Vətən sevdalı doktor Əli Tekin Atalar
Vətən sevgisi insanın
mənəvi dünyasının
ən ali
hissidir. Yaşadığı
məkandan, cəmiyyətdə
tutduğu mövqedən
asılı olmayaraq bu ali
hiss ürəyə hakim deyilsə,
insan zəngin ola bilməz. Tanınmış Amerika yazıçısı Jozef
Fletçerin vətən
haqqında belə bir deyimi var:
"Vətənə borcunu
ödəmədən ölən
insan bədbəxtdir”.
Əslində bu fikri məntiqi baxımdan bu cür də ifadə etmək olar: "Vətən qarşısında borcunu
ödəyən xoşbəxt
insandır”. Bəlkə də "vətən
sərhəddən başlayır”
kimi ifadəyə də bir düzəliş
vermək olar: "Vətən ürəklərdə
olan vətən sevgisindən başlayır”.
Tanınmış tibb mütəxəssisi,
Londonda fəaliyyət
göstərən Azərbaycan
Evi Mədəniyyət
və Dostluq Mərkəzinin rəhbəri
doktor Əli Tekin Atalar ölkəmizin
hüdudlarından çox-çox
uzaqlarda yaşasa da, həyat fəaliyyətinin əsas
nüvəsi ürəyindəki
bütün hüdudları
aşan vətən sevgisi ilə bağlıdır. Onun üçün
vətən sevgisi əzəli və əbədi qəlb odudur, heç vaxt öz təravətini
və gücünü
itirmir.
İstanbul Universiteti Cərrahpaşa
Tibb Fakültəsini bitirən doktor Əli Tekin Atalar 1974-cü ildən İngiltərədə yaşayır. Bu ölkənin müxtəlif
aprıcı tibb müəssisələrində bilik və bacarığını,
mükəmməl elmi
biliklərini, peşəkarlığını
nümayiş etdirən
şəfalı əllər
sahibi zaman-zaman tibb elminin inkaşıfına
samballı töhfələr
verib. Yüzlərlə
xəstəyə şəfa
verərkən onların
yenidən sağlam həyata qayıtmalarının
sevincini görəndə,
bu insanların minnətdarlıq dolu baxışlarına baxanda
doktor Əli Tekin Atalar öz
gərgin əməyi
ilə Azərbaycan və azərbaycanlı adına uçalıq
gətirməyindən zövq
alıb.
Doktor Əli Tekin Atalar 2008-ci ildə illər boyu arzuladığı bir layihənin də gerçəkləşməsinə
nail olub. Britaniyada yaşayan bir
qrup azərbaycanlı
ziyalı, gənc mütəxəssis və
tələbələrin təşəbbüsü
ilə Londonda Azərbaycan Evi Mədəniyyət və
Dostluq Mərkəzi fəaliyyətə başlayıb.
Professor yekdilliklə Mərkəzin sədri seçilib.
Doktor Əli Tekin Atalar hansı
bir ölkədə yaşamasından, ictimai-siyasi
baxışları və
sosial vəziyyətlərindən
asılı olmayaraq hər bir azərbaycanlını
Azərbaycana, öz tarixi vətəninə xidmət etməyi borclu sayır. Ümummilli liderimiz
Heydər Əliyevin
"...Harada yaşayırsansa-yaşa, yaxşı da, pis də yaşasan,
gərək ürəyin
öz vətəninlə,
torpağınla döyünsün.
Gərək nəbzin vətənin
nəbzi ilə vursun. Bu vətənpərvərlik
hissi bizim hər birimizdə olmalıdır” kimi müdrik kəlamını
həyatının proqramı
kimi qəbul edən doktor Əli Tekin Atalar düşünür
ki, bu gün
hər bir azərbaycanlı Azərbaycanın
dövlət müstəqilliyinin
möhkəmliyi, onun qüdrətlənməsi haqqında
düşünməli və
bu sahədə əlindən gələni
etməlidir.
Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar
arasında həmrəyliyin
möhkəmləndirilməsi, onların təşkilatlandırılması
və güclü Azərbaycan diasporunun formalaşdırılmasında təqdirəlayiq xidmətləri
olan mərkəzin fəaliyyətinin ana xətti Azərbaycanla Britaniya arasında mədəni və dostluq əlaqələrini
möhkəmlətmək, Londondakı
Azərbaycan icmasına
xidmət etməkdən
ibarətdir. Tamamilə qeyri siyasi və heç bir maddi mənfəət
güdməyən mərkəz
bir çox uğurlu layihələrə
imza atıb. Təsadüfi deyil ki, Londonda fəaliyyət göstərən Azərbaycan
Evi Mədəniyyət
və Dostluq Mərkəzinin rəhbəri
kimi ölkəmizin ictimai-siyasi həyatının
müxtəlif təbəqələrində
tanınan doktor Əli Tekin Atalar Azərbaycanda sevilir, ona böyük
hörmətlə yanaşılır.
Azərbaycan tarixinin, mədəniyyətinin,
incəsənətinin, xüsusilə
zəngin musiqimizin təbliği doktor Əli Tekin Ataların rəhbərliyi
ilə mərkəz tərəfindən uğurla
həyata keçirilir. Azərbaycanın əlamətdar günləri,
həmçinin tariximizin
qan yaddaşı ilə bağlı keçirilən tədbirlər
isə Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzində ənənə
şəklini alıb.
Bu səpkidə keçirilən
mühazirələr, seminarlar,
görüşlər, konfranslar,
sərgilər, film nümayişləri,
konsert proqramları, təqdimatlar təkcə Azərbaycan icması tərəfindən deyil, həmçinin yerli ictimaiyyət nümayəndələri
tərəfindən də
böyük maraqla qarşılanır.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
obyektiv şəkildə
çatdırılmasında, ölkəmizin tarixi, dini, mədəni və siyasi dəyərlərinin təbliğ
olunmasında, Ermənistanın
təcavüzü nəticəsində
qaçqın və məcburi köçkün
düşmüş bir
milyon azərbaycanlının
hüquqlarının, Ermənistan
ordusunun azərbaycanlı
əhaliyə qarşı
törətdiyi müharibə
cinayətlərinin, 1992-ci ildə
Xocalıda törədilmiş
vəhşiliklərin, eləcə
də Azərbaycanın
müstəqillik dövründə
siyasi, iqtisadi və sosial sahədə əldə etdiyi uğurların Böyük Britaniya cəmiyyətinə çatdırılmasında
doktor Əli Tekin Ataların təqdirəlayiq xidmətləri
var.
Londondakı Azərbaycan Evi Mədəniyyət və
Dostluq Mərkəzi kiçik bir Azərbaycanı xatırladır. Burada ölkəmiz
haqqında istənilən
informasiyanı əldə
etmək, Azərbaycanda
baş verən hadisələr haqqında
məlumatlanmaq, milli-mənəvi
dəyərlərimizlə bağlı bilgilərə
sahib olmaq üçün
istənilən şərait
yaradılıb. Bu mərkəzə təşrif
buyuranlar xalqımıza
məxsus yüksək
qonaqpərvərliklə, böyük
ehtiramla qarşılanır.
Uzaq Londonda yaşayan azərbaycanlılar üçün
bu məkan olduqca doğmadır.
Londondakı Azərbaycan Evi
Mədəniyyət və
Dostluq Mərkəzi sözün həqiqi mənasında hər bir azərbaycanlı üçün Azərbaycan
ətirli isti bir ocaqdır.
Doktor Əli Tekin Atalar hər
dəfə doğma Azərbaycana gələndə,
ölkəmizdəki inkişaf
onu sevindirir, günü-gündən gözəlləşən
Bakı, bölgələrdəki
firavanlıq onun qəlbini fərəhləndirir. O Britaniyada Azərbaycanımızın
bu günü haqqında fikirlərini qürurla, fəxrlə bölüşür. Londonda keçirilən
mötəbər tədbirlərdə
doktor Əli Tekin Atalar nümayəndəsi
olduğu milləti ləyaqətlə təmsil
edir.
Bu günlərdə doktor Əli Tekin Atalar ömrünün
70-ci baharına qədəm qoyur. Türk
dünyası üçün dəyərli
ömür yaşamaış zəngin mənəviyyat
sahibi olan
soydaşımızın - Əli Tekin
Ataların həyatının səhifələrinə daha geniş nəzər
yetirsək yalnız bir qənaətə
gələ bilərik - Gümrüdən, Qarsdan
başlayan ömür yolu mənasız
keçməyib. Doktor Əli Tekin Atalar ömrünün
bu müdrik
çağında da böyük
coşqu və enerji
ilə öz fəaliyyətini davam etdirir. Bu tükənməz enerjini
ona verən isə ürəyindəki sonsuz vətən sevgisidir,
bütün varlığı ilə Türk dünyasına
bağlılığıdır.
İlham Cəmiloğlu
Ədalət.-2017.-18 may.-S.4.