ÖZ YARADICILIQ İQLİMİ OLAN ŞAİR-YAZIÇI YUSİF HƏSƏNBƏY

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

(əvvəli ötən sayımızda)

 

Yusif Həsənbəy bu mərhələdən başlayaraq ciddi ardıcıl tərcüməçilik işi görür, Asiyanın Avropanın tanınmış sənətkarlarının əsərlərini dilimizə çevirərək çap etdirir onun tərcüməsində Qərbi Avropa şeiri antologiyası "İnadkar sətirlər" (1991) adı ilə dərc edilir.

Bu antologiyadan Almaniyadan frans Bexerin, Robert Bexerin, Bartold Brextin, Uve Verkerin; Bolqarıstandan Kristo Voterin, Nikola Vapsasovun, Veselin Andreyevin; Yuqoslaviyadan Vladimir Nazorun, Desanka Maksimoviçin, Radovan Zaqoviçin; Macarıstandan Bela Balayın, Antal Qidaşın; Polşadan Leopold Stavınin, Kazimira İllakoviçin, Branislav Bronovskinin; Rumıniyadan Tüdor Argezinin, Jorje Bakoviyanın, Mixay Belyukunin; Çexoslovakiyadan Yaroslov Brexlitskinin, Jorjev Qoranınin, Konstantin Biblin onlarla digər şairlərin (biz ölkələrin adlarını o dövrdə olduğu kimi saxladıq tərcümə edilən şairlərin adlarından cüzi seçmələr verdik) əsərləri azərbaycanlı oxuculara tərcümədə çatdırılmışdır ki, bu da Yusif Həsənbəyin istedadlı tərcüməçi olmasına dəlalət edir.

Şairin "İnsan ömrü" (1971), "Evin ulduzu" (1973), "Nəğməli yarpaqlar" (1976), "Zirvə qarı" (1978), "Məhəbbətli dünyamız" (1980), "Günəş doğanda" (1981), "Məhəbbət məşəlləri" (1984), "Xəcalətli qalmayaq" (1987), "Çəmən gülləri" (1987) kimi şeir kitabları bu mərhələnin bəhrələridir oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Bu mərhələdə "Ayı kürkü", "Dağlarda işıq" televiziya pyesləri onu dramaturq kimi tanıtmış, bir qələm əhli kimi yaradıcılıq imkanlarının getdikcə genişlənməsini göstərmişdir... Bu dövrdə Yusif Həsənbəyin "Sehrli bulaq" pyesi Mingəçevir Dövlət Dram Teatrında (1963), "Yıxılanı qaldırın" pyesi isə Ağdam Dövlət Dram Teatrının səhnəsində (1965) dəfələrlə oynanılır maraq doğurur.

Ümumiyyətlə, Yusif Həsənbəy bir ziyalı kimi həmişə ədəbiyyatımızın, mədəniyyətimizin mənafeyini güdmüş, Azərbaycan Dövlət Musiqi Nəşriyyatında işlədiyi müddətdə (1956-1967) zəhmətə qatlaşaraq, musiqi mədəniyyətimizin mənafeyi xatirinə Azərbaycan mahnılarını toplayıb, tərtib edib, kütləvi tirajla "Mahnılar" (1967) adı ilə irihəcmli kitab şəklində nəşr etdirmişdir. toplayıcı işi olsa da, bunu onun fəaliyyətinin ən yaxşı, səmərəli işi hesab edirəm. Çünki Yusif Həsənbəyin bu zəhməti hesabına onlarla çox mühüm Azərbaycan mahnı mətnləri əbədiyyət qazanmışdır, itmək, mənimsənilmək xofundan qurtarmışdır...

Yusif Həsənbəyin bədii yaradıcılıq imkanlarının daha böyük bir sferaya mərhələyə keçidi Azərbaycan dövlətçiliyinin müstəqillik dövrünə düşür. Bu mərhələyə qədər Yusif Həsənbəy bir şair, tərcüməçi, dramaturq, publisist kimi tanınsa da, geniş masştablı nasir kimi az tanınırdı. Doğrudur, onun maraqlı novellalar, hekayələr müəllifi kimi ara-sıra nəsr nümunələri ilə rastlaşsaq da, yeni əsrdə o, birdən-birə roman müəllifi kimi oratya çıxdı.

"Sualtı döyüşlər" romanı (2001) bu janrın yeni təzə bir nümunəsi kimi qarşılandı, Yazıçılar Birliyində başqa ictimai yerlərdə geniş müzakirələri keçirildi, təqdimatı oldu, haqqında tənqidin maraqlı fikirləri ortaya çıxdı... Yazıçılar Birliyindəki təqdimatda məruzəçi mən idim həmim məruzənin mətni "Nəsrimiz: yeni mövzunun yeni bədii həlli" adında ("Ədəbiyyat qəzeti" (2002) irihəcmli ədəbi-tənqidi məqaləm dərc olundu... Yeri gəlmişkən, qeyd edim ki, Yusif Həsənbəyin yaradıcılığı Mirzə İbrahimov, Bəkir Nəbiyev, Qılman İlkin, Qabil, Fikrət Qoca, Hüseyn Abbaszadə, Nazif Qəhrəmanlı başqa qələm dostları tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu romanın özgürlüyü, özəlliyi nədən ibarət idi? Ən əvvəl, mövzu seçimində mövzuya yanaşma üsulunda! Süjeti ideyanın bədii həllinə gedən təhkiyə isə ənənəvi roman janrının uğurlu davamı idi... Azərbaycan qədim dənizçi ölkəsi olmasına baxmayaraq (Tur Xeyerdal Qobustan qayaüstü rəsmlərinə görə Azərbaycanı dünyada dənizçiliyin beşiyi adlandırmışdı; Azərbaycanda rəsmi dənizçilik idarəsi 1858-ci ildə yaradılmış, dünyada ilk buxar gəmisi Xəzər dənizində üzmüş, 1901-ci ildə Xəzər dənizçilik donanmasında 788 gəmi olmuşdur), hələ bu romana qədər Azərbaycan dənizçilərinin həyatından bəhs edən irihəcmli bir bədii əsər yazılmamışdı doğrudan da təəccüblü o idi ki, bu heç kimin diqqətini cəlb etməmişdir dənizçilik ölkələrindən biri olan Azərbaycan, onun paytaxtı Bakı (hələ Bakı limanına qədər tarixən Azərbaycanda Xəzərsahili qədim şəhərlərimizdə bir neçə böyük ticarət limanları mövcud olmuşdu) şəhərinin dəniz donanmaçılarının həyatından, fəaliyyətindən bəhs edən bədii əsər yazılmamışdı...

Yusif Həsənbəy "Sualtı döyüşlər" romanı ilə dünya ədəbiyyatı ənənələrindən bəhrələnərək sırf real dənizçi həyatından bəhs edən, bu sahədə işləyən müasirlərimizin, həməsrlərimizin obrazlarını real həyat lövhələrində canlandıran, müasir dənizçi məişətini bütün nüansları ilə əks etdirən yaxşı bir əsər yazaraq Azərbaycan ədəbiyyatında bu mövzuda ilk bünövrə daşı qoymuş, yeni bir mövzu istiqaməti müəyyənləşdirmişdir... Bununla Azərbaycan bədii nəsrinin dövriyyəsinə yeni mövzu daxil olmuş, aktual, çağdaş ədəbi-bədii fakta çevrilmişdir. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bu roman haqqında demişdir: "Şair, populyar mahnı mətnlərinin müəllifi kimi tanınan Yusif Həsənbəyin romanını oxudum, sevindim. Kitabda dənizçi həyatından müxtəlif ölkələrdən aldığı təəssüratı qələmə alan müəllif maraqlı obrazlar yaradıb. Yusif Həsənbəy mövzuya aid olan həyatı dərindən öyrənib, uzaq ölkələrdən keçərək o yerlərin insanlarının həyatına nüfuz edib tanış olduğu sferaları əsərinə bacarıqla gətiribdir".

Belə bir müvəffəqiyyətli yaradıcılıq işindən sonra Yusif Həsənbəy yeni yaradıcılıq enerjisi ilə qələminə sığınır, bir-birinin ardınca müxtəlif janrlarda yazdığı əsərləri ilə mətbuatda çıxış edir, bir-birindən maraqlı bədii nümunələr yaradır.

"Onu çağırırlar" (2005), "Vicdan yol açır" (2006), yuxarıda bəhs etdiyimiz "Sarı Çalı" povestləri, "Tanırımla söhbət" (2007), "Cənnətin bağlı yolları" (2007) poemaları, "Dəniz aclığı", "Təkan" kimi hekayələri, müxtəlif şeirləri, publisist yazıları bu mərhələnin dəyərli bədii məhsullarıdır...

Tanınmış nasir-şair Yusif Həsənbəyin "Sualtı döyüşlər. Next" (2012) kitabına onun son illərdə qələmə aldığı iki romanı "Təkan" povesti daxil edilib.

Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə ən yaxşı insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu xeyirxahlığı saxlamağa çalışır. Yazıçı ədəbiyyatımızda az işlənən dəniz, eləcə çağdaş gənclik mövzusuna özünəməxsüs üslubda yanaşır...

Yusif Həsənbəyin belə maraqlı, diqqətimi çəkən əsəri "Təkan" ("Ədəbiyyat qəzeti", 20 dekabr, 2007) xatirə motivində yazdığı sənədli hekayəsidir. Hekayədə ədəbiyyatın zəhmli yollarında mənəvi sıxıntılar keçirən, mühitin biganəliyindən psixoloji deqradasiyaya uğrayan istedadlı şairə nəhəng, müqtədir, şöhrət çələngi gəzdirən, dağ siqlətli bir sənətkarın (qəhrəmanının probrazı müqtədir xalq yazıçımız İlyas Əfəndiyevdir) qayğısından, köməyindən, ona güc-qüvvət, təkan verməsindən söhbət açılır. Xatirə elə çözələnir ki, bu böyük sənətkara adi insanların məhəbbəti, hörməti, izzəti ilmələnir, aşkarlanır, görsənir son olaraq ümumxalq məhəbbətinin ifadəsinə çevrilir... Bu hekayə sonra genişləndirilərək 2014-cü ildə povest janrında oxuculara təqdim edilmişdir. ("Təkan", Bakı,"Aspoliqraf", 2014, 80 səh.). Povestin ideya-estetik xəttində əsas cəhət ondan ibarətdir ki, insan həyatındakı təsadüflər ilahi zərurətdən yaranır. bu təsadüf elə bir zərurətə çevrilir ki, bütöv bir həyatın məna məzmununu şərtləndirir. İnsanın həyatındakı təsadüflər, əslində, onu məqsədinə doğru aparan yolda bir əlamət, bir rəmzdir. Bu rəmzlər mahiyyət etibarı ilə insanın sonadək anlamadığı, dərk etmədiyi ilahi "sifətlər"dir. Müəllif povestdə, həmçinin xeyirxahlıq, vicdanlılıq, dürüstlük kimi yükək mənəvi-əxlaqi ketfiyyətləri ustalıqla oxucusuna təlqin edir.

 

(ardı gələn sayımızda)

 

Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas

Ədalət.-2017.-18 noyabr.-S.4.