Azərbaycanlı aktyor:
"Pulsuz çəkilə bilmərəm"
Aktyor Elvin Əhmədov
Milli.Az-a müsahibə
verib.
Adalet.az müsahibəni
təqdim edir:
- Elvin, son illərdə
bir neçə ekran işinə çəkilsəniz də
yarım qalıb. Bunun səbəbi rejissorlardan asılıdır,
yoxsa sizdən?
- Mən dəvət olunduğum bütün seriallarda çəkilmişəm.
Bu il də
bir neçə serial
var idi, yalnız biri başlamalı idi. Söhbət
ATV telekanalında yayımlanacaq
olan "Yarpaqlar" serialından gedir. Maliyyə məsələlərinə görə
həmin serialdan ayrıldım. Rejissorla münasibətim
isə çox yaxşıdır. Yəqin ki,
o da məni başa düşər.
"Şirin xəyallar" serialında
da çəkilməliyəm.
Sadəcə olaraq hələ
bu serialın çəkilişi dayandırılıb.
- Bir çox gənc aktyorlar nəinki qonorarda razılığa
gəlir, hətta pulsuz da çəkilməyə
razılıq verirlər.
Siz bəs?
- Mən dəfərlərlə
demişəm, yenə
də demək istəyirəm ki, pulsuz çəkilə bilmərəm. Bu mümkün deyil. Çünki bu sənət
mənim qazancımdır.
Belə deyək də işimi görürəm
və əvəzində
pulumu alıram. Maddiyyat yaşamaq üçün
çox önəmlidir.
- Çox qonorar tələb edirsiniz?
- Xeyr, hamı bilir ki, mən
qonorarda razılaşıram.
- Filmə dəvət alanda ilk öncə nəyi nəzərdən keçirirsiniz?
- Mən öncə rejissorun kim
olduğuna baxıram.
Daha sonra isə ssenari və rola. Paralel olaraq maliyyəyə
də baxıram.
Rejissorların əksəriyyətini tanıyıram deyə razılaşırıq.
- Əcnəbi
aktyorlar bütün rollarda özlərini sınayırlar və yaxşı da alınır. Elvin
üçün çərçivə
var?
- Təəssüf ki, müəyyən çərçivələr
bizim genimizə bağlandığına görə
bütün rolları
oynamaq da olmur.
Dünya səviyyəli aktyorlar üçün burada çərçivə yoxdur. Birincisi əcnəbi
aktyor o rol üçün 25 milyon
dollar pul alır.
Amma bizdə fimlərə o qədər maliyyə ayrılmayıb. Müəyyən rollar var ki,
çəkilərəm, elə
rol da var
çəkilmərəm. Yenə də deyirəm, ssenaridən də çox şey asılıdır. 100-200 manata görə özümü biabır etmərəm. Elə
bir rol yoxdur
ki, bacarmaram, sadəcə elə bir rol ola bilər ki, özümü orda görmərəm.
- Elvin, çox pozitiv insansınız. Həyatdan zərbə almısınız?
- Bəli, həyatdan zərbə almışam.
Bu da anamın
itkisi ilə bağlı olub. Bu itkini heç
kimə arzulamıram.
Kimdəsə bu cür hal baş verərsə,
ilk rəhmətə gedən
insanın övladlarını
fikirləşirəm. Çünki bu hal insanı ciddi stressə salır. Anamın ölümündən
sonra mən 2 il heç
bir filmdə çəkilmədim. Hətta aktyor
kimi formamı da itirmişdim. Təsadüfən hər şeyin
bitdiyi bir anda qapılar yenidən taybatay açıldı. 2 ildən sonra "Sənə inanıram"
serialında çəkildim.
Bu serial ilə yenidən ekranlara qayıtdım.
- Bu müddət
ərzində kimlərdən
dəstək gördünüz?
- İlk növbədə
ailəmdən dəstək
gördüm. Yaxın çərçivəm elə də geniş deyil. Amma yaxın çərçivəmdə
bu gün də dostlarım var.
- Hər bir ana
övladının xoş
gününü arzulayır.
Ananızın sizinlə bağlı
ən böyük arzusu nə idi?
- Anam təbii ki, bütün analar kimi övlad
toyu arzulayırdı.
Onun ən böyük arzularından biri də məni kinoaktyor kimi ekranlarda görmək idi. "Dolu"
filminin təqdimatına
2 ay qalmış anam rəhmətə getdi.
Demək
olar ki, o məni ekranlarda görmədi. Mən özümə
söz verdim ki, o görməsə belə davam edib çəkilib, ən yaxşısını
ortalığa qoyacağam.
- Yeməyinizi
kim hazırlayır?
- Hal-hazırda atamla, qardaşımla bir yerdə qalıram. İnsan hər bir vəziyyətdən
çıxmağı bacarmalıdır.
Biz bunu üçümüz
də yaxşı başa düşürük.
Hələ ki, bacımdan
başqa heç birimiz ailə həyatı qurmamışıq.
Bu günlərdə isə dayı olmuşam. Allah bu sevinci hamıya
qismət etsin.
- Evlənməyə
cəhd etməmisiniz?
- Xeyr, hələ ki, bu barədə
düşünməmişəm. Deyə bilmərəm ki, sevdiyim olmayıb, olub. 27 yaşına
çatan elə bir insan olmaz
ki, sevdiyi olmasın. Həyatımda bir neçə
insan olub hətta.
- Deməli gününüzü keçirmək
üçün sevmisiniz?
- Gün keçirmək üçün sevmək
vacib deyil. İnsan sənin şəxsi həyatındadırsa, onunla
gün keçirə
bilməzsən. Kiminləsə uzun müddət münasibət saxlayıb
sonra evlənə bilərəm. Qızlar tərəfindən
mesajlar da gəlib, məktubla təkliflər də gəlib. Bəlkə də o təklifləri
qəbul etsəydim, bu gün yaşayışım
daha yaxşı olardı. Şəxsi xarakterimdən çıxış
edib bu cür
münasibətlərə yaxın
durmamışam.
- Nə münasibəti idi?
- Pul qarşılığında
sevgili olmaq təklifi də gəlmişdi. Deyirdi ki, bir yerdə yaşasaq, daha yaxşı olar.
- Deməli "alfons" olmağı seçməmisiniz?
- Xeyr!
- Bu sənətdə elə aktyor, rejissorlar var ki, pullu
qadınların hesabına
yaşayır.
- Söhbətin kimdən getdiyini bilməsəm də bir onu
bilirəm ki, cəmiyyətdə hər
cür insan var. Dediyinizdə həqiqət
var. Mən öz həyatımı çıxmaq
şərtilə ətrafımda
gördüyüm heç
bir şeyə pis baxmıram. Kimin şəxsi həyatı necədirsə buna pis baxmıram. Biz hər şeyə
normal baxmalıyıq ki,
cəmiyyət də qəbul etsin.
- Qızlar tərəfindən
bu qədər çox sevilməyinizin də bir səbəbi
"Dolu" filmi olub desək, yalan olmaz. Halbuki o zaman
gənclər çox
filmlərdə çəkilmirdi.
"Dolu"dan sonra sizi heç
bir filmdə görmədik. Bu filmdən sonra yoxsa gələn o "cılız" təklifləri
qəbul etmədiniz?
- "Dolu" filminə
çəkiləndən sonra
fikirləşirdim ki,
bundan sonra belə bir film olacaqmı o filmə çəkilim? O barədə düşünürdüm. Lap cılız təkiflər
də oldu qəbul etmədim. Amma normal ekran işlərində çəkilirdim.
- Amma bu filmi
də tənqid edənlər oldu..
- Əvvəl bu
tənqidlərə aqressiv
yanaşırdım, indi
amma tamam başqa fikirdəyəm. Məsələ orasındadır ki, "Dolu"ya qədər bu cür film görməmişdilərsə, bundan sonra da
görməyəcəklər. Həqiqətən burada böyük
aktyor kollektivi idi. Bu film Azərbaycan
tamaşaçısı üçün
böyük bir vulkan idi. "Dolu"nu sevməməkləri
üçün elə
də bir səbəb görmürəm.
Kim vətənini sevirsə "Dolu" filmini də sevməlidir. Elxan Cəfərov
hər-halda bütün
istedadını ortalığa
qoyub bu filmi çəkmişdi.
- Sənətdə
vəfasızlıq görmüsünüz?
- Bunu əvvəldən bilmirdim, gələndən
sonra vəfasızlıq
gördüm. Çünki 21 yaşım var idi. Bu gün
vəfasızlıq daha
çoxdur. Kişi sənətçilərimiz
var ki, həddindən
artıq bir-birinin işini əngələ çevirmək istəyirlər.
Şəxsən nə qədər
aktyor aktrisa olub ki, özüm
kömək etmişəm.
Hansısa aktyorun yolunu
bağlamamışam. Çünki ən azından
özüm də aktyoram, bilirəm ki, bu necə
bir şeydir. Sənət camiyəsində vəfasızlıq
nə qədər istəyirsən var. Birlik olsaydı, indi çəkiləndən də
çox filmlər çəkilərdi.
- Aktyorlara niyə hörmət yoxdur?
- Bu mənim üçün həmişə vacib məsələ olub. Mənim üçün tamaşaçının
rəyi önəmlidir.
Tamaşaçılarımdan həmişə çox gözəl münasibət görmüşəm.
Bəzi insanlara elə gəlir ki, onlar aktyordular. Amma tamaşaçı ələyi
deyilən bir ələk var. Bu sənətdə
yalnız yaxşılar
qalır.
- Siz ələkdən keçmisiz?
- Yaxşı aktyor sənət yolunun sonuna qədər ələnməlidir. Mən özüm hansı rolda nə edəcəyimi çox yaxşı bilirəm. Mənim üçün sənət nəzəriyyə və bacarıqdan öncə gözdən və ürəkdən başlayır. Aktyorun kinoya uyğun gözü, baxışı olmalıdır.
-
Özünüzə tənqidi yanaşırsınız?
- Bu gün ekranda aktyor və aktrisalarımızın 70 faizi uçuruma gedir. Bu mənim bu günə olan ən vacib sözümdür. Aylardır bunu müşahidə edirəm, artıq dəqiq fikir bildirə bilərəm.
- Son təqdim etdiyiniz "Sara" filminin
aqibəti necə oldu?
- "Sara" filmini Nizami
kinoteatrında təqdim
edəndən sonra
film haqqında yaxşı
rəylər eşitdim. Bu filmi Sumqayıtda kinonun inkişafına dəstək üçün
göstərəcəklər. Ola bilər ki,
yaxın gələcəkdə
bir serial da çəkim. Amma hələ
ki, bu dəqiq
deyil. Çünki zamanı qabaqlamaq
istəmirəm.
Ədalət.-2017.-8
noyabr.-S.8.