BAHAR TƏRAVƏTLİ PAYIZ GÜNLƏRİ

 

 (Göyçayda keçirilən XII Beynəlxalq Nar Festivalından reportaj)

 

...Bəzi mərdiməzarlar kimi payıza da etibar yoxdur. Bir gördün ilıq günəşli sakitliyə "bulud qoşunlarını" göndərib aranı qarışdırdı; külək gətirdi, soyuq nəfəsini verib yağış yağdırdı, sərt üzünü göstərib əhval korladı. Elə bu payız səhəri tər-təmiz səması, ilıq şəfəqli günəşi ilə açılmışdı, yaxşı. yaxşı, gözəl şəhərim bu payız günündə sanki bir ilkbahar yaşayırdı.

Ancaq... Qonaqların da tədricən gurlaşdığı bir məqamda günəşin ilıq şəfəqləri qəfl zəifləməyə, soyumağa başladı. Qarşı dağların arxasından qalxan bulud topaları mücərrəd bir ədayla günəşə, yerdəki bu cah-cəlala, gül-çiçəkli bahar əlvanlığına qaş-qabaq tökürdü sanki. Bütün şəhər al-əlvan, küçələr, meydanlar izdihamlı. Buludların soyuq "kəşfiyyatı" davam edincə hörmətli qonaqlardan biri söylədi: "Dostlarımız, bütün göyçaylılar ki, bu qədər zəhmət çəkib şəhəri bu dərəcə gözəlləşdiriblər, Nar festivalı üçün can qoyublar, buludlar da ötüb keçər, inşallah..."

Bir qədər sonra bütün göyçaylıların, bütün qonaqların arzuları, duaları sanki göylərə yetişdi. Buludlar yavaş-yavaş uzaqlara çəkilib görünməz oldu. Sanki Tanrı da bu gözəl şəhərin cah-cəlalına baxıb gülümsəyirdi. Tanrı təbəssümü arzuların gerçəyə çevrilməsidir. Bu gün payız öz yerini bir günlük olsa bahara verməli idi. Çünki xan çinarların adda-budda qızartısından başqa şəhərin hər tərəfi bahar təravətli, bahar ovqatlıdır. Gəlin biz bu bayram günümüzü elə beləcə adlandıraq: Bahar təravətli bir payız günü.

Şəhərdəki yenilik sürreal düzəndən hiss olunur ki, budəfəki Nar festivalı daha cəlbedicidir. Çünki illərdir meyvələr şahı bu şəhərdə, bu rayonda simvollaşaraq əbədi status qazanmaqdadır. Haqqı da var. Əsl Göyçay narı dünyada birincidir, əsl Göyçay narı bu yerlər üçün şan-şöhrətdir, həm var dövlət...

Həqiqətən builki bayram, builki şənlik çox fərqlidir, daha mükəmməl, daha füsunkardır. Son il yarım ərzində Göyçay rayonunda sosial-iqtisadi mədəni inkişafın bütün sahələr üzrə dinamikliyi xüsusi diqqət çəkir. Eləcə tikinti-quruculuq abadlıq işləri, müasirləşmə tədbirləri intensiv xarakter almaqla nümunəyə çevrilir.

...Qonşu rayon şəhərlərdən, paytaxtdan, xarici ölkələrdən gələn qonaqlar küçə meydanlardan keçərkən şəhər səliqəsi bayram təmtəraqına heyranlıqlarını gizlətmirlər. Ölkəmizdə təmsil olunan səfirlik nümayəndələri, millət vəkilləri, xarici qonaqlar... Hər kəs sevincini bölüşür qonaqpərvər göyçaylılarla. İştirakçılar bir-birilərini təbrik edir, xoş arzularını bildirirlər.

Milli geyimli qızlar mərkəzi meydana doğru qonaqları mahnı rəqslərlə qarşılayır, xarici dillərdə salamlayır, onlara nar şirəsi, nar meyvəsi dadmağı təklif edirlər.

...Sabir bağının qarşısındakı meydanda qurulan məxsusi guşədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə festival iştirakçılarını bir daha salamlayaraq ürək sözlərini bildirir. M.Səlimzadə çıxışında bu gün bayramına toplaşdığımız meyvələr şahının mistik əfsanəvi məziyyətləri ilə yanaşı onun bənzərsiz bir meyvə kimi dəyərindən şöhrətindən danışır. Xain düşmənlərimizi çaş-baş salan narın şöhrəti onların vandal xislətini hər dəfə biabırçılıqla üzə çıxarmışdır deyən M.Səlimzadə iştirakçıları bu xüsusda bəzi məlumatlarla bilgiləndirir. İcra başçısı daha sonra ölkədə gedən quruculuq işlərindən danışaraq deyir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanımızın xoş gələcəyi üçün düşünüb arzuladıqları bu gün ölkə boyu reallaşırsa, bayramların da dəyəri qüruru yüksəlir, daha gözəl günlərdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasətin nəticəsidir ki, ölkəmizin inkişafı, yüksəlişi fonunda sevinc dolu belə bayramları yaşayır iftixar hissi keçiririk. M.Səlimzadə çıxışının sonunda respublikanın hər yerində olduğu kimi Göyçay rayonunun da sosial-iqtisadi mədəni yüksəlişinə xüsusi qayğı diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göyçaylıların hədsiz minnətdar olduğunu bildirir.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Turizm nazirinin müavini Nazim Səmədov festival iştirakçılarını salamlayır, bayram münasibətilə göyçaylıları bütün qonaqları təbrik edir.

Festivalın bədii hissəsi Göyçay uşaq musiqi məktəbinin kollektivinin hazırladığı "Yaraşıqlı Göyçayım" kompozisiyası ilə başlayır. Sonra "Nar" mövzusunda gənc rəssamların sərgisinə baxış keçirilir. Milli folklor nümunələrinin təqdimi ilə bayram şənlikləri davam edir...

...Festival iştirakçılarına narşərab, nardança, nar mürəbbəsi nardan hazırlanmış digər məmulatlar təqdim edilir.

Xalçaçılıq məhsullarının, nar mövzusunda tikmə, suvenir, ağac üzərində oyma, misgərlik məmulatlarının sərgi-satışı bölmələrinə də maraq böyükdür.

Festival "AzNar" ASC-nin nar məhsullarından ibarət satış-sərgisi, "Ən gözəl nar qızı" müsabiqəsi, eləcə "Göyçay-Süd" ASC-nin, "Azərsun" Holdinqin, "Gazelli" şirkətlər qrupunun, "Nar" Assosiasiyasının satış sərgilər ilə daha mükəmməl təsir bağışlayır.

"Nar" Mobile şirkəti tərəfindən nar müsabiqəsinin keçirilməsi və qaliblərin mükafatlandırılması maraqla izlənilir.

Bakı-Qazax magistralında şəhərin əsas girəcəklərindən biri - Natəvan və Mehdi Hüseynzadə küçələrinin kəsişdiyi meydana toplaşanlar möhtəşəm bir hadisənin şahidi olurlar. Buradakı yolayırıcı dairədə qurulmuş orijinal Nar abidəsinin açılışı alqışlarla qarşılanır.

Sonra qonaqlar rayonun sənaye müəssisələrinə gedib buradakı prosesi ilə tanış olur, əmək kollektivlərinin üzvlərinə uğurlar arzulayırlar.

Bığır, Qarabaqqal və Ərəbcəbirli kəndlərindəki nar bağlarına da səfərlər təşkil edilir. Yeni salınmış nar bağları qonaqlarda xoş təəssürat yaradır.

Günorta qonaqlar üçün şəhərin mərkəzindəki "Şah" şadlıq sarayında ziyafət təşkil olunur, süfrələrə tanınmış aşpazların təamları, nar məhsulları düzülür.

Axşam bayram konsertisonda atəşfəşanlıqla festivalın ilk günü sona çatır.

Noyabrın 4-də festival öz mahnı və rəqsləri, satış sərgiləri və digər atributları ilə yenə diqqət mərkəzindədir. Festivalın ikinci günündə də bu şölənin iştirakçısı olmaq, mənalı istirahət etmək üçün yüzlərlə, bəlkə də minlərlə turist Göyçaya gəlib. Qonaqlar, bütün iştirakçılar Nar bayramının sevincini qəlbən yaşayaraq bu səfərlərindən, Göyçay və göyçaylılarla bu görüşlərindən böyük zövq alırlar.

Günün sonunda yerli "AzNar" və Bakının "Neftçi" futbol komandalarının arasında festivala həsr edilmiş yoldaşlıq oyunu keçirilir...

 

***

 

Göründüyü kimi 12 ildir davam edən bu bayramlar narı Göyçayın simvolik anlamından da yüksəkliyə qaldırdı, daha da şöhrətləndirdi, sanki canlı bir əfsanəyə çevirdi. Nar bu yurd üçün elə bil ki, özünəməxsus ruhundan da ayrılıb daha geniş, daha əzəmətli məna daşıdı. Bu bayramlar, bu festivallar 12 ildir ki, az qala bütün respublikanı bir yerə toplayaraq ölkədə aparılan quruculuq işlərinin, sosial-iqtisadi inkişafın sevincini, qürurunu paylaşır. Əsl zəhmət, birlik, yüksəliş bayramı kimiyaddaşlara köçür. Bütün bunlar Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurlu həllinin, mədəni yükəlişin və başqa fərəhli amillərin göstəricisidir. Yəni bu bayramlar, bu şənliklər xalqımızın halal haqqıdır. Eləcə narın əsl vətəni olan yaraşıqlı Göyçayımızın...

 

 

Ədalət  2017.- 5 noyabr.- S.4.