MODERNLƏŞƏN
QƏDİM ŞƏKİ
Onun sədası min
illərdən gəlir
(əvvəli
ötən sayımızda)
Kənd təsərrüfatı
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi
ilə ölkədə
kənd təsərrüfatının
inkişafında yeni mərhələ başlanmışdır.
Nazirlər Kabinetinin 2017-ci ilin
9 ayının yekunlarına
və qarşıda duran məsələlərə
həsr olunan yığıncağında çıxış
edən cənab Prezident kənd təsərrüfatının inkişafı
istiqamətində çox
ciddi addımların atıldığını qeyd
edərək demişdir:
"Bu il kənd
təsərrüfatı ilə
bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir. Mənim sədrliyimlə bir çox müşavirələr keçirilmiş,
pambıqçılıq, baramaçılıq, tütünçülük,
fındıqçılıq, çəltikçilik, sitrusçuluq,
çayçılıq - bütün bu məsələlər çox
geniş müzakirə
edilmişdir. Dövlət proqramları hazırlanmış,
təsdiq olunmuş və bütün hədəflər müəyyən
edilmişdir. Bu proqramlar çox konkret xarakter daşıyır. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması
nəzərdə tutulmalıdır".
Avqust ayının
4-də Qax rayonunda cənab Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı
məsələlərinə dair müşavirə keçirilmişdir. Müşavirədə bu zonada kənd təsərrüfatının
mühüm sahələrindən
biri olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın
inkişaf tarixi haqqında geniş məlumat verilmiş, son illərdə əldə olunan nəticələr təhlil olunmuş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Ölkə başçısının müəyyən etdiyi aqrar siyasətin rayonda uğurla həyata keçirilməsi
üçün Şəki
Şəhər İcra
Hakimiyyəti bütün
daxili imkanları səfərbər etmiş
və kənd təsərrüfatı məhsulları
istehsalının dinamik
inkişafına nail olunmuşdur.
Taxılçılıq
Şəki respublikamızın ən
iri aqrar rayonlarından biridir. Rayonun kənd
təsərrüfatının əsas sahələrindən
birini taxılçılıq
təşkil edir.
Rayon ərazisində taxıl istehsalçıları
tərəfindən ötən
ilin payızında əkilmiş 66634 hektar taxıl sahəsində yetişən məhsulun vaxtında və itkisiz yığılması
üçün rayon rəhbərliyi
tərəfindən zəruri
tədbirlər görülmüşdür.
Bu il taxıl
sahələrindən 214 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 33 sentner
təşkil etmişdir.
İstehsal olunan məhsul
keçən illə
müqayisədə 21 min ton çoxdur. 2018-ci ilin məhsulu üçün 65500 hektar
sahədə payızlıq
taxıl əkini proqnozlaşdırılmışdır.
Baramaçılıq
Məlum olduğu kimi Şəkidə əhalinin
tarixən əsas məşğuliyyət sahələrindən
biri baramaçılıq
olub. "Azərbaycan Respublikasında ipəkçiliyin
maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında" cənab
Prezident tərəfindən
imzalanmış Sərəncam
ölkəmizdə ipəkçiliyin
müasir infrastrukturunun
yaradılması, barama
toxumçuluğunun təşkili
istiqamətində atılan
növbəti mühüm
addım olmaqla yanaşı barama istehsalının dinamik inkişafında mühüm
rol oynamışdır.
Ötən ilin payız
mövsümündə rayonda
50 min yerli, 25 min xaricdən
gətirilmiş tut tingi
əkilmiş, yeni kümxanalar qurulmuş, gənc kümdarların hazırlanması istiqamətində
maarifləndirmə tədbirləri
görülmüşdür. Həyata keçirilən bu və ya digər
tədbirlər rayonda
barama istehsalının
inkişafına müsbət
təsir göstərmişdir.
Rayonda 2015-ci ildə
cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılmışdır. Məhz ölkə
başçısının təşəbbüsü ilə
həyata keçirilən
operativ tədbirlər
nəticəsində bu
sahədə ciddi dönüş yaranmış,
Şəki ipək kombinatı öz fəaliyyətini bərpa
etmişdir. 2018-ci ildə
baramaçılığın inkişafına nail olmaq üçün indidən
geniş hazırlıq
işlərinə başlanmalıdır.
Ölkə başçısı tərəfindən qarşıya
qoyulan vəzifələri
layiqincə yerinə yetirmək üçün
2018-ci ildə rayonda
70 ton barama istehsal edilməsi nəzərdə
tutulmuşdur.
Tütünçülük
Son illərdə ölkə
başçısı tərəfindən
tütünçülüyün inkişafına göstərilən
diqqət və qayğı nəticəsində
yerlərdə istehsalçılar
arasında bu sahəyə maraq artmış, rayonda tütünçülüyün inkişafında ciddi dönüş yaranmışdır. Nəticədə, əgər 2015-ci ildə Şəkidə cəmi
596 hektar sahədə
tütün əkilmişdisə,
2017-ci ildə bu rəqəm 843 hektara çatdırılıb.
Hazırda rayonun 11 kəndində 2 minə yaxın sakin tütünçülüklə
məşğul olur. Bu il rayonda 2 min 600 ton quru tütün istehsalı proznozlaşdırılır.
Son məlumatlara əsasən artıq 2238
ton məhsul istehsal olunmuşdur ki. bu da ötən ilin müvafiq dövrü ilə müqayisə də 164 ton çoxdur.
Fındıqçılıq
Qərzəkli meyvələrin vacib
kənd təsərrüfatı
məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önəmli rol oynaması, rentabelli olması və başqa amillərə görə istehsalının
genişləndirilməsinin vacibliyini nəzərə
alaraq əhali arasında yeni qərzəkli bağçılıq
təsərrüfatlarının yaradılması istiqamətində
maarifləndirmə tədbirləri
həyata keçirilir
və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində
məqsədyönlü iş
aparılır.
Cənab
Prezidentin qarşıya
qoyduğu vəzifədən
irəli gələrək
2017-ci ilin yaz mövsümündə Şəkidə
58,5 hektar sahədə yeni fındıq bağı salınmışdır. Rayonda fındıq
bağlarının ümumi
sahəsi 1761, 5 hektara
çatdırılmışdır.
Bu ilin sonunadək
rayonda 700 hektar əlavə fındıq bağı salınması
nəzərdə tutulur.
Aqropark
Cənab Prezidentin kənd təsərrüfatının inkişaf
etdirilməsi istiqamətində
qarşıya qoyduğu
əsas vəzifələrdən
biri də yararsız torpaqların istifadəyə cəlb olunması, yeni kənd təsərrüfatı
texnikalarının alınması,
iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Nazirlər
Kabinetinin 2017-ci ilin 9 ayının yekunlarına
və qarşıda duran məsələlərə
həsr olunan yığıncağında çıxış
edən cənab Prezident qeyd etmişdir ki, kənd təsərrüfatı
hər bir ölkənin uğurlu iqtisadi inkişafını
təmin edən əsas sahədir. Cənab Prezident demişdir: "Ölkəmizdə
38 aqroparkın yaradılması
prosesi gedir. Bu işlər tam nəzarət altındadır,
mənə müntəzəm
olaraq məlumat verilir. Hesab edirəm ki,
bu aqropakların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini
cəlb edəcək.
Bu həm sahibkarlar,
həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın
artırılması üçün
çox gəlirli sahədir".
(ardı gələn
sayımızda)
Ədalət 2017.- 7 noyabr.- S.5.