HƏR
DƏRDİN BAŞI ŞEİRDİ...
Arzu Nehrəmliyə məktub
Bilmirəm hardan başlayım. Yaradıcı adamın ömür yolunun əvvəli, sonu bilinməz. Eləcə durna qatarı kimi
qatarlaşıb baş
alar. İllah ki qadın ola, şair ola. Taleyi birtəhər yazıla.
Arzu, səni
ilk dəfə şeir
məclislərinin birində
görmüşəm. "Tənha qu quşu"
şeirini oxuyurdun.
Şeir məni tutdu. Elə şeirin çəkisi ilə baxışının,
üzünün ifadəsində
bir bənzərlik vardı.
Gənc idim. Məlum oldu ki, həyat yoldaşını
Qarabağ döyüşlərində
itirmisən. Körpən qucağında doqquz aylıq qalıb və ondan sonra
körpənlə bərabər
şeiri bərk qucaqlamısan. Gözünün
ilk ovu Zibanın laylasını şeirlə
çalmısan:
Üzündə giley var, dilində ağı,
Öpüb qucaqlama daşı-torpağı,
Dur get evinizə gəlin sayağı,
Ömrümün parçası, yarısı,
qayıt!
A sönük ülkərim,
nə deyim sənə,
Söykə taleyini günün
birinə,
Al ağır yükünü
çiyinlərinə,
Qızımın atası, anası,
qayıt!
Sən bu şeiri şəhid ömür-gün yoldaşın
Yusifin dilindən yazmısan. Arzu, sən elə yaxşı qızsan, bir saçını ağ birini
qara hörüb körpə balanı böyütdün, ali təhsil verdin. "Səni özüm
böyütdün" deyə-deyə
böyütdün balanı.
Gəldim
deyim unutmusan
Yadına
sal, səslə məni
Sən demişdin ölüm səndən
Ayırrammaz əsla məni.
Çək üstündən bu
sal daşı,
Al qoynuna bəslə məni...
Bəlkə Tanrı sənə
bu istedadı verdi ki,
taleyini yazasan. Ya taleyin belə yazıldı ki, şeirlərinin göz yaşı qurumasın.
Özün demişkən:
Buraxıb qaçsan da yetişər mənə,
əli ətəyindən
uzun ayrılıq.
Bu ayrılığın sonu bitməz bacım, səni hər görəndə sevinirəm, elə bilirəm doğmamısan,
sirdaşımsan. Elədir ki, var. Üzünə
baxa-baxa ürəyimdə
şeirlərini pıçıldayıram.
Gözüm yolda yollar haça
Bu yolda tək başım uca
Dizlərimi quca-quca
Unutmağı öyrənirəm.
Gileyim yox belə dəmdən
Saçlarına düşən dəndən
Ayırmayın məni məndən
Unutmağı öyrənirəm.
İstəsən də bacarmayacaqsan unutmağı - Qarabağ
dağı aradan götürülənə qədər. Nə qədər
ki, Yusifin ruhu narahatdır, unutmağı öyrənməyəcəksən.
Arzu, biz görüşəndə həmişə
analarımızı xatırlayırıq.
Deyirsən ki, anam dünyasını dəyişənə
qədər sənin
"Ağla, gəlin
ağla" şeirini
sinəsinin üstünə
qoydu. Ruhu şad olsun.
Analar ölmür. Böyük
şairimiz Rəsul Rzanın belə bir misraları var:
Dünya
dolu adamdı
Dərdimi kimə deyim.
Arzu, sənin
kimi insanlar bu zamanda çox
azdır - adamın dərdinə, sərinə
şərik çıxa,
sadə, təmiz, təmənnasız, mehriban
olan. Elə şeirlərin də
özünə bənzəyir,
kövrək, həzin.
Ona görə
də şeirlərin
musiqiyə çevrilib,
dillər əzbəridir. Dili laylalı
bacım. Sənlə nə
qədər dərdləşsəm,
sözüm qurtarmaz.
Amma mən də hər gün sənə həsr etdiyim "Ağla, gəlin, ağla" şeirinin təsirindən
çıxa bilmirəm.
Sağ olsun şair, bəstəkar dostumuz Hüseyn Sözlü bu şeirə elə bir mahnı
bəstələyib ki,
bu bəstə tarixlər boyu yaddaşlardan silinməyəcək.
AĞLA, GƏLİN AĞLA!
Ömrü gileylərə tutub,
Ağla,
gəlin, ağla!
Üzünü göylərə tutub
Ağla,
gəlin, ağla!
Qərib
könlün üşüyərsə,
Dur qələmin keşiyində
O məzar sonbeşiyinə,
Ağla,
gəlin, ağla!
Dözəmmirəm göz yaşına,
Bəsdi
döndün su quşuna,
Dərdini de... qu quşuna,
Ağla,
gəlin, ağla!
Odla, ocaqla balanı,
Sarmaş acıqla balana.
Hər gün qucaqla balanı
Ağla, gəlin ağla.
Bu dünya dərdinə yerdi,
Tale möcüzədi, sirdi,
Hər dərdin başı şeirdi,
Ağla, gəlin ağla.
Tapşır yarına torpağı
Al, sər yarana torpağı.
Basıb
bağrına torpağı,
Ağla,
gəlin, ağla...
Qoy bu şeirim də sənə kiçicik bir təsəlli olsun.
Fərqanə
MEHDİYEVA
Ədalət.-2017.-2 noyabr.-S.7.