QAX: BU
VƏTƏNİN TORPAĞINA, SUYUNA...
(əvvəli ötən sayımızda)
Hesabat dövründə Aqroservis
filialı tərəfindən
məhsul istehsalçılarına
güzəştli şərtlərlə
1126 ton azot, 27 ton ammofos,
252 ton karbamid, 81 ton nitroamofoska,
176 ton superfosfat, 5 ton fosfor
gübrələrinin, həmçinin
3400 litr miqdarında müxtəlif növ pestisidlərin satışı
təmin olunmuşdur.
Mövsüm ərzində
müəssisənin texnikaları
vasitəsi ilə 600 hektar sahədə
şum,1800 hektar sahədə
payızlıq taxılların,
120 hektar qarğıdalı
biçini aparılmışdır.
Öyrənirik ki, rayonda kənd təsərrüfatı
məhsulları istehsalçılarının
maddi marağının
artırılması və
buğda istehsalının
stimullaşdırılması, həmçinin yazlıq bitkilərin əkininə
və payızlıqların
biçini ilə əlaqədar 2325 nəfər
istehsalçıya 950.3 min manat məbləğində
yardımın ödənilməsi
təmin olunmuşdur.
83 hektar təkrar əkinlərə görə
32 nəfər kənd
təsərrüfatı məhsulları
istehsalçılarına 4410 manat məbləğində
yardımın verilməsi
üçün sənədlər
Respublika Komissiyasına
təqdim olunmuşdur.
Torpaqların su təminatının
yaxşılaşdırılması məqsədi ilə 149.5
min m3 həcmdə lildən
təmizləmə, 534 m3 beton
kanallarda və 8 ədəd hidropostlarda, 10
ədəd hidroqurğuda
təmir işləri
aparılmışdır.
Rayon ərazisində sel sularından mühafizə
tədbirlərinin həyata
keçirilməsi məqsədi
ilə 581.1 min m3 daşqın
və selə qarşı məcratəmizləmə
işləri aparılmış,
1181 m3 qabyon və 3025
m3 daş-beton bəndlərdə
daşqın və selə qarşı sahilbərkitmə işlərinin
aparılması üçün
təmir işləri
aparılmışdır.
Hesabat dövründə "Əkin
sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılmasına
və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair
əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
05 iyun 2017-ci il tarixli Sərəncamına
uyğun olaraq rayonun Qaradolaq kəndində 2 ədəd
olmaqla, Almalı, Zəyəm, Lələpaşa
və İngiloy-Kötüklü
kəndlərində ümumilikdə
6 ədəd subartezian
quyusu qazılmışdır.
Ötən dövr ərzində rayonun ərazisində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması
istiqamətində məqsədyönlü
tədbirlər davam etdirilmişdir. Şəki-Qax-Zaqatala magistral yol kənarında 780 ədəd,
inzibati ərazi dairələrində isə
3500 ədəd müxtəlif
növ agacların əkilməsi təmin olunmuşdur. Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi
tərəfindən 60 hektar
meşə əkini,
0.76 hektar sahədə
isə ting səpini aparılmışdır.
İlisu Dövlət Təbiət
Qoruğu tərəfindən
Dövlət yasaqlığı
ərazilərində və
xüsusi mühafizə
olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə
fauna elementlərinin qorunması
və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər
davam etdirilmişdir. Rayonda heyvandarlıq
məhsulları istehsalının
intensiv inkişaf etdirilməsinə zəmin
yaradan cins maldarlığın inkişafı
və süni mayalandırmanın tətbiqinin
daha da genişləndirilməsi
istiqamətində aparılan
tədbirlər davam etdirilmişdir. Ötən
müddət ərzində
respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 4 başının
3 nəfər heyvandarlıqla
məşğul olan sahibkara 50 faiz güzəştlə lizinq
yolu ilə satılması təmin olunmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət
istehsalı 2.1 ton artaraq
2239.3 tona, süd istehsalı 24 ton artaraq
12074.3 tona, yumurta istehsalı 6 min ədəd
artaraq 5 milyon 938 min ədədə çatmışdır.
Hesabat dövründə 3 özəl
inkubatorda 300 mindən
artıq birgünlük
cücə çıxarılaraq
əhaliyə satılması
təmin olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin Qax rayonuna göstərdiyi
diqqət və qayğının nəticəsidir
ki, 2006-cı ildən
ötən dövr ərzində dövlət
başçısı Qaxa
7 dəfə səfər
etmişdir. Səfərləri zamanı ölkə
Prezidenti rayonda bir sıra sosial-infrastruktur
obyektlərinin açılışında
iştirak etmiş və görülmüş
işlərə yüksək
qiymət vermişdir.
03 avqust 2017-ci il
tarixdə ölkə
başçısı rayona
səfəri zamanı
Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli
avtomobil yolunun, Qax-Qorağan-Zaqatala avtomobil
yolunun Qax-Zaqatala hissəsinin, Bayraq Muzeyinin, 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının
və 180 yerlik körpələr evi-uşaq
bağçasının açılışlarında
iştirak etmiş, tütün qəbulu məntəqəsində yaradılan
şəraitlə tanış
olmuşdur.
04 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə rayonda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Müşavirədə ölkə başçısı tərəfindən verilmiş tapşırıq və tövsiyələrin rayonda icrası və qarşıda duran vəzifələr 08 avqust 2017-ci il tarixdə barama, fındıq və tütün istehsalı ilə məşğul olan sahibkarların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Rayonda baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə "Tədbirlər Planı" hazırlanmışdır.
Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2017-ci il tarixli 3148 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3.0 milyon manat, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2017-ci il tarixli 3149 nömrəli Sərəncamı ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2.99 milyon və R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2017-ci il tarixli 3166 nömrəli Sərəncamı ilə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 23.3 milyon manat ayrılmışdır.
Hesabat dövründə yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına şəhərin Ü.Hacıbəyov küçəsinə 0.7 km, M.Mustafayev küçəsinə 0.6 km və Dəymədağlı kəndinin giriş hissəsinə 1.2 km hissəsinə yeni asfalt örtüyü salınmışdır.
Hazırda şəhərin C.Əhmədzadə küçəsinə asfalt örtüyün salınmasına başlanılmış, M.Ə.Rəsulzadə və M.Gəncəvi küçələrinə isə asfalt örtüyün salınması üçün hazırlıq işlərinə başlanılmışdır. Şəhərin A.Məmmədov, İ.Dağıstanlı, M.Mustafayev, C.Əhmədzadə, M.Gəncəvi və M.Ə.Rəsulzadə küçələrinin bir hissəsində abadlıq işləri aparılmışdır. Mənzil fondunun əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına Ü.Hacıbəyov küçəsinin 8a, 8b və 8q saylı kommunal yaşayış binalarının həyətində xeyir-şər binası təmir olunmuş, 5 ədəd kommunal yaşayış binasında isə təmir işləri davam etdirilir. Hazırda S.Vurğun küçəsinin 2, 4, 9 və 11 saylı kommunal yaşayış binalarının həyətinə asfalt örtüyünün salınması üçün sənədləşmə işləri aparılır.
Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhərdə 16 kommunal yaşayış binasının fasad hissələrində hörgü və rəngləmə, bloklarında isə təmir işləri aparılmışdır. Heydər Əliyev prospektində 105 və 107 saylı kommunal yaşayış binalarının həyətlərində yerləşən köməkçi tikililərin dam örtükləri əsaslı təmir olunmuş, fasad divarları çay daşı ilə üzlənmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət.-2017.-3 noyabr.-S.5.