EL SƏNƏTİ
NƏNƏLƏRİMİZİN BOXÇASINDA YAŞANAN
GÖZƏLLİK
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
(əvvəli
ötən sayımızda)
Bildiyimiz
kimi, 2018-ci il
üçün Naxçıvan
İslam Mədəniyyətinin
paytaxtı elan olunub. MR-da hər bir sənət
sahibi kimi mən də çalışıram ki,
öz işimlə dini dəyərlərimizi
ərsəyə gətirdiyim
əl işimdə göstərə bilim.
Bunun üçün tarixi abidələrimizin üzərindəki
rəngarəng naxış
elementlərinə diqqətlə
baxır, onların mənasını axtarmağa
çalışıram. Yaxşı sənətkar olmağın
yolu axtarışda, işini cilalamaqdadır.
Mən həm də bu işlə məşğul olan yaşlı nəslin nümayəndələri ilə
görüşüb, onlardan
nə isə əxz etməyi özümə mənəvi
borc bilirəm.
Ölkəmizdə IV İslam Həmrəyliyi oyunlarının keçirilməsi
bütün dünyanın
diqqətini Azərbaycana-paytaxt
Bakıya yönəldib. Gələn turistlərin
sayı olduqca çoxdur. Onlar isə bu ölkənin adət-ənənələrini
özündə yaşadan
bir xatirə əşyası alırlar.
Düşünürəm ki, onlara aid
ən gözəl hədiyyə tarixilik baxımından böyük
əhəmiyyət kəsb
edən sənətkarlıq
işləridir. Odur ki, müxtəlif sənətkarların
hazırladığı dəyərli
əşyalar turistlərin
də estetik zövqünü oxşayır.
Mən də işlətdiyim detallarda milliliyimizi, tarix və mədəniyyətimizi,
qonaqpərvərliyimizi önə
çəkmək istəyirəm.
Tikmə sənətinin digər bir növü olan muncuqla işləmə
isə olduqca maraqlı və zövqoxşayandır. Rəngbərəng muncuqlar və onların kətan üzərinə düzülüşü...
baxın, bu olduqca səbir və təmkinli olmağa sövq edir adamı. Riyazi biliyin olması da əsas şərtdir.
Muncuqlardan biri artıq
və ya əksik olarsa istədiyini ala bilməzsən.
Ona görə də olduqca diqqətli olmalı və gördüyün işə
həvəslə yanaşmalısan.
Mənə müraciət edən evdar xanımlara da bu sənəti
təmənnasız öyrədirəm. Yetər ki,
sənət unudulmasın,
yaddaşlara, ilmələrə,
naxışlara köçsün.
Yaşadığım Culfa rayonunda
isə satış-sərgi
mağazası fəaliyyət
göstərir. Xaricdən gələn
qonaqlar, eləcə də yerli əhali
mağazadan istədikləri
sənət nümunələrini
alırlar. Həmin sənət
nümunələrinə diqqət
göstərmək Azərbaycanımız
üçün, xalqımız
üçün olduqca
gərəkli və vacibdir. Başqasının maddi və mədəniyyət nümunələrinə
göz dikən ermənilər də görsünlər ki, bizim millilik canımızda, qanımızdadır.
Digər sənət növü olan təkəlduz isə ən qədim sənət növüdür. Əsas vətəni Şəki
şəhəri sayılır.
Naxçıvanda bu işlə
məşğul olanlar
olsa da, təəssüf ki, bu haqda Naxçıvanın
adı etnoqrafiya və başqa kitablarda çəkilməyib.
Tikmənin növləri çoxdur. Quşgözü və sair tikmələrdə
naxış elementləri
düzgün seçilməlidir.
Mən öz əsərlərimdə
Naxçıvan Muxtar
Respublikasında olan dünya əhəmiyyətli
abidələri Möminə
Xatın, Gülüstan
türbəsi və sair kimi abidələrimizin
üzərindəki naxış
elementlərinin ecazkarlığını
öz sənətimdə
yaşadıram.
Hər bir əsərdə eskizlər
hazırlanır, rənglər
düzgün seçilir,
naxış elementlərindən
istifadə olunur. Rənglərin düzgün harmoniyası
yaxın-uzaq keçmişimizi
necə yaşamağımızdan
xəbər verir.
Mənim
bir əsərim var, orada Gəmiqayaüstü
rəsmlərdən istifadə
etmişəm. Səbəb odur
ki, mən Azərbaycanın tarixini, mədəniyyətini abidələrini
əsərlərimdə yaşadım,
gələcək nəsillərə
ərməğan edim.
Muxtar respublikada keçirilən
xalq yaradıcılığı
günlərində də
iştirak edirəm.
Əməyim dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
Belə ki, 5 mart
2005-ci il tarixdə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
Sərəncamı ilə
"Rəşadətli əməyə
görə" nişanı
ilə təltif olunmuşam.
-Yaradıcılığınızda ən çox buta naxış elementinə üstünlük
verirsiniz. Burada məqsəd nədən
ibarətdir?
Buta naxış
elementi alov mənasında işlənir. Odlar yurdumuzun
simvoludur. "Odlar yurdu" adlı bir əsərim
var. Rəng seçimlərinə
həm də qoşa quş təsvirinə yer ayırmışam.
Xalça və tikmələrimizdə
bu naxışdan yetərincə istifadə
olunub. Xalçaçı rəssam Lətif
Kərimovun yaradıcılığında
butaya geniş yer verilib. Qeyd etmək lazımdır ki, bu naxışdan
hər yerdə istifadə etmək olmaz. Küsülü buta, sevgili buta var, onların
da hər birinin özünəməxsus
xüsusiyyətləri var.
Mən həm də Culfa rayon uşaq-gənclər yaradıcılıq
mərkəzində "Bacarıqlı
əllər" dərnəyinin
rəhbəriyəm. Uşaqlara bu
sənətin sirlərini
həvəslə öyrədirəm.
Çalışıram ki, uşaqlar
asudə vaxtlarını
lazımsız işlərə
deyil, yaxşı işlərə sərf etsinlər. Həm də uşaqlara
başa salıram ki, bu sənətə
XIX əsrdə məşhur
şair və maarif xadimləri də maraq göstəriblər.
Şairə Xurşidbanu Natəvan,
təbiətşünas alim
Həsən bəy Zərdabi, rəssam, şair və musiqişünas Mirmöhsün
Nəvvabı və başqalarını misal göstərmək olar.
Xurşidbanu Natəvanın əl
işləri şərqin
məşhur rəssamları-
Mani və Behzadın əsərlərinə bərabər
tutulub.
Muxtar respublikamızda yaşayan bütün qadınlara da məsləhət görərdim ki, bu zərif sənəti yaşatsınlar. Bu sənəti yaşatmaqla onların həm vaxtları səmərəli keçər, həm də adət-ənənələrimiz, dəyərlərimiz qorunub saxlanılar. Dünyanın ən zərif sənət növlərindən olan tikmə ulu nənələrdən bizə gözəl bir ənənə olaraq ötürülən qiymətli irsdir. Bu sənəti qorumaq, yaşatmaq və gələcək nəsillərə təhvil vermək üçün hər birimiz səylə çalışmalıyıq. Tarixi yüz illərlə ölçülən tikmə sənətimizin ənənələrini bu işlə məşğul olan peşə sahibləri vasitəsilə qoruyub saxlamaq mümkündür. Məhz buna görə də muxtar respublikamızda qadınların məşğulluğunun təmin olunması üçün xalq yaradıcılığı sərgiləri təşkil olunur. Ümid edirik ki, dəyərlərimiz daim yaşanacaq, milliliyimiz gələcək nəsillərə ərməğan olacaq.
Adilə Səfərova
Naxçıvan
Dövlət
Televiziyasının
baş redaktoru
Ədalət.-2017.-18 may.-S.3.