Yeni nəşrlər
"BƏNÖVŞƏ"
Bu günlərdə Mingəçevir ədəbi mühitini öz ətrafına cəmləmiş "Bənövşə" ədəbi-bədii jurnalının yeni sayı işıq üzü görüb. AYB-nin Mingəçevir bölməsinin rəhbəri tanınmış şair İsmayıl İmanzadənin rəhbərlik etdiyi ədəbi mühit özünün zamana, hadisələrə münasibəti, söz məkanında fəallığı ilə seçilir. Elə İsmayıl müəllimin rəhbərliyi ilə, yəni təsisçisi və baş redaktoruluğu olmaqla işıq üzü görən "Bənövşə" də hər sayında Azərbaycan ədəbi mühitinin yeni imzalar, yeni fikirlər çatdırır. Bax, masamın üzərində olan "Bənövşə"nin yeni sayında da həm tərtibat baxımından, həm də oxunaqlıq baxımından kifayət qədər diqqət çəkən bədii fikirlərə rast gəlmək mümkündür.
Çox maraqlıdır ki, bu dərgi həmişə baş redaktorun oxucuya ünvanlanan fikirləri ilə başlayır. Özünün oxucu-müəllif münasibətlərini elə bu sayda da baş redaktoru vurğulayır ki, dəyərsiz kitablar oxucunu incik salır, bədii sözdən uzaqlaşdırır. Bu haqlı fikrin davamı olaraq vurğulamaq yerinə düşər ki, çalışdığım "Ədalət" qəzetinin redaksiyasına da hər gün kifayət qədər yeni müəlliflər, yeni kitablar gəlir. Təəssüf ki, bu yeni kitabların çoxu elə oxunulmamış da qalır. Çünki o kitablar bizim ədəbiyyatımıza, bizim ədəbi fikrimizə dəxli olmayan, korlanmış kağızlardan ibarətdir.
Bəli, "Bənövşə"nin bu sayının ilk şeir çələngi tanınmış şair Sabir Abdindəndi. Onun misralarını gözdən keçirdikcə nostalji duyğular məni ötən günlərə qaytarır. Sabir Abdin yazır ki:
Özümdən-özümə çəkilən yolam,
Qəlbimdən dünyaya uzanan qolam.
Nə vaxtdı gözləyir yamyaşıl talan,
Yolçu yolda gərək, qalx gedək, ömrüm.
Beləcə, ömrünü yola dəvət edən Sabir Abdin həm də deyir ki:
Gözü-ürək arası bir tənha yolam,
O titrək bənövşə ən kövrək balam.
Uçmaz sevgimizə tikdiyim qala,
Qayıt şirin yuxum, gözümə qayıt.
Dərginin poeziya bölməsində Malik Əhmədoğlu, Sədi Şirinov, Bəhmən Gülövşəli, Ülviyyə Məmmədli, Araz Süleymanov, Şahid Nəbiyev, Mahir Musa, Seymur Sönməz, Əhməd Süleymanov, eləcə də İsmayıl İmanzadə şeir çələngləri ilə "Bənövşə"nin oxucularını xoş ovqatda kökləyə biliblər.
İsmayıl İmanzadə yazıb ki:
Dirilik rəmzi deyil saray-dam,
Sönür əzəl-axır yandırılan şam.
Bəlkə xəbərsizsən allahsız adam -
Məzlumun ahı da dil aça bilər.
Zənnimcə, bu müraciət çox mətləblərdən xəbər verir. Əgər dəyərli oxucu İsmayıl İmanzadənin şeirləri ilə yaxından tanış olsa, onda dediklərimlə razılaşar. Xanım şairələrdən Ülviyyə Məmmədli isə vurğulayır ki:
Daha əldən salıb bu yollar məni,
Sənsiz dolaşıram çölü,
çəməni.
Ay mənim ömrümün
sevgi yelkəni,
De, görüm sən
axı hara qaçırsan?
Ümumiyyətlə, "Bənövşə"nin bu sayındakı
şeir nümunələri
çox oxunaqlıdı.
Eləcə də nəsr
bölümündəki yazıların
da özünəməxsusluğu
diqqəti çəkəndir.
Yeri gəlmişkən
vurğulayım ki,
"Bənövşə" təkcə Mingəçevir
ədəbi-mühiti ilə
özünü təcrid
etmir. Bu dərginin
əhatə dairəsi
çox genişdir.
Hətta
paytaxt yazarlarına da bu dərgi
öz səhifələrində
yer ayırır.
Tanınmış ədəbiyyatşünas alim Rüstəm Kamal, dəyərli qələm adamı Seymur Verdizadə, həmçinin gənc alimlərimizdən Şakir
Əlifoğlu və digərləri də bu dərginin sizə təqdim olunan sayında oxucularla söhbət olmaq imkanı qazanıbdı. Düşünürəm
ki, "Bənövşə"nin ətri hamımız üçün
xoş olacaqdır.
"YADA
DÜŞDÜ"
Mənim üçün həmişə
maraqlı olan, yəni xüsusi diqqət yetirdiyim dərgilərdən biri də "Yada düşdü"dü. Ədəbi nostalji
jurnal olan "Yada düşdü" məni daha çox öz səhifələrində yer
ayırdığı xatirələrlə,
yadıma düşənlərlə
ovudur. Yəni bu dərginin
hər sayında mütləq bir yarpaq da olsa
xatirə mənim dünənimi bu günümə qaytarır.
Və mən də həmin o xatirələrin
saralan vərəqlərini
çevirə-çevirə "Yada düşdü"nün
işığında xatırlanan,
yada düşən insanların təkrar həmsöhbətinə çevrilirəm.
Çox
maraqlıdır ki,
2011-ci ildən işıq
üzü görən,
artıq 7-ci yaşına
doğru yaxınlaşan
"Yada düşdü"
özünün ilk səhifəsi
ənənəvi olaraq
təsisçinin fikirləri,
oxuculara ünvanlanan deyimləri, arzuları, şeir çələngi
ilə açılır.
Bu dəfə də jurnalın təsisçisi
şairə Nəzakət
xanım "Ədalət"in
oxucularının artıq
tanış olduqları
"Şəhid qızı"
şeiri ilə jurnalın üzünü
- qapısını oxucuları
açıbdı. Həmin
şeir "Ədalət"də
çap olunduğundan
mən bu barədə ayırca fikir söyləməkdən
bir az
çəkinirəm. Ona görə
ki, şeirin yaratdığı ovqatla bağlı fikirlərimi öncələr dilə gətirmişəm. Amma vurğulamaq
istərdim ki, bu şeirdəki təsvir və fikir çox kövrək və çox da tutarlıdır.
Çünki şəhid qızının
göz yaşı təkcə Nəzakət
xanıma deyil, elə mənim özümə də tanışdı.
Jurnalın ilk yazısı Zülfüqar
Şahsevənlinin hazırladığı
"Xəlil Rza Ulutürkün gündəlikləri"
silsiləsindəndir. Xalq şairi,
azadlıq fədaisi Xəlil Rza Ulutürkün xatirələri
bu dəfə də maraqla oxunur. Çünki onun şəxsiyyəti
kimi, fikirləri də diqqətçəkən
olubdu.
Dərgidə tanınmış araşdırmaçı,
daha çox Azərbaycan hərb tarixinə diqqət yetirən Şəmistan Nəzirli özünün
ötən sayda çap olunmuş "Yaddaşlarda yaşar Vurğun" yazısının
ardıyla oxucuların
qonağıdır. Şəmistan müəllim gərgin axtarışlar sayəsində
xalq şairi Səməd Vurğunla bağlı yeni, daha tutarlı bilgiləri araya-ərsəyə
gətiribdir.
Çox maraqlıdır ki, ədəbiyyatşünas alim
Vaqif Yusifli də xalq şairi
Qabillə bağlı
növbəti xatirəsiylə
jurnalın oxucularını
sevindirib. Bu sayda
xatirə çələnginin
bir yarpağı da bizim, yəni
söz adamlarının
həmişə diqqət
mərkəzində olmuş
Famil Mehdidir. Onun "Təbriz xalısı"
şeiri bir oxucu kimi mənim
qarabağlı günlərimin
ilmələrini çözdü.
Jurnalın bu sayında Nəzakət Məmmədlinin
"Əhməd - Cabir
İsmayıl oğlu
Əhmədov kimdir?"
yazısı şəxsən
mənim üçün
yeni bir sahənin adamıyla tanışlıq baxımından
çox maraqlı oldu. Güney Azərbaycandan göndərilən
Hüseyn Şərqidərəcək
Soytürkün yaşadığı
mühütin ədəbiyyatı
haqqında düşüncələri
də bizi, yəni Azərbaycanı, yəni Arazın o üzündə qalan ədəbi mühitilə
yaxınlaşdırır, məlumatlandırır, doğmalaşdırır.
Böyük həvəslə oxuduğum
yazılardan biri də jurnaldakı "Qəlbimizə yazılan şeirlər" bölümündə
verilmiş xalq şairi Zöhrab Tahirin "Çöpü
də ikiyə bölmərəm daha"
şeiridir. Hələ gənclik illərimdən
sevə-sevə oxuduğum
bu şeiri təkrar oxumaq bir oxucu kimi
məndə nostalji duyğuları bir daha ayağa qaldırdı. Zöhrab
Tahir yazmışdı:
Mənim
səadətim hardasa bitdi,
O asan gəlmişdi, asan da getdi.
Mənə nə etdisə
səadət etdi -
Bədbəxt səadətə gülmərəm daha.
Oxucuların diqqətinə onu da çatdırım ki, "Yada düşdü"nün
bu sayında yeni nəşrlərlə
bağlı informasiyalar, uşaq
dünyası, xalq təbabəti ilə
bağlı fikirlər və digər bir-birindən maraqlı
yazılar da yer
alıbdı. Elə burada onu
da xatırladım ki,
dəyərli şairlərimiz Oqtay
Rzanın və Qədir Tərtərlinin də duyğulu misraları hər kəsin ürəyincə
olacaq. Necə deyərlər, "Yada düşdü" bu sayda da
kifayət qədər yada düşən
məqamları özündə ifadə edə bilib.
Ədalət 2017.- 22 noyabr.- S.6.