KÜRDƏMİR: KƏNDLƏRİMİZİN YENİ DÖVRÜ YAŞANIR

 

 (əvvəli ötən sayımızda)

 

Başlıca vəzifəmiz yığımın mütəşəkkilliyini artırmaqla qalan qısa müddət ərzində məhsulu itkiyə vermədən yığıb təhvil verməkdən ibarətdir. Aidiyyəti şəxslər bu işin məsuliyyətini dərk etməlidirlər. İstehsalçılar tərəfindən məhsulun itkisiz götürülməsi istiqamətində daha ciddi tədbirlər görülməli, pambığın vaxtında yığılaraq mütəşəkkil şəkildə qəbul məntəqələrinə təhvil verilməsi təmin edilməlidir.

Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq pambıq sahələrinin gələn il bir daha artırılması planlaşdırılır. Odur ki, pambıq əkiləcək yerlər indidən seçilməlidir. Cənab Prezidentimiz baramaçılıq sahəsində də böyük inkişafın müşahidə edildiyinibu sahənin ixrac yönümlü məhsullardan olmasını, ölkənin valyuta ehtiyatlarının artırılmasında və yeni yerlərinin yaradılmasında mühüm amil olduğunu qeyd edərək bu sahənin inkişaf etdirilməsini vəzifə kimi qarşıya qoymuşdur. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə rayonda barama istehsalı ilə əlaqədar 160 kümçüyə 300 qutu barama qurdu verilmişdir. Kümçülərdən Şəki İpək Açıq Səhmdar Cəmiyyətinə 11512 kq barama satılmışdır ki, bu da ötən ildəkindən 7934 kq çoxdur. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 46 min ədəd tut tingi əkilmişdir. Lakin bir çox yerlərdə böyük xərc müqabilində alınıb gətirilmiş tut tinglərinin becərilməsinə laqeyd münasibət göstərilir. Tinglərin becərilməsi tam araşdırılmalı və onların bitməsində olan seyrəkliklər aradan qaldırılmalıdır. Kənd təsərrüfatının inkişaf etdirilməsində və yüksək məhsuldarlığa nail olunmasında meliorasiyasuvarma sistemləri mühüm rol oynayır. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə bu ilin 9 ayında 924 km kanal və 124 km dren şəbəkəsi lildən təmizlənmiş, 85 hidrotexniki qurğu, 34 nasos kompleksi cari təmir olunmuş, 10,0 km kanal əsaslı təmir edilmiş, 400 metr yeni latok kanal çəkilmişdir. Pambıq sahələrini normal su ilə təmin etmək üçün 163 km kanal lildən təmizlənmiş və yenidən qazılmışdır. Növbəti ildə pambıq və çuğundur əkiləcək yeni sahələrin suvarma suyu ilə təmin edilməsi tədbirləri indidən görülməlidir. Cənab Prezident müşavirədə infrastruktur layihələri arasında meliorasiya məsələlərinin ön planda olduğunu, bu layihələrin səmərə verdiyini və 150 min hektar yeni sahəyə suyun verilməsinin hədəf olduğunu bildirdi. Layihə çərçivəsində rayonun Şilyan massivində 6150 hektar, "Muradxan-Pirili" massivində 4464 hektar münbit torpaq sahəsinin təyinatı əkinçilik məqsədilə dəyişdirilmiş, hazırda bu ərazilərdə aqroparklar yaradılması sahəsində işlər görülür. "Şilyan" massivində təyinatı dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri aparılır, Kür çayı sahilində nasos stansiyanın binası inşa edilmiş, transformator yarımstansiyasının binası tikilərək 1600 kv-luq transformator quraşdırılmışdır. Gözətçi binası inşa edilmiş, dəmir-beton su ötürücü qurğu tikilmişdir. 972 p/m diametri 1200 mm olan magistral basqı boruları quraşdırılmış, 12,6 km məsafədə Şilyan kanalı lildən təmizlənmiş, bermalarına 56000 m3 torpaq qatı verilərək kipləşdirilmişdir. Kanal üzərində 12 ədəd su ötürücü qurğu (şlüzlər) quraşdırılmışdır. Kanalın yenidən qurulmasının başa çatdırılması üçün son tamamlama işləri görülür. Rayonun Muradxan-Pirili massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 4500 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Muradxan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar Kür çayı sahilində nasos stansiyanın binasının döşəmə və yan divarları dəmir-betondan inşa edilmiş, üzəri izolyasiya olunmuşdur. Mövcud Muradxan beton kanalının 8 km məsafədə sağsol bermaları əlavə torpaq qatı verilməklə 0,9 metr qaldırılmış və kipləşdirilmişdir. Beton kanalın davamı olaraq 4,3 km məsafədə kanalın torpaq yatağı tikilmiş, qazılaraq beton örtüyünün verilməsi başlanmışdır. Tikinti işləri layihədə nəzərdə tutulmuş qaydada və müddətdə aparılır...

Öyrənirik ki, rayonda heyvandarlıq mühüm bir sahə kimi inkişaf etdirilir. Hazırda iri buynuzlu mal qaranın sayı 65 min başı, qoyun keçilərin sayı 133 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 0,2 %, yumurta istehsalı 0,2 faiz, yun istehsalı 1,5% artmışdır. Cənab Prezident ölkəmizdə 38 aqroparkın yaradılması prosesinin getdiyini, onlardan ikisinin artıq fəaliyyət göstərdiyini, qalan aqroparklarda işlərin davam etdiyini qeyd etmişdir. Kürdəmirdə təyinatı dəyişdirilmiş 10650 ha torpaq sahəsində artıq 3 aqropark yaradılmış, onlar tərəfindən bu sahələrin meliorasiya olunması, müasir suvarma sistemləri qurulması, torpağın yaxşılaşdırılması sahəsində işlər aparılır. Bu torpaqların 2000 hektarından çox sahədə pambıq, qarğıdalı, soya, qarabaşaq və digər yazlıqların əkini üçün istifadə olunmuşdur. "QLOBAL AQRO" MMC tərəfindən dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbar, Smart Dəyirman, yağyem emalı zavodları, toxum emalı sexinin tikintisi nəzərdə tutulmuşdur. Hazırda 9 min tonluq dənli bitkilərin saxlanılması üçün anbar istifadəyə verilmiş, ərazidə kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. Bu müəssisənin işə düşməsi yüzlərlə yerinin yaranması deməkdir.

Eyni zamanda Kürdəmirdə 8 hektaradək sahədə 37 fizikihüququ şəxs tərəfindən 98 istixana təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda 500 tondan çox xiyarpomidor istehsal edilmiş, bunun 200 tondan çoxu ixraca yönəldilmişdir. İnvestisiya qoyuluşu məqsədi ilə rayona cəlb edilmiş sahibkarlar tərəfindən bu il Atakişili kəndinin ərazisində 2 hektar sahədə, Beyi kəndi ərazisində 0,40 hektar sahədə müasir istixana tikintisi aparılır və bu işlər yekunlaşmaq üzrədir.

Kürdəmirdə tikinti-quruculuq işləri davam edir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çoxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına çoxmənzilli ictimai yaşayış binalarında 8480 m2 dam örtüyü dəyişdirilmiş, 3240 m2 sahədə xarici divarlarda, 2400 m2 daxili pilləkən qəfəsəsi divarlarında suvaq işləri aparılmış, 81 m2 dəmir qapı quraşdırılmış, pilləkən meydançalarına 315 m2 sahədə keramika plitələri, 144 m2 sahədə isə ağlay üzlük materialı döşənmişdir.

 

(ardı gələn sayımızda)

 

İmza: Məzahir ƏHMƏDZADƏ

Ədalət 2017.- 21 noyabr.- S.4.