Əli İldırımoğlu adlı kitab
Maraqlı hadisələrlə zəngin bu kitabın 90-cı səhifəsini
vərəqləyərkən
Azərbaycan mətbuatının və ədəbiyyatının tanınmış
nümayəndələrindən biri, Əməkdar jurnalist, "Şöhrət" ordenli yazıçı-publisist Əli İldırımoğlunun 90 yaşı
tamam oldu. Mədəniyyət və Turizm Nazirliyi bu münasibətlə Muğam Mərkəzində yubiley mərasimi təşkil etdi. 90 yaşlı yubilyarın başına toplaşan hökumət üzvləri, elm və mədəniyyət xadimləri, parlament üzvləri, həmkarları, ictimaiyyət nümayəndələri və oxucuları Əli İldırımoğluna təbriklərini çatdırdılar.
Əliquluuşağının xoş gələcəkli uşağı
Deyirlər ki, xalq öz taleyini, eyni zamanda özünəməxsus ədəbi yaradıcılığı
ilə reallaşdırır. Onun inkişaf istiqamətləri, gələcəyə baxışı,
ilk növbədə, bu bədii əsərlərdə toplanıb. Azərbaycan xalqının milli yaddaşını parlaq bədii predmetə çevirməyi bacaran qələm sahiblərindən biri də tanınmış
yazıçı-publisist Əli İldırımoğludur. XX əsrin ikinci yarısından başlayaraq bu günümüzə qədər ədəbiyyatımız qarşısında böyük xidmətlər göstərən Əli İldırımoğlu öz yaradıcılığında milli-mənəvi özünüdərklə humanizmin, azadlığın və sosial ədalətin qarşılıqlı əlaqəsini qabarıq göstərməyə çalışır. Yazıçı əsərlərində bütün obrazlara humanizmlə, əxlaqi saflıq, estetik kamillik mövqeyində yanaşır.
Milli ədəbiyyatımıza dəyərli əsərlər bəxş edən Əli İldırımoğlu 1927-ci il noyabrın 17-də Qubadlı rayonunun Əliquluuşağı
kəndində anadan olub. Gələcəyin tanınmış
jurnalisti və yazıçısı çox erkən yaşlarından müxtəlif kəndlərdə müəllim kimi dərs deyib, sonra Qubadlı rayonunun qəzetində çalışıb, redaktor olub. İllər bir-birini əvəzlədikcə
imzası
respublika mətbuatında görünməyə başlayıb. 1955-91-ci illərdə o zamankı
"Kommunist"
qəzetinin Naxçıvan Muxtar Respublikasında,
Qarabağ,
Mil-Muğan və Sumqayıt-Quba bölgələrində xüsusi müxbiri
kimi olduqca səmərəli fəaliyyət göstərib. Bir müddət isə
"Həyat" qəzetində çalışıb.
Publisistik yazıları, hekayə, povest və romanlarından ibarət "Yazım-yazmayım",
"Mayaklar", "Telepat",
"Çinarlı", "Dərd",
"Silinməz izlər",
"Həmin adam",
"Közərən sətirlər",
"Zorən jurnalist",
"Aqibət", "Qarlı gecələr",
"Mənim rəncbər atam",
"Daş yağan gün"... kitabları Əli İldırımoğluna həm geniş oxucu sevgisi və rəsmi təltiflər qazandırıb. Əməkdar jurnalist fəxri adına, "Şöhrət" ordeninə layiq görülüb. Əsərləri ölkəmizdən kənarda da işıq üzü görüb, Türkiyədə, Rumıniyada çap olunub.
Müxtəlif dövrlərdə Mirzə İbrahimov, Bayram Bayramov, Qulu Xəlilov, Cəmil Əlibəyov, Ramiz Rövşən, Nizami Cəfərov, Rəfael Hüseynov, Gəray Fəzli, Arif Əmrahoğlu, Əhəd Muxtar, Nizaməddin Şəmsizadə, Qurban Bayramov, Vaqif Yusifli, Ağacəfər Həsənli, Bəsti Əlibəyli və başqaları mətbuatda Əli İldırımoğlunun zəngin, çoxsahəli yaradıcılığı
barədə fikirlərini bildiriblər.
Zorən jurnalist - həmin adam
Əli İldırımoğlunun 90 illik
yubileyinə həsr edilən tədbirdə
çıxış edən mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev
tanınmış yazıçı-publisistə təbrik
və xoş sözlərini
çatdırdı. Yubilyarın peşəkar jurnalist kimi
fəaliyyətinə yüksək dəyər verən nazir, milli-mənəvi dəyərlərimizin
mətbuatda və ədəbiyyatda təbliğinə
görə Əlin İldırımoğluna
təşəkkür etdi. Nazir Əbülfəs Qarayev
bildirdi ki, Əli
İldırımoğlu həm mətbu yazılarında,
həm də bədii əsərlərində
həmişə ana dilimizin
saflığına və qorunmasına
çalışıb.
Millət vəkili, parlamentin
Mədəniyyət komitəsinin sədri, akademik
Rəfael Hüseynov 90 yaşlı
yubilyarın keçdiyi ömür
yolu və zəngin ədəbi
yaradıcılığı barədə geniş
söhbət açdı, bildirdi ki, Əli İldırımoğlu
mürəkkəb və çətin ömür
yolu ilə bizlərə bir
ibrət dərsi verir: "15
yaşından müəllim kimi
çalışmağa başlayan
Əli İldırımoğlu həm öyrənib, həm
də öyrədib. Bu gün 90 yaşı olmasına
baxmayaraq yenə də
öyrənməkdə və öyrətməkdə davam edir. Əli
müəllim uzun müddət jurnalist kimi
çalışıb, bədii yaradıcılığa bir qədər gec başlayıb,
amma onun
əsərlərini oxuduqca hiss edirsən ki, bu müddət ərzində o,
özünü
yazıçılığa hazırlayırmış.
Əli İldırımoğlu özü
bir kitabdır, bu kitabdan öyrənməyə
həmişə ehtiyac olacaq".
Qubadlı
Rayon İcra
Hakimiyyətinin başçısı Malik
İsaqov Əli İldırımoğlunu
rayon ictimaiyyəti adından təbrik etdi, yubilyara
Əliquluuşağı kəndinə gedən yol, Bərgüşad çayı təsvir olunan tablo
bağışladı.
Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Füzuli Hüseynov yazıçının
əsərlərindən nümunələr ifa
etdilər. Xalq artisti Teymur Göyçayevin
rəhbərlik etdiyi Qara
Qarayev adına Dövlət Kamera Orkestri öz repertuarından musiqi
nömrələri ifa etdi.
Sonda
səhnəyə çıxan 90 yaşlı Əli
İldırımoğlu yubiley
mərasiminin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirdi.
Yubiley
mərasiminə gələnlərə tanınmış
yazıçı-publisist Loğman
Rəşidzadənin yeni çapdan
çıxan "Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk" kitabı hədiyyə olundu. "Elm
və Təhsil" nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru professor Rəhim Əliyev,
rəyçiləri Əməkdar elm xadimi, professor
Qəzənfər Kazımov, professorlar
Nizaməddin Şəmsizadə, Nadir
Məmmədli, filologiya üzrə
fəlsəfə doktorları Səadət
İldırımzadə və Qurban Bayramovdur.
Etibar Cəbrayıloğlu,
Ədalət
2017.- 21 noyabr.- S.6.