DAVAM EDİR -37 (MƏHƏMMƏD ƏLİ TEVFIQ)

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

  617    |   2017-11-08 00:17 Şriftin ölçüsü: A+ Böyütmək A+ Balacalaşdır

Türk dünyasının dəyərli ziyalılarından Mahmud Kaşğari, Yusuf Has Hacıb, Əli Şir Nəvayi, Zelili, Yunus Əmrə, Mövlanə, Əhməd Yasəvi Hacı Bəktaşi Vəli kimi zəngin ədəbiyyatı olan insanların yaradıcılığı Çağdaş Uyğur şeirində bu gün öz aktuallığını saxlamaqda davam edir. XX əsrin əvvəlindən Çinin Uyğur türklərinə qarşı başlatdığı "sol" siyasətin nəticəsində Uyğur ziyalıların bir çoxlarının məhv edilməsı, bir çoxlarının da əsərlərinin qadağası bu xalqın dilinə, mədəniyyətinə qarşı repressiya idi. Həbsxanalarda bilərəkdən çürüdülən, qatı cinayətkarlarla bir hücrədə, ağıla belə gəlməyən ağır şərtlərdə həyatının ən gözəl günlərini keçirməyə məhkum olan ziyalılar əsasən türkəsillilərdir. Dünyada terrora dəstək verən, 40 milyon türkün qanına susayan Çin bu gün, dünya ictimayəti qarşısında özünü insan haqlarına hörmət edən bir dövlət kimi tanıtmağa çalışsa da bunun bele olmadığı Türk dünyasına məlumdur.

Uyğur, qazax, tatar, sarı uyğurlar, özbək, moğal (monqol) s. xalqların haqq-hüquqlarının tapdandığı, dili, ədəbiyyatı, tarixi, mədəniyyəti silindiyi bir məkandır Çin dövləti.

Bu ölkə yerli xalqlara qarşı yeritdiyi siyasətin bir parçası kimi, ziyalıların qorxu, basqı altında yaşamalarını, yalnız icazə verilən mövzularda əsərlər yazmağa məcbur edildiyini görmək mümkündür. Repressiya maşınının dayanmadan çalışdığını, azadlığa yüksələn səslərin boğulduğunu görürük.

XX əsrin birinci yarısında Şərqi Türküstanda müasir təhsil sisteminin qurucularından biri, Yeni Uyğur-Türk ədəbiyyatının öncüllərindən biri şair Məhəmməd Əli Tevfiqdir. O, 1901-ci ildə Şərqi Türküstanın Kaşğaq vilayəti Artuş nahiyəsinin Boyamet (Boyəhmət) kəndində həkim ailəsində dünyaya gəlmişdir. Atası Hacı Tohti Artuş nahiyəsində çalışan, açıq fikirli, elm maarifə dərindən rəğbət bəsləyən bir şəxs idi. Hacı Tohti oğulları Nizaməddin Məhəmməd Əlini oxumuş, savadlı, milləti xalqına yararlı bir şəxs görmək arzusuyla yaşayırdı. O dövr Şərqi Türküstanda hakimlik edən Çin üsul-idarəsinin təmsilçiləri yerli xalqın maariflənmələrini istəmədiklərindən buna hər cürə əngəllər törədirdilər. Lakin buna baxmayaraq, Hacı Tohti hər iki oğlunu əvvəlcə öz kəndlərindəki dini məktəbə yazdırdı. Orta əsr ənənələrinin davamı kimi, bu məktəbdə Quran, oxuma, yazma, bir sözlə ibtidai təhsil verilirdi. Qardaşlar burada təhsillərini tamamladıqdan sonra Hacı Tohti onları Artuş nahiyəsi İkisak kəndində açılan yeni tipli məktəbə gətirdi. Bu məktəbdə dini məktəbdən fərqli olaraq dünyəvi fənlər tədris olunurdu öyrəndikləri Məhəmməd Əlinin yaddaşında dərin izlər buraxdı.

1909-cu ildə Şərqi Türküstanlı xeyriyyəçi Musabay qardaşlarının yardımıyla təhsil üçün Türkiyəyə göndərilən Tursun Əfəndi İstanbuldakı "Sultaniyyə Yüksək Bilim Yurdu"nda təhsilini bitirib geri dönmür maarif işləriylə məşğul olur.

1912-ci ildə Şərqi Türküstanın zəngin adamlarından olan Musabay qardaşları İstanbula gələrək Tələt paşaya Şərqi Türküstan xalqının geridə qalmaması üçün onların maarifləndirilməsinin vacibliyini söyləyir müəllim çatışmadığını bildirirlər. Onların fikriylə razılaşan, millətini canı qədər sevən Tələt paşa "Türk Ocaqları"ndan Əhməd Kamal İlikul bir neçə nəfərdən ibarət müəllim heyətini Şərqi Türküstana - Kaşğara yola salır. Artıq yeni tipli məktəb açmaq üçün zəmin yaranmışdı.

Kaşğarda müasir tipli məktəb ilk dəfə Artuş nahiyəsində, 1885-ci ildə açılmış qısa bir müddət sonra Mancur-Çin hakimiyyəti tərəfindən bağladılmışdı. Nəhayət ki, 1914-cü ildə eyni nahiyədə müasir tipli "Hüseyniyyə" məktəbi açılır. Məktəb müdiri Tursun Əfəndi, Əhməd Kamal İlikul isə baş müəllim təyin olunur. Məktəbdə dil-ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat dərsləriylə birlikdə Türkiyə türkcəsi Türk ədəbiyyatından nümunələr tədris olunurdu. Bölgə xalqı bu məktəbin açılmasına çox sevinir hər kəs öz imkanı daxilində əlindən gələn yardımı əsirgəmirdi. Məhəmməd Əli kimi gənclər gecə-gündüz çalışaraq müasir bilikləri mənimsəməyə çalışırdılar.

O dövrdə bölgə qubernatoru qatı millətçi Yan-zin-şin idi. O, yaxşı anlayırdı ki, yerli xalqları idarə etmənin ən yaxşı üsulu onların cəhalət xürafat girdabında qalmaları, müasir həyat şərtləri adi insani düşüncələrdən uzaq saxlanmasıdır. Ona görə məktəbin yaradılmasına təşəbbüs edən əziyyət çəkənlər yaxalanaraq cəzalandırıldı, Əhməd Kamal İlikul isə başqa ölkə vətəndaşı kimi, ölkədən çıxarıldı.

Məktəbin bağlanması Məhəmməd Əliyə böyük zərbə oldu onun Çin zülmünə nifrətini artırdı. 1920-ci ildə Məhəmməd Əlinin ailəsi Şərqi Türküstanın şimalındakı Çevçək şəhərinə köçdü. Məhəmməd Əli burada Hacı Mahmud adlı bir şəxsdən bərbərlik öyrəndi bu sənətlə ailəsini dolandırmağa başlayır. Bərbərlik etdiyi zaman Çevçəkin görkəmli ziyalıları alimləri ilə tanış olur. Gündüzləri işlədi, gecələr şeir yazdı, oxumadığı kitabları tapıb oxudu, vətən-millət məsələlərinin müzakirə olunduğu söhbətlərdə iştirak etdi.

1923-cü ildə Məhəmməd Əli Kaşğarlı alim və yazıçı Əbdülqədir Əzizinin Çin hökuməti və yerli xainlərin əlilə sui-qəsd nəticəsində öldürüldüyü xəbərini alanda gənc şairin "dolmaqda olan səbr bardağı" onsuz da daşmaqdaydı. "Oxudu aşdı" adlı şeirini böyük hərflərlə yazaraq gecəykən bərbər dükanının önünə yapışdırdı. Şeirdə zalım Çin məmurları, onların qapıqulu və quyruqbulayanları olan yerli xainlər lənətlənir, nifrətlə anılırdı:

 

Oxudu keçdi, başqaları bizi

ey qədirbilənlər,

Görəndə onların qeyrətin

qaynar vicdanlar.

Havada şahin kimi cövlan edir

başqa millətlər,

Qaldıq onlardan çox geri,

düşünün ey insanlar.

Öyrətməz bizi haqqı bilən alimlər,

Namusunu pula satan zalimlər.

 

Şeirdən xəbərdar olan Çin məmurları şairi siyasi təqibə alırlar. Vəziyyətin dözülməz hal aldığını görən dostları ona başqa ölkəyə qaçmağı məsləhət gördülər. Onların israrına görə şair bir gecə Çerçəkdən ayrılaraq Qərbi Türküstana qaçdı. Qazağıstandakı yerlilərinin köməyilə Moskvaya getdi. Moskvada Şərqi Türküstanlı tacir Xəlil bəyin yaxından köməyilə Moskva Şərq Universitetində oxuma fürsəti əldə etdi. Ancaq onun universitet həyatı da uzun sürmədi. Universitetdə keçilən fənlər tələbələrə aşılanan fikirlər ona xoş gəlmədiyindən oradan da ayrıldı.

Gənc vətənpərvərin arzusu müasir təhsil almaq, Vətəninin hərtərəfli inkişafına çalışmaq idı. Ona görə o, Mustafa Kamal Atatürkün rəhbərliyilə qurulan Türkiyə Cümhuriyyətinə getməyi düşünürdü. Bu məqsədlə Moskvadan ayrılaraq Qara dəniz limanlarına yollandı, azbazlıqla dolanmağa başladı. Türkiyədən gələn gəmi heyətlərilə tanış oldu, onlara tənbur (musiqi aləti) çaldı, mahnılar oxudu. Müəyyən vaxtdan sonra aralarındakı bu isti münasibət Məhəmməd Əlinin təhsil üçün Türkiyəyə getməsini həyata keçirməyə yardımçı oldu. Nəhayət, 1924-cü ilin sentyabr ayında onu gəmilərdən birinə mindirərək gizlicə Türkiyəyə gətirdilər. İstanbula çatan kimi, yerlilərini axtarıb, tapdı onlardan təhsil üçün onu bir məktəbə vermələrini istədi. Yerliləri onu İstanbul Müəllim Hazırlama Məktəbi müdiriyyətilə tanış etdilər.

 

(ardı gələn sayımızda)

 

Göyərçin Abid qızı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət 2017.- 8 noyabr.- S.7.