DAVAM EDİR -37
(MƏHƏMMƏD ƏLİ TEVFİQ)
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən sayımızda)
Məktəbə təmizlik işçisi kimi qəbul edilən Məhəmməd
Əli yenə də gündüzlər çalışdı, gecələr
oxudu və bir müddət sonra məktəb müdirliyinə tələbə
kimi qəbul olunmasıyla bağlı ərizə yazdı. Təmizlik işçisinin
ərizəsindən dərhal
sonra o, imtahan olundu və rəsmən tələbə
sifətilə məktəbə
qəbul edildi. Başqa tələbələrdən daha
çox çalışaraq
hər kursda əlaçı oldu.
Məktəbi müvəffəqiyyətlə
bitirən M.Ə.Tevfiq
6 il İstanbul
yaxınlığındakı bir kənddə müəllimlik edir.
"1930-cu ildə Şərqi
Türküstanda xalq Çin zülmünə
qarşı baş qaldırdı. 1931-ci ildə
isə Hacı Niyazın liderliyilə Şərqi Türküstan
xalqı üsyana başladı və üsyan qısa zaman ərzində bölgəni bürüdü.
Nəticədə, Çinin Şərqi
Türküstandakı valisi
Çin-şo-rin hökumətini
yıxdılar." (1. 180-181)
Bu xəbəri duyan
Məhəmməd Əli
baş verən hadisədən sonra, yəni 1932-ci ildə Istanbuldan ayrılaraq Şərqi Türküstana
döndü. Öncə Kaşğara gəldi
və həmyerlilərilə
görüşdü. Onun gəldiyi il Şərqi
Türküstan üçün
çox önəmli
il idi. Tevfiq Kumul
şəhərində başlayan
və 12 noyabr
1933-cü ildə Kaşğarda
qurulan Şərqi Türküstan Cümhuriyyətinin
quruluş mərasimində
iştirak etdi.
Bu tarixi hadisədən
ilham alan
şair dillər əzbəri olan, Şərqi Türküstan
dövlətinin himni
"Qurtuluş yolunda"
şeirini yazdı:
Qurtuluş yolunda su tək axdı
bizim qanımız,
Sənin
üçün ey yurdumuz,
fəda olsun canımız.
Qandan keçib, can verib,
axır qurtardıq səni,
Qəlbimizdə qurtuluşa var idi
imanımız,
Və yaxud
Ordumuz, həm yurdumuz,
məşhur Türkdür
adımız,
Dinimiz, imanımız
bu bizim vicdanımız.
Yurdumuz Türk yurdu,
biz onun qurbanı biz,
Bayrağımız göy bayraq,
ortasında Ay-ulduz.
Daha sonra həmin şeir Şərqi Türküstan
İslam Cümhuriyyətinin
dövlət marşı
kimi qəbul edildi. Yeni qurulan hər hansı bir dövlətdə hər bir vətənpərvərin
çalışacağı hədsiz dərəcə
iş olur. Məhəmməd Əli Tevfiq
də öz borcunu vətən övladlarının maariflənməsində
görürdü. Ona
görə də ilk işi Artuş nahiyəsində xalqı yeni təhsil sistemi ilə tanış etmə oldu. O, yerli maarifpərvərlərin
yaxından yardımıyla
"Nahiyə Maarif Heyyəti" təşkilatını
yaratdı.
Bundan sonra kənd və qəsəbələrdə "Müəllimlər Heyəti"
adlı birlik yaradıldı. Bu heyətin
işi məktəblərin
maliyyə problemlərini
həll etmək onların büdcəsini zənginləşdirmək üçün
ianə toplayışı,
fond torpaqlarından əldə
olunan gəlirin məktəblərdə təhsilə
xərclənməsini həll
etmək idi. Bu məsələ də həll olunduqdan sonra M. Ə.Tevfiq müəllim hazırlayan qısa müddətli kurs açdı və çox qısa müddət ərzində
bu kursa 100-dən çox gənc yazıldı. Kursu başa
vuran bu gənclər yeni təhsil sistemli məktəblər açmaqla
bölgə xalqını
maariflənməyə, cəhalət
zəncirini qırıb-atmağa
təşviq etdilər.
Bu müəllimlər kənd və qəsəbələrə M. Ə. Tevfiqin "Biz müəllimik"
şeirini oxuyaraq girdilir. Kənd və qəsəbələrə
nəğmə oxuyaraq
girən gənc müəllimlərin bu hərəkəti yerli xalqın sonsuz sevincinə səbəb oldu:
Müəllimik, yurdumuzda məktəb
açırıq,
Xalqımıza günəş kimi nurlar saçırıq.
Uzun illər zülmət içrə əziyyət
çəklik,
Elm-irfan yolunda
biz intizar çəkdik.
M.Ə.Tevfiq müəllim olmasıyla yanaşı yaxşı qələmi olan şair, musiqi bəstələrinə görə
təhsil görmüş
bəstəkarlarla yarışa
bilən bəstəkar
bir şəxs idi. Şeir sanki maariflənmək
üçün xalqa
çağırış oldu. Artuş qəsəbəsi başda olmaqla bütün Kaşğarı
maariflənmə və
yeni tipli məktəblər açılma
dalğası bürüdü.
Kəndlərin hamısında məktəblər
açıldı, on minlərlə
şağird ilk dəfə
məktəbə qədəm
qoydu. Lakin bu son olmadı: qocalı-çavanlı hamı
maariflənmə hərəkatına
qoşuldu. Onlar üçün oxuyub-yazma kursları
yaradıldı.1933-1936-cı illər arasındakı dövrdə
bölgədə milyonlarla
insan təhsil aldı, oxuyub-yazma öyrəndi.
Beləliklə M. Ə. Tevfiq Türkiyədə
öyrəndiklərini Vətənində
həyata keçirməyə
başladı, xalqının
qan yaddaşını
təzələdi, tarix
yazılandan bu yana müstəqil dövləti olan, dünyanın ən qədim əlifbalarından
birinin sahibi bir xalqın müstəqilliyinə qovuşmasını
onun tam haqqı olduğunu göstərdi:
Vətən üçün tərəqqi
istərik,
Arzumuzdur rəvac tapsın maarif.
Canı
fəda etdik əziz ölkəyə,
Ürəyimiz zalımlara müxalif.
1930-cu illərdə Şərqi
Türküstandakı qarışıq
vəziyyət Tevfiqin
yorulmadan çalışdığı
bu maarirf nurunun və azadlıq şəfəqinin
daha da genişlənməsinə
imkan yaradırdı. Lakin bu oyanışdan əndişə
duyan Çinli general,
qatı Türk düşməni Şin-şi-sey
Sovet hökumətinin
birbaşa yardımıyla
azadlıq şərbətini
dadmış, xoş günlər ümidilə
yaşayan xalqın üzərinə hücuma
keçdi. Milli ordu böyük itkilər verdi.
Bu qatışıq dövrdə ziyalılardan
böyük bir qrup Vətəndən ayrılıb yad məmləkətlərə üz
tutdu. Tevfiq isə "ölsəm
də xalqımla öləcəyəm, qalsam
da xalqımla qalacağamı" deyərək
mübarizəsini özünə
xas davam etdirdi.
1936-cı ilin iyul
ayında Şin-şi-seyin
əlaltıları şairi
Artuşdakı məktəbdə
dərs dediyi sinifdən çıxararaq
həbs etdilər. Şair 1937-ci ilin iyul ayına
qədər Kaşğarın
Yarbağ həbsxanasında
təsəvvürəgəlməz işgəncələrə sinə
gərdi, hər cür təhqirə dözdü. İradəsinin sınmadığını görən
cəlladlar 170 nəfər
ziyalı ilə birlikdə M.Ə.Tevfiqi güllələdilər və
meyitlərin üzərinə
neft tökərək
yandırdılar.
Millətinin azadlığı, Vətən
övladlarının mariflənməsi,
cəhalətə, hürufata
üsyan yolunda canını düşünmədən
fəda edən şair edam olunanda
37 yaşındaydı və
həyatının ən
gözəl çağlarını
yaşayırdı. Şair, maarifçi,
bəstəkar M. Ə. Tevfiq
Uyğur maarifinin, Müasir Uyğur Türk ədəbiyyatının
yaradılması yolunda
sonsuz xidmət göstərmiş, yorulmadan
çalışmışdır. Şair şeirlərini özü bəstələyir
və marş şəklində uşaqlara
oxutdururdu.
O qarışıq dövrdə
şairin dillər əzbəri olan şeirlərindən "Qurtuluş
yolunda", "Vətən
üçün", "Ey, Ana yer", "Biz izçilərik" kimi şeirlərində qəhrəmanlığı,
vətənpərvərliyi tərənnüm edirdisə,
"Oxudu aşdı",
"Oyan Vətən əhli", "Oyan millət", "Biz müəllimik"
və s. şeirlərində
xalqının cəhalətdən
yaxa qurtarmasını,
maariflənmənin vacibliyini
önə sürmüş,
inkişaf etmiş millətlər yanında yer almağa onun xalqının da haqqı olduğunu
vurğulamışdır. "Ulu Tanrım", "Ey Vətən, Millət" kimi şeirlərində isə
şair xalqa Vətəni azad etmək, inkişafa şərait yaratmaq üçün haqq-ədalətə
və islama sarılmaq lazım gəldiyi fikrini ortaya qoymuşdur.
M.Ə.Tevfiqin "Səhər ağlayan bülbül" şeiri
Azərbaycanın istiqlalı,
azadlığı ugrunda
canından keçen
37-nin repressiya qurbanlarından
olan dahi şairi Əhməd Cavadın "Sən aglama mən aglayım, gözelim" şeirinə benzərliyi
iki xalqın eyni düşüncəsinin
inləyən naləsidir.
Səhər ağlayan bülbül,
Sən ağlama,
mən ağlaram.
Qəlbi
dağlayan bülbül,
Sən ağlama,
mən ağlaram.
Bülbülüm gəldi sarı,
Mən ağlaram zarı-zarı,
Sevərəm mən bu Vətəni,
Sən ağlama,
mən ağlaram.
Göyərçin
Abid qızı
Ədalət.-2017.-9 noyabr.-S.7.