Şair Əlirza Həsrətin
Yaradıcılığında Xalq Deyimləri
Bəşəriyyət yarandığı gündən
onunla birgə söz də yaranmışdır. Allah
dünyanı yaradanda "kon" kəlməsini işlətməklə
dünya, kainat yoxdan var olmuşdur. Bu da
sözün nə qədər müqəddəs olduğunu
göstərir. İbtidai insanlar ilk dəfə
qırıq-qırıq səs tellərinin köməkliyi ilə
qarşı tərəfə informasiya ötürüblər.
Zaman keçdikcə insanlar da inkişaf edir.
Bununla yanaşı onların danışıq
üslubu da müəyyən dəyişikliyə
uğrayır.
Əvvəllər qırıq-qırıq səs tellərinin
köməkliyi ilə danışdıqları halda, artıq
sərbəst şəkildə ünsiyyət qurmuşlar. Onların ilk inancları, adət-ənənələri,
əkinçilik, maldarlıq və s. şifahi xalq ədəbiyyatının
öyrənmə obyektinə çevrilir. Şifahi
xalq yaradıcılığının arealı olduqca
genişdir. Yazılı ədəbiyyatın
yaranmasında birbaşa təməl rolunu oynayır. Şifahi deyimlər zaman keçdikcə xalqın
süzgəcindən keçərək yazılı ədəbiyyata
çevrilmişdir. Məsələn, "Kitabi-Dədə
Qorqud", "Koroğlu" "Qaçaq Nəbi" kimi
dastanlarımız: bayatılarımız, laylalarımız və
s. İstər şair olsun, istərsə də
yazıçı şifahi xalq ədəbiyyatını bilməsə,
onların qələmi haqq yolundan azar. Qədim
dövr Azərbaycan ədəbiyyatının nümayəndələrinin
yaradıcılığına nəzər yetirdikdə ilk
növbədə xalq yaradıcılığından bəhrələndiyinin
şahidi oluruq. Nizami Gəncəvi, Xəqani Şirvani,
İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Saib Təbrizi,
Fədai, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, son zamanlarda Zəlimxan
Yaqub, Bəxtiyar Vahabzadə və başqaları şifahi
xalq yaradıcılığına baş vurmuş və
onları öz əsərlərində istifadə edərək
əsərlərinə gözəllik qatmışlar. Bunları yada salmaqda məqsədim budur ki, istər
poeziya, istərsə də nəsri xalq
yaradıcılığından kənarda düşünmək
qeyri-mümkündür. Ədəbi
mühit təkcə Bakıda yox, ətraf bölgələrdə
də mövcuddur. Ədəb olan yerdə,
şeir də olar, yazı da olar. Bunların
hər ikisi olan yerdə hörmət və izzət də
olur. Bakı ədəbi mühitindən
220 km uzaqlıqda Cəlilabad rayonu mövcuddur. Rayon təkcə maddi sərvətləri ilə yox,
Səs və Söz mühiti ilə də məşhurdur.
Musiqi mədəniyyətinə milyonlarla dinləyicilərə
yaxşı tanış olan əməkdar artist Sabir Mirzəyev,
Teymur Mustafayev, Yusif Məmmədov, Qədir Məmmədov,
Əflatun Qubadov və başqaları Cəlilabad
torpağının yetirmələri olmuşdur. Söz
mühitinin nümayəndələrindən isə
Abbasağa Azərtürk, Əlirza Həsrət, Salam Sarvan,
Bilal Alarlı, Faiq Hüseyinbəyli, Ədalət Salman,
Əlizadə Nuri, Meyxoş Abdullah kimi
ziyalılarımızı qeyd edə bilərik. Şair və
yazıçılarımızdan başqa rayonumuzu layiqincə
tanıdan tarixçilərimiz və dilçi alimlərimizdə
var. Məsələn, Yardımlı şivələrini ilk dəfə
sistemli şəkildə toplayan alimimiz Şahlar
Göytürk, dilçilik sahəsində müəyyən
xidmətləri olan Cəmil Babayev və digər sahələrdə
işləyən həmyerlilərimizdən Ziya Bəhmənli,
Füzuli Əzimov, Səyyad Məcidov kimi
ziyalılarımızı da qeyd edə bilərik. Sadaladığımız şairlər içərisində
öz dəsti-xətti ilə seçilən, lirik-fəlsəfi
poetik tapıntıları sevgi-həsrət duyğuları ilə
zəngin olan şairlərimizdən biri də Əlirza Həsrətdir.
İxtisasca texnoloq olmasına baxmayaraq şeirləri
əsil fəlsəfi məzmun və sevginin vəhtənində
yaranır. Əlirza Həsrət 90-cı
illərin şairidir. İlk şeirlərini,
Baba Pünhan və Əliağa Vahid kimi məktəb illərində
yazmağa başlamışdır. 90-cı
illər dövr etibarı ilə mürəkkəb
olmuşdur. Gənc şair sevgi dolu
şeirlərini çap etdirmək üçün nəşriyyat
axtarırır. Şairin
axtarışına "Azərbaycan qadını"
adlı jurnalı köməklik göstərərək ilk dəfə
1989-cu ildə "Qayıdın oğlanlar, qayıdın kəndə"
şeirini çap etdirir. Bununla da gənc
şair ədəbiyyata ilk addımlarını atır.
Müəyyən zaman keçdikdən sonra
Əlirza Həsrət artıq ulduz kimi parlayır.
Şairin "Kim sənə oxşayıb, sevmişəm elə",
"Edam Çiçəyi", "Ayrılıq sevginin
dar ağacıdır", "Sükut nəğməsi",
"Bundan belə ayrılıq", "Həsrət
rüzgarı", "Saat Səsi" kimi şeir
kitablarının müəllifidir. Əlirza Həsrətin
şeirlərində mükəmməl bir şəkildə
işlədilmiş bədii təsvir və ifadə vasitələrinə
rast gəlmək mümkündür.
Ömür
də əynimdə köhnəlib daha,
Qanımın suyuna salıb yu ömrü.
Və
yaxud
Bədənim
dartınır ruhuma sarı,
Qanadsız quşların ahı saxlayır.
Quşda qanadsız olar? Əlbəttə ki,
yox. Sadəcə şair onu öz təxəyyülündən
o formaya salaraq fikrini bizlərə çatdırır. Şair sevginin acılarını duyduğu
üçün öz acısını qanadsız quşun
çəkdiyi acılara bənzədir. Quşun
da qanadı olmasa onun yaşamağının bir mənası
yoxdur. Qanad quşa verilib uçmaqdan
ötrü. Şair də sevgisiz bir
ömrü qanadsız quşa bənzədir. Sevgisiz ömürü yaşamaqdansa yaşamamaq məsləhətdir.
Əlirza Həsrətin şeir kitablarında ən çox
ayrılıq, ölüm, hicran, sevgi, yurd sevgisi, dünya, yol
və s. obrazlar ilə qarşlaşırıq. Ən əsası bizə Əlirza Həsrətin
şeirlərini yadda saxlamağa köməklik göstərən
sadə xalq dilidir.
Şimşək
qol götürüb oynayır Göydə,
Girib aramıza payız leysanı.
Sərinlik
gətirər Kürün canına,
Başına çəkdikcə Araz, leysanı.
Bu beyti az yaşlı da olsa onun yaddaşında
qalacaq. Ona görə ki, Əlirza Həsrətin
şeirlərində yad və anlaşılmayan ifadələr
işlənməmişdir. Şairin
söz ehtiyyatını zənginləşdirən əsas
amillərdən biri xalq yaradıcılığına bələd
olmasıdır. Bir fikri də qeyd edim ki,
Əlirza Həsrət bəlkə də ədəbiyyat
müəllimlərindən daha da çox əsər və
şifahi xalq ədəbiyyatı nümunələrini oxuyub.
Bir sözə başlamazdan əvvəl ya
bayatı ilə, ya da ki, atalar sözü ilə başlar.
Onun şeirlərində də biz şifahi xalq ədəbiyyatının
nümunələrinə bol-bol rast gəlirik. Məsələn,
"Kəndimiz" şeirində işlənən xalq deyimlərinə
nəzər yetirək:
Dağılıb
şəhərə kənd uşaqları,
Kiriyə-kiriyə qalıb kəndimiz.
Sönmüş
ocaqlara buz həsrətini, -
Bürüyə-bürüyə qalıb kəndimiz.
Bir xəbər-ətər
yox qərib köçündən,
Əl-ayaq soyuyub əkin-biçindən.
Ayrılıq
şamı tək yanır içindən,
Əriyə-əriyə qalıb kəndimiz.
Yolları
ox kimi qoyub kamana,
Qayıdaq
Zərdüştə, dönək Şamana.
Salıb
ürəyində dərdi sahmana,
Qarıya-qarıya qalıb kəndimiz.
"Qayıdaq
Zərdüştə, dönək Şamana". Şair bu
misrada bizə nəyi demək istəyir?. Bu öz daxilində həm fəlsəfi, həm də
tarixi məzmun daşıyır. Zərdüşt və
Şaman hər ikisi islam dinindən də əvvəl
mövcud olmuşdur. Şaman türklərin ən
qədim dini inanclarından biridir. Türklər
islamı qəbul etməzdən öncə şamanizim dininə
inanırdılar. Zərdüştlük
dini isə eramızdan əvvəl VII- VI əsrlərdə
dualist din kimi meydana gəlmişdir. Şair
həm Zərdüştü, həm də Şamanı qeyd
etməklə keçmişimizi unutmamağa
çağırır. Şairin "Belə
tanımazsan qərib balanı" adlı şeirində
maraqlı məqamları ilə diqqəti çəkir.
Əlirza Həsrət bəzən bir misrada elə
ifadə işlədir ki, orada illərin tarixi yatır.
Belə
tanımazsan qərib balanı,
Vurub qəm havası naxoşam, ana.
Nəqarət
eləyib alın yazımı,-
Nəğmə bəstələyən, söz qoşan
ana.
"Dirilik
suyu" mmuş əmdiyim südün,
Elə məst yaşadım, xumar böyüdüm.
Mənə
qanad verib duan, öyüdün,
Zirvələr fəth edən bir quşam, ana.
Dağlar
pay göndərib sənə qarını,
Ömür qara düşüb, tökür
barını.
Boynuma kəmənd
at ağ saçlarını,
Yoluma nur salsın qoy bu şam, ana.
"Dirilik suyu"mmuş əmdiyim südün, bu misra
bizə nəyi xatırladır? İlk öncə bu
misra bizə mifologiyanı xatırladır. Mifoloji mətnlərdə bir çox şəxsiyyətlər
dirilik suyunun arxasıyca gedir. Ancaq buna nail
ola bilmirlər. "Koroğlu" dastanı və
Nizami Gəncəvinin "İsgəndərnamə"
poemasında "dirilik suyu" motivinə rast gəlirik.
Dastan və poema qəhramanları "dirilik suyu"nun
arxasınca getsələr də nail ola
bilmirlər. Şair ana südünü "Dirilik suyu"na bərabər tutur. Halal süd əmib, az yaşamaq "dirilik suyu"na sahib olmaqdan
daha da üstündür. Həmin şeirin
üçüncü beytinin son iki misrasında şair deyir
ki;
Boynuma kəmənd
at ağ saçlarını,
Yoluma nur salsın qoy bu şam, ana.
"Kəmənd" dedikdə şair bura da dini ziyarətgahlarda
olan kəməndi nəzərdə tutur. Ananın ağ
saçlarını kəmənd kimi boynuna alıb, yoluna nur
salmasını istəyir. Ananın ağ
saçları dedikdə gözümüzün önünə
övladı üçün ömrünü, günü, fəda
edən ananın saçları gəlir. Ana xeyir duası alan övlad istər bu dünyada, istərsə
də o dünyada çətinliyə düşməz. Belə
bir atalar sözü var: "Ana haqqı, tanrı
haqqı" dedikdə ananın yer üzərində
övladın kiçik tanrısı olduğu
vurğulanır. Ana haqqını övlada halal etməsə,
övlad nə bu dünyada, nə də ki o dünyada
rahatlıq tapmaz!
Əlirza Həsrətin yaradıcılığında
"sarkal" rəqəmlərə də rast gəlmək
olur. Sarkal rəqəmlərdən
2, 3, 6, 12, 40 və s. göstərə bilərik. Bu sarkal rəqəmlərin içərisində
insan ömrü ilə birbaşa qırx rəqəmi
bağlıdır. İnsan anadan olduqdan
sonra qırx gün çölə
çıxarılmır. Ailə həyatı
qurduqda qırx gün gəlin evdən çölə
çıxmır. İnsan öldükdən
sonra qırx gün onun yası tutulur.
Qırx rəqəmi insan həyatı ilə
bağlı olduğu qədər, bir o qədər də
özündə mürəkkəbliyi cəmləşdirir. Bəzi
mifoloji mətinlərdə qeyid edilir ki, "otuz doqquzuncu
qapı açılır, ancaq qırxıncı qapı
açılmır" və ya dastanlarımızda da
qırx rəqəminə rast gəlirik. "Koroğlu"
dastanında qırx at qırx gün tövlədə
qaldıqdan sonra, onun qanadları olacaqmış. Ancaq Koroğlu qırx günü gözləyə
bilmir və otuz doqquzuncu gündə qır ata baxır və
bununla atın qanadları yanaraq kül olur. Əlirza Həsrətin "Adam olacaqdım
qırxıncı gündə" adlı şeirində
qırx rəqəmini belə ifadə edir.
Məhəbbət
təndirdir, ürəyim kündə,
Bir eşq məlhəmi var hər Qu tükündə.
Adam
olacaqdım...qırxıncı gündə,
Sən məni döndərib şair elədin.
İnsan qırx yaşında dolğun bir dövrə qədəm
qoyur. Qırx yaş zirvəlik əlamətidir. Bu yaşda insan çox şeyi dərk edir. Belə
bir atalar sözü var; "qırxında öyrənməyən
gorunda öyrənər"! Əlirza Həsrətin
yaradıcılığında aforizmlərə də bol-bol
rast gəlmək mümkündür.
Çadırda
dünyaya gələn körpələr,
Qəfəsdə yaşayan quşdan betərdi.
***
Qəribə dəyməz ki, nəzər qürbət.
***
Nadan yola
gəlməz hər öyüd ilə
Bar verməz
dolsa da bağ söyüd ilə.
***
Sevgiylə ucalan sanma kiçilər.
Nə qədər
ümidsiz sabah açılar?
***
Bülbül ötməz gülsüz çəməndə.
***
Vallah, ana
qarğışı duadı bizə
***
Şairin
yaradıcılığında aforizmlərə rast gəlməyimizin
əsas səbəbi odur ki: Səməd Vurğun, Zəlimxan
Yaqub kimi şifahi xalq ədəbiyyatını əhatəli
şəklidə öyrənməsidir. "Bir
ömür təzədən çətin başlanar".
Şair bu misra da fəlsəfi fikir irəli
sürmüşdür. İnsan bu dünyaya
bir dəfə gəlir və bir dəfə də
ölür. Bu misra bizə Dədə
Qorqudun bir sözünü xatırladır.
Ölən
adam dirilməz,
Çıxan
can geri dönməz
Bu kimi misralar Əlirza Həsrətin
yaradıcılığına yad görsənmir. Bu cür fəlsəfi
fikirlər şairin yaradıcılığının əsasını
təşkil edir. Əlirza Həsrət həyatın
fəlsəfi anlamını dərk etməyə
çalışır. Yurdumuzun gözəl şairinə
yaradıcılığında hər zaman uğurlar diləyirik!
İlkin
Elsevər Elsevər oğlu
Bakı
Avrasiya Universitetinin
filologiya
fakültəsinin
III kurs tələbəsi
Ədalət 2017.-
16 noyabr.- S.6.