HƏR DAŞIN ALTINDA
BİR TARİX YATIR
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Böyük şairimizin bu müdrik kəlamını
hər dəfə xatırlayanda, hər dəfə yaddaşımızın
süzgəcindən keçirəndə
fikrin dəqiqliyi qarşısında bir daha səcdə etməli olursan. Həqiqətən də hər daş, hər yazılı vərəq,
hər bir işarə, hər bir naxış və elə hər bir sözün
özü zamanında
və yerində müraciət edib söykəndiyimiz istinad nöqtəmiz olan tarixdi. Yəni bu dediklərimizin
hər biri özü-özlüyündə bir zaman kəsiyini
ifadə edir. Nə qədər əks təbliğatlar aparılsa
da, nə qədər özününküləşdirməyə
cəhdlər olsa da, amma qızılı
gizlədə bilməyən
toopaq həqiqəti də gizlədə bilmir. Bax, bu mənada
indi işğal altında olan torpaqlarımızın tarixi
onun Azərbaycan xalqına məxsusluğu
bütün faktlarla, maddi və mənəvi
sərvətlərlə, gerçəkliklərlə
öz təsdiqini tapıbdı.
Barəsində söhbət açmaq istədiyimiz tarixi abidələrimizin içərisində
türbələrin də
xüsusi yeri var. Təbii ki, bu türbələrin hər biri həm
inamın, həm inancın, həm də memarlığın
bir nümunəsidir. Və onlar
mövcud olduğu ərazilərdə insanların
inancını göstərməklə
yanaşı, həm də tikinti-arxitektura mədəniyyətini də
büruzə vermiş
olur. Yəni həmin abidələrə
təkcə tarixin özü kimi yox, həm də
inşaat əsəri
kimi baxanda onda xalqımızın yaradıcılıq potensialı,
sənətkarlıq məharəti
və nəhayət, memarlın üslubları
göz önündə
canlanır.
Bu bir həqiqətdir
ki, Qarabağ regionu özünün tarixi sərvətləri,
yəni yeraltı, yerüstü abidələrilə
həmişə diqqət
mərkəzində olubdu. İstər
Dağlıq Qarabağ
ərazisindəki Azıx,
Tağlar mağaraları,
istərsə də Qarabağın Bərdə,
Ağdam, Füzuli Cəbrayıl, Zəngilan,
Qubadlı, Laçın,
eləcə də Şuşa, Əsgiran, Xocalı, Ağdərə,
Xocavənd və digər bölgələrindəki
abidələrin hər
birinin yaşı qədər də tarixi var. Və bu tarix də
Azərbaycan xalqının
varlığını mübahisəsiz
və mübaliğəsiz
gerçəklik kimi ortaya qoyur. Hər kəs
də bu tarix qarşısında sayğı ilə dayanmağa borcludur.
Bəli, bu gün işğal
altında olan Füzuli rayonu ərazisində xeyli sayda qədim türbələr mövcuddur. Etiraf etmək
lazımdır ki, həmin türbələrin
bir qismi Füzuli rayonunun işğal olunmuş ərazilərində qaldığından
onların taleyi ciddi narahatlıq doğurur. Çünki əsir türbələrin
düşmən tərəfindən
vandalizmə tuş gəlməsi barəsində
kifayət qədər
informasiyalar var.
Hətta o da məlumdur ki, torpaqlarımızı
işğal etmiş ermənilər yeraltı sərvətlərimizi daşımaqla
yanaşı, yerüstü
sərvətlərimizi də
talamaqla, yandırıb,
uçurub dağıtmaqla
da məşğuldular. Bax, bu mənada Füzuli rayonunun işğal olunmuş ərazilərində
qalmış abidələrimizin
taleyi ciddi narahatlıq doğurur.
Öncə qeyd etdiyim kimi,
rayonun ərazisindəki
mövcud abidələrinin
arasında türbələrin
ayrıca bir yeri var. Və onu da elə
buradaca xatırladım
ki, Qarabağ coğrafiyasında mövcud
olan abidələrin ən qədimləri elə Füzul rayonunun payına düşür. Yəni aparılmış arxeoloji qazıntılar, tarixi araşdırmalar göstərir və sübut edir ki, həqiqətən Füzuli rayonundakı abidələrin yaşı
minillikləri keçir.
Həmin
qədim abidələrdən
biri də bu gün işğal
altında olan rayonunun Aşağı Aybasanlı kəndi ərazisində yerləşən
Qara Şeyx İbrahim türbəsidir.
Təkcə yerli sakinlərə
deyil, eləcə də arxeoloqlarımıza,
tarixçilərimizə aydındır
ki, bu abidə
Füzuli rayon Aşağı
Aybasanlı kənd qəbiristanlığında ucaldılıbdır.
Doğrudur, bu türbəyə
el arasında, yəni
yerli sakinlər öz arasında "İbə İbrahim" türbəsi adlandırmaqla
elə bu cür də yaddaşlarda yaşadılır.
Amma araşdırmalar göstərir
ki, bu abidənin
daş kitabəsində
müəyyən bilgilər
var. Həmin daş kitabəni oxuyan alimlərimiz öyrəniblər
ki, Şeyx İbrahim türbəsi öz yaşına görə çox qədimdir. Və onun daş kitabəsində yazılıb
ki, "Allahın Rəsulu Məhəmmədə
salam. 1042...gƏvəzəli
bin Əlimərdan..."
Alimlər bu daş kitabəni, yəni yarı pozulmuş, silinmiş və əsgi əlifba ilə daşa hopdurulumuş sözləri
oxuduqdan sonra bu qərara gəliblər ki, türbəni tikən ustanın adı Əvəzəli, onun tikilmə zamanı isə Hicri tarixi ilə 1042-ci ili göstərir.
Hicri tarixini də Miladi tarixinə çevirəndə 1632-1633-cü illəri yada salmalı oluruq.
Burada bir məqam da var
ki, həmin daş kitabə türbənin sol yuxarı
küncündə yerləşdirilmiş,
üstəlik, sal daşın üzərində
bir qadının, özü də ağac kölgəsində
dayanmış qadının
və atın da rəsmi cızılmışdır. Bütün
bunlar onu deməyə əsas verir ki, abidəni
yenidən bərpa edən usta özündən əvvəlki
sənətkara sayğı
ilə yanşaraq onun əl izlərinə
toxunmamışdır.
Və hətta
həmin daş kitabəni götürüb
bərpa olunan türbənin yuxarı
sol küncündə əvvəlki
yerində yerləşdirmişdir. Bu da məlumdur ki, türbənin giriş qapısının
hər tərəfində
yerləşdirilən kitabənin
üzərindəki yazılar
bu kitabəni digər daşlardan tamam fərqləndirib.
Yəni öncə barəsində
danışdığımız və üzərində
1042 yazılmış həmin
daş kitabə ilə qapının girişinin ətrafındakı
daş kitabələr
arasında fərqin olduğu danılmazdır.
Etnoqraflarımızın, eləcə də digər alimlərimizin fikrinə görə, bu türbə, yəni Şeyx İbrahim türbəsi ötən əsrin əvvəllərində öz
bünövrəsi üzərində
səkkiz bucaqlı şəklində yenidən
tikilib bərpa olunmuşdur. Şeyx İbrahim türbəsindən
danışarkən onu
da xatırlatmaq lazımdır ki, şeyxin məzarı türbənin mərkəzindədi.
Yerdən təqribən 80 sm hündürlükdədir.
Bu cür üslubda
qəbirlərin yerləşdirilməsi
halına Füzuli rayonu ərazisindəki digər türbələrdə
də, xüsusilə
Horadiz kəndi yaxınlığındakı İmamzadə
abidəsində də
rast gəlinib. Eyni zamanda alimlərin
fikrincə, bu üslubda dəfn mərasimləri rayonun Babı kəndindəki Şeyx Babı türbəsində, Aşağı
Veysəlli kəndindəki
Mir Əli və Əhmədalılar türbələrində
də rast gəlinib. Ümumiyyətlə, xatırlatmaq yerinə
düşər ki, bu gün Füzuli
rayon ərazisindəki türbələrin
hər birinin daş kitabələrində
tarixi gerçəklikləri
ifadə edən yazılara rast gəlmək mümkündür.
(Ardı gələn sayımızda)
Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2017.-23 noyabr.-S.7.