QAX: BU VƏTƏNİN TORPAĞINA, SUYUNA...

 

...Burada bütün fəsillərin öz gözəlliyi olur. İndi "qızıl payız"dır. Qaxın sonbaharı bir başqa büsatdır. Dumanı, çəni, günəşiylə, dağları, çayları, dərələriylə. İnsana zövq verən, ruhlandıran təkcə bunlar deyil həm . Hardan keçsən, hara baxsan səni şəhər gözəlliyi, dağlı-düzənli yurd-oba səliqəsi, yolları, abadlığı qarşılayacaq. Görəcəksən, sevinəcəksən, ilham alacaqsan. İnsanların aydın inamlı baxışlarına da sevinəcəksən. "Qızıl payız" səni bu şəhərin yaraşıqlı küçə meydanlarından, "İçəribazar" adlı şəhər içindəki şəhərdən, qədim müasir bir əfsanədən heyrətləndirib İlisuya, Sarıbaşa, Qaşqaçaya, Qıpçağa, Almalıya... da səsləyəcək. Hardan keçsən, hara baxsan... Qoy elə "qızıl payız" vətən torpağının hər elində, hər obasında beləcə təmtəraqla ömür sürsün, bütün Azərbaycana sevinc bəxş etsin.

Qaz Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev işgüzar səmimi bir dövlət məmuru olmaqla yanaşı, həm nikbinliyi ilə hər kəsi ruhlandırır. O, Qax rayonunun gələcəyini sosial-iqtisadi inkişafın ən yüksək səviyyəsində görməklə bərabər, ən böyük turizm mərkəzlərindən biri kimi məşhurlaşacağını da əminliklə proqnozlaşdırır. İllər yaşandıqca bu işıqlı yollar yalnız irəliyə doğrudur. Musa müəllim bildirir ki, qaxlılar bütün bu inkişaf tərəqqi üçün həmişə sevimli prezidentlərinə minnətdardırlar. Cənab Prezidentin Qaxa avqust səfəri məhz bu səbəbdən əsl bayrama çevrilmişdi.

2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bu məsələlər geniş müzakirə edilmiş, bütövlükdə ilin daha uğurlu göstəricilərlə başa vurulacağına böyük inam yaranmışdır. Qaz Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev məruzə ilə çıxışında demişdir:

- 2017-ci ilin doqquz ayı ərzində rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, 2017-ci ilin doqquz ayı ərzində rayon üzrə məhsulun ümumi buraxılışı 92 milyon 972 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11.2 faiz çoxdur. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının tərkibində sənaye məhsulu istehsalı 6 milyon 125 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 44 milyon 604 min manat, tikintidə 12 milyon 837 min manat, nəqliyyatda 1 milyon 718 min manat, rabitədə 762 min manat, ticarətdə 26 milyon 926 min manat olmuşdur. Əhalinin gəlirləri 91 milyon 987 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 455 min manat çox olmuşdur. 2017-ci ilin doqquz ayı ərzində rayonun gəlirləri 2 milyon 568 min manat proqnoza qarşı 2 milyon 807 min manat, yəni 109.3 faiz, xərcləri isə 5 milyon 519 min manat proqnoza qarşı 5 milyon 358 min manat, yəni 97 faiz icra olunmuşdur.

2017-ci ilin doqquz ayında rayonda sahibkarlığın inkişafı əhalinin işgüzar fəliyyətinin artırılması yeni yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 lahiyə üzrə 860 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuşdur. Hesabat dövründə rayonda daimi olmaqla 511 yeni yeri açılmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 yeri çoxdur. Rayon üzrə orta aylıq əməkhaqqı 231.2 manat olmuşdur.

Məlum olduğu kimi, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı aidiyyəti dövlət qurumlarına bir sıra tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların rayonda icrası ilə bağlı geniş "Tədbirlər Planı" tərtib olunmuşdur. "Tədbirlər Planı"nda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində cari ilin doqquz ayıı ərzində rayonda bir sıra işlər görülmüşdür.

Belə ki, 2017-ci ilin məhsulu üçün əkilmiş 13868 hektar payızlıq taxıl, o cümlədən 10795 hektar buğda, 3073 hektar arpa sahələrindən rayonun tarixində ilk dəfə rekord miqdarda - 43.2 min ton payızlıq dənlilər istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 6.8 min ton çoxdur. Cari təsərrüfat ilində aqrotexniki tədbirlərin aparılmasına daha ciddi yanaşıldığından payızlıq dənlilərin məhsuldarlığı ötən illə müqayisədə 3.0 sentner artaraq 31.2 sentner təşkil etmişdir. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 2.1 sentner artaraq 31.7 sentner, arpanın məhsuldarlığı 3.7 sentner artaraq 29.4 sentner təşkil etmişdir. Müddət ərzində 1500 hektar sahədə qarğıdalı biçini aparılaraq 8400 ton qarğıdalı məhsulu əldə edilmişdir. Cari təsərrüfat ilində rayonda fəaliyyət göstərən taxıl toxumçuluğu müəssisələrinin hesabına 1500 ton yüksək kondisiyalı toxum fondu yaradılmışdır. Hazırda ərazilərdə 2018-ci ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanmış, 714 hektar sahədə arpa, 500 hektar sahədə buğda səpini aparılmışdır.

Rayonumuz üçün ənənəvi olan tütünçülük, baramaçılıq fındıqçılıq sahələrinin inkişaf etdirilməsinə xüsusı diqqət verilərək cari təsərrüfat ilində ötən illə müqayisədə 275 hektar çox olmaqla 606 hektar sahədə tütün əkini aparılmışdır. Hal-hazıradək 4100 ton yaşıl tütün yarpağı tədarük olunmuş, ötən ildəkindən 8.7 ton olmaqla 12.5 ton miqdarında yüksək keyfiyyətli barama istehsal olunmuş, rayonun ayrı-ayrı ərazilərində 513 hektar sahədə yeni fındıq bağları salınmışdır. Baramaçılığın yem bazasının güçləndirilməsı məqsədilə Meşələrin Mühafizəsi Bərpası Müəssisəsi Qax Kommunal Müəssisələri Kombinatı tərəfindən salınmış şitilliklərdən 60 min ədəd tut toxmaçarı inzibati ərazi dairələri üzrə nümayəndliklərə paylanaraq böyütmə sahələrində əkini təmin edilmişdir.

Respublikamızda aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda 2044 hektar ərazidə Aqropark yaradılması nəzərdə tutulmuşdur. Ötən müddət ərzində Aqroparkın infrastrukturunun yaradılması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, Aqropark ərazisinin suvarma suyu ilə təmin olunması üçün Əyriçay dəryaçasından 4.5 km uzunluğunda 1200 mm-lik su xəttinin çəkilişi başa çatdırılmış, 9 ədəd vaqon ev, 1 ədəd tərəzi quraşdırılmış, 3 ədəd ofis binasının və 2 ədəd anbar binasının tikintisi başa çatdırılmış, 3-cü anbar binasının, maşın parkının, yanacaq doldurma məntəqəsinin tikintisi davam etdirilir. 2017-ci ilin məhsulu üçün əkin aparılmış 244 hektar buğda sahəsindən 922 ton, 43 hektar günəbaxan sahəsindən 82 ton məhsul tədarük olunmuşdur. Hazırda 16 km uzunluğunda elektrik xəttinin çəkilişi davam etdirilir, yaxın vaxtlarda isə "Pivot" suvarma sisteminin quraşdırılmasına başlanılacaqdır. 2018-ci ilin məhsulu üçün 1900 hektar sahədə şum aparılmış, 200 hektar sahədə arpa, 140 hektar sahədə buğda səpini aparılmışdır. Aqroparkın maddi-texniki bazasının yaradılması məqsədilə 23 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikasının gətirilməsi təmin olunmuşdur.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDZADƏ

Ədalət.-2017.-2 noyabr.-S.4.