"ANADANGƏLMƏ VƏ
İNKİŞAF QÜSURLARI VƏ ONLARIN RİSK
AMİLLƏRİ"
Öncədən müəllif barəsində:
Könül Qalib qızı Qarayeva Bakı şəhərində
doğulub. ATU-nu fərqlənmə diplomu ilə bitirərək Elmi-Tədqiqat "Mamalıq
və ginekologiya" İnstitutuna klinik ordinaturaya daxil olubdu. 2004-cü ildən tibb üzrə fəlsəfə
doktorudur. 2006-cı ildən isə dosent elmi adını
alıb. 57 elmi məqalənin müəllifidi.
Bunlar Könül
xanımın gördüyü
işlərin yığcam
bir siyahısıdı. Amma bu günlərdə o daha bir mükəmməl işə imza atıb. Sizə təqdim etdiyimiz
monoqrafiyanı yüksək
səviyyədə işləməklə
ortaya sanballı bir elmi əsər
qoyub.
Onu da xatırladaq ki, bu kitabın, yəni elmi monoqrafiyanın rəyçiləri
tibb elmləri doktorları professor N.F.Bağırova
və professor L.M.Rzaquliyevadır. Bu elmi monoqrafiya dölün bətndaxili inkişafı zamanı baş verə biləcək qüsurlar və onları törədə biləcək
amillər haqqında məlumat verir.
5 fəsildən ibarət
olan bu monoqrafiyada
demək olar ki, dünyaya gələcək insanın
ilk anından doğum
evinə qədər keçdiyi yol bütün elmi mənbələrə söykənməklə,
elmi nailiyyətlərə
güvənməklə araşdırılmış
və baş verə biləcək fəsadların qarşısının
alınması üçün
zəruri olan təkliflər ortaya qoyulmuşdur.
Düşünürük ki, Könül xanım Qarayevanın yenicə işıq üzü görmüş
bu elmi monoqrafiyası
təkcə elmi ictimaiyyətin, xüsusilə
ginekologiya sahəsi üzrə çalışanların
deyil, həm də anaların və ana olmaq
istəyənlərin hər
birinin köməyinə
çata bilər. Biz isə öz növbəmizdə gənc
alim xanıma yeni uğurlar diləyirik.
Əbülfət
Ədalət.-2017.-18 noyabr.-S.12.