Bahar
Əlində səməni, qoynunda
çiçək,
Xoş gəldin elimə, xoş gəldin, bahar!
Gəlişin qəlblərə fərəh
gətirib,
Xoş gəldin elimə, xoş gəldin, bahar!
Şəlalə dağlardan kükrəyib
daşır,
Bənövşə kolların dibindən baxır,
Eşqin
damarımda, qanımda
axır,
Xoş gəldin elimə, xoş gəldin, bahar!
Yurda gətirdiyin gəlin mübarək,
Nəğməli rübabın, telin
mübarək,
Qədəmin mübarək, ilin
mübarək,
Xoş gəldin elimə, xoş gəldin, bahar!
Yanır
tonqalları son çərşənbənin,
Nərgiz, yasəməndir çölün,
çəmənin.
Süfrəyə bəzəkdir yaşıl
səmənin,
Xoş gəldin elimə, xoş gəldin, bahar!
Fəsəli bişirib qızlar,
gəlinlər,
Xonçalar bəzəyib obalar,
ellər,
Qarşımda rəqs edir, süzür gözəllər,
Xoş gəldin elimə, xoş gəldin, bahar!
Aşıqlar şəninə tərif
söyləyir,
Təbiət oyanıb, səni gözləyir.
Səni
təkcə mən yox, el əzizləyir,
Xoş gəldin
elimə, xoş gəldin, bahar.
Bir ümid dalınca...
Qəlbimdə əzilən arzularımın
Üzünə baxmağa üzüm qalmayıb.
Təsəlli verməkdən yoruldum
artıq,
Daha ürəyimdə
dözüm qalmayıb.
İllərlə dərdimə dərman
aradım,
Haqqımı almağa fərman aradım.
Ümidi
itirib, güman aradım,
Daha başqa
çarə, çözüm
qalmayıb.
Könlümdən çox şeylər
keçdi yel kimi,
İstəklərim vardı, soldu gül kimi.
İndi
hər dəqiqəm ötür il
kimi,
Yorğunam, heç nədə gözüm qalmayıb.
Arzu-istəklərim sellərə qaldı,
Telimin sığalı
güllərə qaldı.
Yar sevdim o yar da
ellərə qaldı,
Vəfasıza daha sözüm qalmayıb.
Bir ümid dalınca illərlə gəzdim,
Həsrət qucağında dərd
əzizlədim,
Sevgini, sığalı mən də özlədim,
Elə sönmüşəm
ki, közüm qalmayıb.
Vaxt vardı könlümdə
eşq yaşayırdı,
Yar məni qapıda qarşılayırdı,
Məhəbbət çələngi bağışlayırdı.
Nə deyim, o yara sözüm qalmayıb.
Yorğunam, heç nədə gözüm qalmayıb.
Dövran
Dövran
sevənlərin qəsdinə
durub,
Bağrını, yandırıb kül etmədimi?
Yaşılbaş sonanı salıb
toruna,
Məskənin qamışlı göl etmədimi?
Yazın
gəlişindən coşanda
sellər,
Baharı salama duranda ellər.
Dağlarda, düzlərdə açanda
güllər,
Bülbülü divanə gül etmədimi?
Oxunu kamanın bağrına sancıb,
Tarın ürəyindən mizrabın
asıb.
Sazı
aşıqların köksünə
basıb,
Naləni, fəryadı tel etmədimi?
Sevən
könüllərin qəlbini
qıran,
Qılıncdan da betər yaralar
vuran.
Neçə evlər yıxıb,
kənarda duran,
Dostu dosta düşmən dil etmədimi?
Hər anı, saatı günə bağlayan,
Günü-günə satıb aya calayan,
İlə köhnə deyib
evdən qovlayan,
Təmtəraqla gələn il etmədimi?
Dünya
İtirmə haqqını, etibarını,
Şeirdi,
nəğmədi, kəlamdı
dünya!
Kaş silə biləydik qəm-qubarını,
Sevgidi, duyğudu, ilahamdı dünya!
Zindandır taleyi kəm olanlara,
Gözündə qanlı yaş, nəm olanlara.
Meydandır torpaqdan güc alanlara,
Aşiq
üçün nəhəng
ehramdı dünya!
Yəhəri əlində bərk
tutan kəsə,
Yoxsula, kasıba daş atan kəsə,
Uzun gecələri məst yatan kəsə
Bir toylu, düyünlü bayramdı dünya!
Qılıncı-qılıncla vuruşdurandır,
Şərbəti zəhərlə qarışdırandır.
Bəzən küsdürəndir, barışdırandır,
Qəribə məqsəddi, məramdı
dünya!
Vətən
El-aləm məst olub gözəlliyindən,
Bütün cahan səni deyir, ey Vətən!
Dillər
əzbəridir şöhrətin,
şanın,
Düşmənin sənə baş
əyir, ey Vətən!
Müjdələr gətirir gələn
səhərin,
Ağlı başdan alır ləl-cəvahirin.
Naxçıvan yurdudur Nuh Peyğənbərin,
Ellər
ziyarətə gəlir,
ey Vətən!
Bayramın bayrama qarışıb,
sevin,
Qonaqlarla dolub, boşalır evin.
Bağışlama daha namərdin səhvin,
Düşmənlər məhv olub, ölür, ey Vətən!
Astara cənuba açıb qucağın,
Qəbələ Balakən cüyür
oylağın,
Mil-Muğan sərvətin, qızıl torpağın,
Təbiət acını silir,
ey Vətən!
Tarixdə yeri var, qədim Şabranın,
Quba yurdu olub, Fətəli xanın.
Sehrinə bir sehir çatmaz Nabranın,
Bunu bütün aləm bilir, ey Vətən!
Ucalıb
göylərə Dövlət
Bayrağın,
Yayılıb ellərə səsin, sorağın.
Türkdür yaxın dostun, arxan, dayağın,
Dünya
görüşünə gəlir,
ey Vətən!
Məni məndən soruş
Dərdi
hər yetənə söyləmək olmur,
Söyləsən də kimsə dərk edən deyil.
Örtülü kitabdır sinədə
ürək,
Məni məndən soruş, özgədən deyil.
Bu qədər sınağa çəkib sınama,
Arxamca vəfasız deyib qınama,
Kim nə söyləsə də ona inanma,
Məni məndən soruş, özgədən deyil.
Batdım
gənc yaşımda
qəmə, nisgilə,
Kimim var gözümün yaşını
silə?!
Yadlar yadın dərdin gətirməz dilə,
Məni məndən soruş, özgədən deyil.
Hər yerdə göründüm
xoşbəxtlər kimi,
Heç vaxt qınamadım öz taleyimi.
Göstərə bilmirəm sınıq
qəlbimi,
Məni məndən soruş, özgədən deyil.
Könül rübabını hər
mizrab çalmaz,
Tale sahib çıxsa, ümid qırılmaz.
Dərdimi mənimtək heç
kim anlatmaz,
Məni məndən soruş, özgədən deyil.
Nə
tale başıma bir sığal çəkdi,
Nə də ümidimə bir yuva tikdi.
Hər gün arzularım yola göz dikdi,
Məni məndən soruş, özgədən deyil.
O ötən günləri özləyirsənsə,
Qəlbində eşqimi gəzdirirsənsə,
Halımı soruşmaq istəyirsənsə,
Məni məndən soruş, özgədən deyil.
Solmasın!
Sevgilim,
salam ver
bağa, çəmənə,
Nəzər sal laləyə,
bax, yasəmənə!
Sonra da elə bir
gül göstər mənə,
Bu gün açılanda, sabah solmasın.
Ağ günə həmdəməm,
bahara sirdaş,
Ərzi bürüməsin qorxu, iğtişaş.
Deyirəm məhəbbət göylərində
kaş
Heç vaxt gün əyilib,
qaş qaralmasın.
Yaşayaq həyatı biz duya-duya,
Xəyalən yol gedək ulduza, aya.
Görmək istəyirəm elə
bir dünya,
Orda ayrılıq,
yas, matəm olmasın.
Sevgilim,
səsinə səs verdim sənin,
Özümüz ikiyik, arzumuz min-min.
Çıxaq axırına müharibənin,
Dünyada körpələr yetim
qalmasın!
Ədalət.-2017.-23 may.-S.4.