KÜRDƏMİR: KƏNDLƏRİMİZİN YENİ DÖVRÜ YAŞANIR

 

 (əvvəli ötən saylarımızda)

 

Rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbində tikinti-quraşdırma işləri başa çatdırılmış, məktəb lazımi inventar və avadanlıqlarla təmin edilmişdir. Ölkə Prezidentinin Sərəncamına əsasən rayonun Çöl Ərəb kəndində 96, Çərtəyəz kəndində 56, Qurdlar kəndində 40 şagird yerlik ümumi orta, Yeni Şıxımlı və Pirəköcə kəndlərində isə 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuş, hazırda rayonun Yeni Şıxımlı kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması işi başa çatdırılmış, lazımi avadanlıqlarla təmin edilmişdir.

Rayonun Çöl Ərəb kəndində 96 şagird yerlik modul tipli ümumi orta, Pirəköcə və Qurdbayram kəndlərinin hər birində 40 şagird yerlik modul tipli ibtidai məktəblərin quraşdırılmasına başlanılmış, məktəblərin bünövrə hissəsi inşa edilmiş, metal konstruksiyaları quraşdırılmış, dam örtüyünün inşaasına başlanılmışdır. 2017-ci ilin 9 ayında telefona olan tələbatla əlaqədar əhaliyə 268 ədəd telefon çəkilmiş, 46 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilmişdir. Hesabat dövrü ərzində şəhərin Cənub məhəlləsindəki yeni yaşayış massivində yeni telefon çəkilişi aparmaq məqsədi ilə 100 nömrəlik xətt şəbəkəsinin tikintisi aparılaraq telefon çəkilişinə başlanılmışdır.

Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci ilin 9 ayı ərzində şəhərin H.Əliyev, Bakı və Babək prospektlərində, M.Ə.Rəsulzadə, Anar Yunusov, Nizami, Xaqani, Şəhid Əbu Bəkr İsmayılov və Tural Qurbanov küçələrində 20670 m2 asfalt örtüyü vurulmuşdur. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur. Rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlarla, ixtisaslı kadrlarla təmin olunması və şagirdlərə dərsliklərin vaxtında çatdırılması sahəsində konkret vəzifələr müəyyənləşdirilərək onların həyata keçirilməsi təmin edilmişdir. Rayon Təhsil şöbəsinin fəaliyyətinin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri də məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri nəticələr ilə ölçülür. 2017-ci ildə rayonun ümumtəhsil məktəblərini 931 nəfər bitirmiş, onlardan 472 nəfəri ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə ilə müraciət etmişlər. Onlardan 191 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunanlardan 33 nəfəri 500 baldan çox, 8 nəfəri isə 600 baldan çox nəticə göstərmişlər. 2017-2018-ci ilin tədris ilində rayonun 37 ümumtəhsil məktəbində 55 hazırlıq qrupu açılmış və həmin qruplarda 1020 nəfər uşağın təhsillə əhatə olunması təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin tibbi müayinədən keçirilməsi təmin edilmiş, 100671 nəfər tibbi müayinədən keçirilmişdir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur. Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2017-ci ilinin doqquz ayında rayon ərazisində 3700 ədəd dayaq əkilmiş, 71200 metr SİP kabel quraşdırılmış, 10200 metr yararsız kabel yenisi ilə əvəzlənmiş, 10 yeni transformator qoyulmuş, 4575 ədəd mexaniki sayğac elektron sayğacla əvəz edilmişdir. Hal-hazırda şəhər ərazisində, Atakişili, Xırdapay, Qarasaqqal və Sığırlı kəndlərində yenidənqurma işləri davam etdirilir.

Dövlət Proqramına uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən 2017-ci ilin 9 ayında qaz təchizatı sahəsində bir sıra işlər yerinə yetirilmiş, əhalinin və rayon iqtisadiyyatının təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan əsas tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin 9 ayında istifadə edilmiş təbii qazın dəyəri rayon üzrə 1844817 manata qarşı 1794618 manatya 97,2 % ödənilmişdir. 2017-ci ilin 9 ayında xidmət sahəsi qaz təchizatı mənbələrindən 24,2 milyon m3 təbii qaz almış, xidmət sahəsinin müxtəlif yerlərində olan qaz sızmaları 3110 dəfə vaxtında aradan qaldırılaraq qaz itkilərinin qarşısı alınmışdır. Qaz itkisi yanvar ayında 158,700 manat təşkil etdiyi halda bu rəqəm sentyabr ayında 36731 manatadək aşağı düşmüşdür. Müxtəlif diametrli 850 p/m qaz xətti təmir olunmuş, 8 ədəd qaz təmizləyici şkaf quraşdırılmış, xidmət sahəsində olan 112 ədəd qaz tənzimləyicilərinə və 820 ədəd siyirtmələrə hər ay texniki xidmət göstərilmişdir. Rayonun Xırdapay, Atakişili kəndində və şəhərin H.Hüseynov və Azərbaycan küçələrində ümumilikdə 875 p/m qaz xətti çəkilmişdir. Rayonda 2017-ci ilin hesabat dövrü ərzində yeni qeydiyyata alınan 308 abonentə sayğaclar quraşdırılmışdır. Rayonun 56 yaşayış məntəqəsi tam qazlaşdırılmış, Muradxan və Mollakəkd kəndlərində işlərin 80 faizə qədəri görülmüş qalan hıssəsi yaxın vaxtlarda başa çatdırılacaqdır. Dövlət Proqlamına uyğun olaraq 2017-ci ilin 9 ayında Kürdəmir şəhər əhalisinə içməli suçirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2017-ci ilin 9 ayında Kürdəmir şəhər əhalisinə içməli suçirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2017-ci ilin 9 ayında sıradan çıxmış 110 ədəd smart elektron tipli su sayğacları yenidən təmir edilərək əhali abonentlərinin istifadəsinə verilmişdir. 2017-ci ilin birinci rübündə şəhərə gələn mərkəzi su xəttində diametri 500 mm-lik siyirtmə yenisi ilə əvəz olunmuş, diametri 315 mm-lik su xəttinin 7 və 24-cü kilometrlərində təmir işləri görülmüşdür.

Göründüyü kimi Kürdəmirdə tikinti-quruculuq tədbirləri ilə bərabər, eyni zamanda təsərrüfat sahələrində də işlər uğurla aparılır. Regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramının icrası daha böyük nailiyyətlərdən xəbər verir. Kürdəmirin həqiqətən yeni bir dövrü yaşanır.

 

Ədalət  2017.- 22 noyabr.- S.5.