MODERNLƏŞƏN
QƏDİM ŞƏKİ
Onun sədası min
illərdən gəlir
(əvvəli
ötən saylarımızda)
Məhz cənab Prezidentin tapşırığına uyğun
olaraq rayonda meyvə, tərəvəz,
istixana təsərrüfatı,
povloniya ağaclarının
yetişdirilməsi, orqanik
gübrə istehsalı
və qoz ağaclarının əkilməsi
üçün böyük
"Sənaye - Aqro
Park" yaradılmışdır. Bu məqsədlə Şəki
şəhər İcra
Hakimiyyəti Başçısının
sərəncamı ilə
9 min hektar torpaq sahəsi ayrılmışdır.
Hazırda bağda 200 nəfər işlə təmin olunmuşdur. Ərazidən bu il
500 tona yaxın məhsul əldə olunmuş və yerli bazarlara çıxarılmışdır. Bu layihə ixrac
layihəsidir. Gələn
il məhsulun
xarici bazarlara çıxarılması üçün
məqsədyönlü iş
aparılır.
Abadlıq, quruculuq...
2017-ci ildə Şəkidə
görüləcək tikinti,
təmir və abadlıq işləri müəyyənləşdirilmiş, şəhər icra hakimiyyəti başçısının
müvafiq sərəncamı
ilə şəhərdə
aparılacaq yolların
əsaslı təmiri
və abadlıq işlərinin titul siyahısı təsdiqlənmişdir.
Əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də Şəki rayonu ərazisində respublikanın ayrı-ayrı
nazirlik və komitələrinin sifarişi
ilə tikinti işləri davam etdirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısının nəticəsi
olaraq 2017-ci ildə Şəki şəhərinin
su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
3-cü mərhələsinə başlanılmış və
işlər sürətlə
davam etdirilir.
"ASAN"
Xidmətin Şəki
Ərazi idarəsi üçün binanın
tikintisi və
"ASAN-ABAD" Keramika Mərkəzi
layihəsi çərçivəsində
ayrılmış binanın
əsaslı təmiri
işlərinə başlanmış,
624 yerlik Baş Zəyzid kənd tam orta məktəbinin binasının cari ildə tikintisinin başa çatdırılması
nəzərdə tutulmuşdur.
Həmçinin Şəki bələdiyyəsinin
müraciətinə əsasən
Şəki şəhərində
80 yerlik Qarışıq
tipli Uşaq Evinin tikintisinə icazə verilmiş və tikinti işlərinin ilin sonuna kimi başa
çatdırılması nəzərdə tutulmuşdur.
2017-ci ilin 9 ayı ərzində "Azəravtoyol"
ASC-nin sifarişi ilə Şəki "12
№-li Yol İstismarı" MMC tərəfindən
ümumi uzunluğu
17,1 km olan Şəki-Aşağı
Göynük-Baş Göynük-Baş
Şabalıd avtomobil
yolunda tikinti işləri davam etdirilmişdir. Həmçinin
"Yol İstismarı"
MMC tərəfindən Şəki
şəhər Marxal
İstirahət Zonasına
gedən 6,4 km uzunluğu olan avtomobil yolunda asfalt beton örtük
qoyulması üçün
torpaq yatağının
hazırlıq işləri
başa çatdırılmışdır.
Təhsil
Hesabat dövründə
təhsil sisteminin tədrisi, təlim-tərbiyə
prosesinin yüksək
səviyyədə təşkili
daim diqqət mərkəzində saxlanmışdır. Şəkinin təhsil işçiləri
də gənc nəslin təlim-tərbiyəsi,
onların kamil insan və hərtərəfli
şəxsiyyət kimi
yetişməsi işini
şərəflə yerinə
yetirir. Sevindirici haldır ki,
rayonun şagirdləri
bir çox Respublika səviyyəli müsabiqələrdə böyük
uğur qazanmışdır.
Bu il ali məktəbə qəbul
üçün ərizə
vermiş 1090 nəfərdən
674 nəfəri tələbə
adını qazanmış,
145 nəfəri 500-dən, o cümlədən 60 nəfəri
600 baldan yuxarı nəticə göstərmişdir.
Şəki təhsilinin əldə
etdiyi uğurlar dövlətimiz tərəfindən
həmişə olduğu
kimi, bu il də
yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə şəhər 11
№-li tam orta məktəbin müəllimi
Balaşova Gülxanım
"Tərəqqi" medalına,
şəhər təhsil
şöbəsinin metodiki
kabinetinin müdiri İbrahimova Firəngiz isə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
Səhiyyə
Şəki Mərkəzi Rayon Xəstəxanası
və onun tabeliyində fəaliyyət
göstərən tibb
müəssisələri tərəfindən
2017-ci ilin 9 ayında əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsi yüksəlmiş,
tibb müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması, sahəsində müəyyən
işlər görülmüşdür.
Mədəniyyət
2017-ci ilin 9 ayında
mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının
yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət
ərzində bir sıra mədəni-kütləvi
tədbirlər keçirilmiş,
tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə
qeyd olunmuşdur. "Avropa
Avtobus Turu-2017" layihəsinin
"Şəki Avropa
şəhərciyi" tədbiri
çərçivəsində sentyabrın 23-də Şəki
şəhərindəki "Marxal" müalicə-istirahət
kompleksində Şəki
şəhəri rəhbərliyi
ilə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda
fəaliyyət göstərən
səfirlərinin və
səfirlikləri təmsil
edən şəxslərin
görüşü olmuşdur.
Layihənin məqsədi
Azərbaycanın regionlarında
insanları Avropa İttifaqı barədə
məlumatlandırmaq, Avropa
dəyərləri və
mədəniyyəti ilə
yaxından tanış
etmək idi. Görüş zamanı Avropa
İttifaqına üzv
olan dövlətlərin
nümayəndələri və
şəhər rəhbərliyi
gələcəkdə Şəki
şəhərində həyata
keçirmək istədikləri
layihələri və
təşəbbüsləri birgə müzakirə etmək imkanı əldə etmişdir.
Hüquq
2017-ci ilin 9 ayında
Şəkidə cinayətkarlığa
qarşı mübarizə,
qanunçuluq və hüquq qaydalarının
möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 205 cinayət
hadisəsi qeydə alınmışdır. Qeydə
alınan cinayətlərdən
98,4 faizinin açılması təmin
edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon Polis Şöbəsi
tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində
narkomaniya ilə bağlı 34 fakt aşkar edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
müvafiq Fərmanına
uyğun olaraq 2017-ci ilin 9 ayında 566 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
Uğurlu davam
Şəkidə abaqlıq, tikinti-quruculuq,
eyni zamanda təsərrüfat
və sənaye sahələrində işlər uğurla aparılır. Həmişəki kimi bu şəhərdə
müxtəlif mədəni-kütləvi tədbirlər, respublika miqyaslı bayramlar,
festivallar davam etməkdədir.
Ədalət.-2017.-9 noyabr.-s.4.