildirdi
ki, Azərbaycanda tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olub. Təkəlduz tikmə ilə kişilər də məşğul olub.
Bədii
görünüşü, məişətyönümlüyü və milli xarakteri
ilə yanaşı təkəlduz iqtisadi cəhətdən çox
sərfəli olur.
Bu da onun istər-istəməz Vətənindən
uzaqlara yayılması
imkanını yaradıb. Bu sənət növünə
Azərbaycan ailələrinin
bir çoxunda rast gəlmək olur. Zamanında ən dəyərli
sərvət sayılan
bu gözəl nümunələr nəsildən-nəslə
keçərək bu
günümüzədək gəlib çıxmışdır.
Zərif
əl işləri bir zamanlar qadınların
ən gözəl məşğuliyyəti sayılıb.
Tikmə
elə bir sənət növüdür
ki, onunla həm sadə xalq içindən çıxmış insanlar,
həm də zəngin təbəqəyə
malik olan qadınlar məşğul
olurdular.
İstər tikmə, istər xalçaçılıq sənəti
olsun tətbiqi incəsənətin bütün
növləri xalqın
düşüncə tərzindən
qidalanaraq bir bulaq suyu kimi
axıb bu günümüzə gəlib. Bu sənət növündən
çox danışmaq
olar. Bədii tikmə sənətində
zərgər dəqiqliyi
tələb edən rəssamlıq, yüksək
rəng duyumu olmalıdır. İşlənilən
sap və materiallara ciddi fikir verilməlidir.
Bu sənət növünə olan marağın artmasına səbəb dövlətimizin
yaradıcı insanlara
göstərdiyi diqqət
və qayğıdır.
Bunun üçün
öz tariximizi, mədəniyyətimizi tablolarda,
geyimlərdə, ev əşyalarında
yaşatmağa çalışıram.
Bu sənətin texnikasını
mükəmməl bilmək
üçün daim axtarışda oluram. Bu zərif sənəti bütün qəlbimlə
sevirəm. Zəngin bədii
sənət növü
olan tikmə olduqca maraqlı və zövq tələb edən işdir. Vaxtilə araqcında (Culfa
rayonunda buna dınqa deyilir) güləbətin tikmədən
istifadə olunub.
Naxçıvanda güləbətin tikmə sənət növü geniş yayılıb. Naxçıvan həm də güləbətin tikmənin
vətəni sayılır.
Naxçıvanlı xanımların dünyagörüşü,
estetik zövqünün
yüksək olması
bu sənətin daha mükəmməl işlənməsinə şərait
yaradıb. Xanımların istifadə etdiyi küləcələrdə də
güləbətin tikmələrdən
istifadə olunur.
(ardı
gələn sayımızda)
Adilə Səfərova
Naxçıvan Dövlət
Televiziyasının baş redaktoru
Ədalət.-2017.-17 may.-S.3.