ƏSRLƏR AŞAN İNANCLAR

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

İmamzadələr

 

Azərbaycan coğrafiyası təkcə abidələrlə, tikililərlə, təbiətin zənginliyilə, ümumiyyətlə, gözlə görünən əşya varlıqlarla zəngin deyil. Bu coğrafiyanın elə qatları, elə layları var ki, onun qarşısında saatlarla susub lal qalmaq mumkundür.

Təbii ki, bu da öncə əlimiz çatmayan göyün yeddinci qatından bir həmin o göyün yeddinci qatının "ol" kəlməsi ilə yaranmış insanın dünyası ilə bağlıdır. Yəni insan bir varlıq olaraq anlamaq, duymaq, dərk etmək, dəyər verməkvə bunların da fonunda qərinələr aşıb yeni nəsillərə misras gətirmək gücündədir.

Bax, bu mənada məmləkətimiz Azərbaycanın hər qarışında, eləcə hər bir insanın daxilində iynə boyda olsa da bir sirr yatır. Həmin sirlərin bir səhifəsi İmamzadələrlə bağlıdır.

Çox maraqlıdır ki, İmamzadələr Azərbaycanın bir çox regionunda özünü sübut edir inanc yerlərimiz kimi əsrləri aşıb bu günə gəlib çatıbdır. Biz bununla bağlı tarixi mənbələrə, elmi araşdırmalara üz tutanda bir-birindən maraqlı faktlarla qarşılaşdıq. Mövzunu bitkin bir formaya gətirmək üçün öncə Azərbaycanın böyük hissəsi olan Naxçıvana yönümüzü çeviririk. məlum olur ki, Naxçıvan bir region olaraq bir coğrafi ərazi kimi qədim abidələrin beşiyi olmaqla yanaşı, həm İmamzadələrin ünvanlarından biridir.

Tarixçi alimlərimizin araşdırmalarından məlum olub ki, Naxçıvan Muxtar Respublikası türk-islam mədəniyyətinin mövcud olduğu qədim bir ərazi kimi özündə xeyli sayda abidələr qoruyub saxlaya bilib. Həmin abidələrin sırasında XIII əsrə aid dövrü əhatə edən bütün şərq dünyasında maraq doğuran, diqqət çəkən abidələr var. Bu abidələrin içərisində önəmli yerlərdən birini İmamzadələr tutur. Öncə İmamzadə sözünün özünə diqqət yetirək. Məlum olduğu kimi, "İmam" ərəb sözüdü, "zadə" isə fars sözüdü. Bu iki sözün birləşməsindən yaranan İmamzadənin elmi yozumu İmamın oğlu yaxud İmamın övladı mənasını verir.

Elə bu məqamda bir fakta da diqqət yetirsək, onda məlum olar ki, ölkəmizin ərazisində, daha çox isə Naxçıvan bölgəmizdə imam övladlarının dəfn edilməsi halları olub bunun da alimlərin fikrinə görə, özünəməxsus səbəbi var.

Yazılı mənbələrə görə, hicri-qəməri tarixilə 183-cü ildə Miladi tarixilə 789-800-cü illərdə VII imam Museyi-Kazımın xəlifə Harun ər-Rəşid zamanında öldürülməsi baş vermişdi. İmam Museyi-Kazım öldürüldükdən sonra onun nəslini yer üzündən silmək, yəni imamın varislərini ortadan götürmək üçün Harun-ər-Rəşidin fərmanıyla böyük təqiblərə başlanılıb. Vəziyyətin belə olması üzündən imam Museyi-Kazımın övladları, nəvələri Azərbaycana üz tutublar, xüsusilə Naxçıvana. Çünki onları burada həmişə sayğı ilə qarşılayıblar onlara hörmət bəsləyiblər. Məhz bu səbəbdən imam Museyi-Kazımın varisləri Naxçıvanda məskunlaşıblar.

Təbii ki, bu insanlarla dünyasını dəyişəndə onları Naxçıvanda dəfn etdilər. onların dəfn olunduğu məzarlıq da zaman-zaman ziyarətgaha çevrilib. Bax, həmin İmamzadələrin şaxələnmə prosesi elə buradan başlayıb onlar Azərbaycanın digər bölgələrinə , o cümlədən Qarabağa, Gəncəbasar zonasına gəlib çıxıblar.

Bu gün Naxçıvan Muxtar Respublikasının ərazisində İmamzadə məqbərələri, eləcə İmamzadə kompleksi mövcuddur. Həmin kompleks Naxçıvan şəhərinin özündə yerləşir. Əgər şəhərin coğrafi ərazisini göz önünə gətirsək, onda deyə bilərik ki, Naxçıvan şəhərinin cənub-şərq hissəsində, qədim Naxçıvan qalasının qərb tərəfində yerləşən İmamzadə komleksi 3 binadan ibarətdir.

Arxitekturların, eləcə tarixçi alimlərin fikrinə görə, XVI-XVIII əsrlərə aid edilən memarlıq üslubunda tikilmiş bu üç bina həqiqətən diqqət çəkəndir.

Tarixçi alim İlham Əliyevin fikirlərinə görə, dördbucaqlı formada tikilmiş türbənin üst hissəsində dəfələrlə təkrarlanan və xala bənzəyən küfi xətti ilə "Allah" sözü yazılıbdı. Eyni zamanda, həmin türbənin içərisindəki uzunluğu 150, hündürlüyü 88, eni 115 metr olan sənduq tipli qəbir var. Doğrudur, sonradan bu qəbir bərpa olunub. Amma onun kitabəsi olmadığı üçün məzarın kimə aid olduğunu müəyyənləşdirmək mümkün olmayıbdır. Elə yerli sakinlərə istinad edən alimlər də belə bir qərara gəliblər ki, həmin məzar şiyələrin VIII imamı olan imam Rzanın oğlunun qəbridir.

bu türbənin də, bu məzar olan ərazinin də İmamzadə adlandırılması məhz həmin xalq içərisindəki inancadan qaynaqlanır.

Azərbaycan alimləri ilə yanaşı, rus alimləri də bu imamzadəyə xüsusi diqqət yetiribrus alimi V.M.Sisoyev də XIX əsrin tanınmış rus şərqşünası N.V.Xanikova istinad edərək öncədən söylədiyimiz fikri təsdiq etmişdir. Göründüyü kimi, rus alimi də həmin qəbrin yanındakı böyük sarı mərmər daşın sinə daşı olmasını, həmçinin əlavə iki ədəd qara daşın da müqəddəs olduğunu vurğulamaqla yerli sakinlərin fikirlərinə daha çox istinad etmişdir.

Çox təəssüf ki, üzərində yazı olan həmin sarı sinə daşı bu günümüzə gəlib çatmamışdı, yəni həmin kitabəni bugünkü alimlərimz oxuya bilməmişdilər.

Bu yerdə paralel apararaq vurğulamaq lazımdır ki, Naxçıvan şəhər İmamzadə kompleksinin görünüşübu kompleksinin türbəsi üzərində olan işarələr və küfi xətlərlə yazılmış "Allah" sözü Bərdə rayonundakı İmamzadədə də, həmçinin Şeyx Səfi türbəsində də təkrarlanır. Bu da onu göstərir ki, əvvəldə söylədiyimiz həmin o imam övladlarının Azərbaycan coğrafiyasına yayılması bir tarixi gerçəklikdir.

 

(Ardı gələn sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət  2017.- 1 noyabr.- S.7.