"Yenə həmən dünya,
həmən qəfəsdi"...
Allahverdi Eminov
(əvvəli
ötən şənbə
sayımızda)
N.Oruc susdu. Handan -hana
dedi:
-Yadındamı, Sabirin bir şeirlər kitabını vermişdim.
Elə çayxanada vərəqlədin, sonra özümə qaytardın,
dedin alaram.
-Aldım, amma sonralar itirdim, tapammadım, kənd evimizdəydi.
-Müəllim, - dedi - Onu saxlamışam, Sabirdən yeganə yadigardır, bir də əzbərlədiyim
bir-iki şeirlərdi.
Soyumuş çayını içdi, açıq qapıdan süzülən
küləkdən ehtiyatlanıb
qapını örtdü.
- İstedadlı adamdı,
zəngin mütaliəsi
vardı. - Susdu.
-Bəlkə "Əsgər
qaşığı və
mən" şeiri yadında ola?
- İnamla dedim.
Nizaminin güclü hafizəsinə
arxayınlıqla ümidimi
itirmədim. O, heyfsiləndi və Sabir Məmmədzadədən
iki şeir söylədi. Biri orijinal, çap
olunmamışdı, digəri
Sergey Yesenindən ilkin
tərcümə idi.
Onda Əliağa Kürçaylı
Yeseninə qayıtmamışdı.
Sabir Məmmədzadənin özünü
Yeseninlə müqayisə
eləməsi təsadüfi
deyildi; kommunist ideologiyası istedadlı gənc şairin varlığını belə
tanımırdı. Sabir
bu şeirində yazmışdı:
Yesenin! Yadıma düşdün
yenə sən,
Ev soyuq Şimalın odlu şairi.
Səni ürəyimdə gəzdirirəm
mən.
Fəqət, sən ölüsən mən isə diri.
Fərqimiz nədir ki, açıq danış gəl,
İttiham günüdür, kəsmə
səsini.
Sən özün yazmısan hamıdan əvvəl
Ölümlə həyatın fəlsəfəsini;
"Ayrılıq dəlidir, artıq əlvida! "
Dostum gözlərindən
süzülməsin qəm.
Yeni bir şey deyil
ölüm dünyada
Mən heç
həyatı da yeni bilmirəm.
Sabir Məmmədzadə
ilhamı çağırmayan,
amma ilhamın qonağı olan şairdi. İşində səliqəli və
tabeçi, amma öz poetik aləmini yaşayan şairdi. Özü də yeri gələndə sözlərini
deyirdi və fərqinə varmadan azca gülümsünər,
bərk avazla misralarını söyləyərdi.
Bir gün işindən sonra görüşdük: Nizami
Oruc da yanımda
idi. Çay içməyə tələsmirdik. Yüksək
əhvalla bir bənd şeir dedi, sonrakı əhvalatlar maraqsızdı:
Yetər
çox danışma
qaraçı qız,
Fal açıb
falıma baxdığın
bəsdi.
Yüz yol sınamışam öz bəxtimizi,
Yenə həmən dünya, həmən qəfəsdi.
Sabir Məmmədzadənin
uzun illər işlədiyi Respublika Kitabxanasına getdim. Bir məqsədim
də son bir - iki ildə nəşr
olunmuş kitablarımın
nüsxələrini verməkdi.
Bu da bir mütaliəyə taleyidir
ki, Bakıda kitablar satılan mağazalar şəhər
merinin gözü qabağında kafelərə,
ərzaq mağazalarına
və qeyri pul qazandıran şəxsi obyektlərə
çevrilmişdir! Müəlliflər
yaxşı ki, cibinin xərciylə çap olunan kitablarını satmaq üçün "küçə
bazarın"dan həya
eləyib dost - tanışına
bağışlayır və
kitab-xanaları da unutmurlar... Nə isə, Sabir Məmmədzadə simasında
itirilmiş istedadlı
şairin irsi naməlum, dost - tanışlarının
yaddaşında qalmışdırmı?
Təbii
ki, dünyasını
dəyişənlər də
yox deyil. Hər halda yaşayanlarımız
yaşayırlar. Güman ki,
onlar həmən poetik nümunələrin
mətbuatda çapını
unutmazlar. Beləliklə, mərhum şairimizin bəzi şeirlərini
ilk dəfə oxuculara
təqdim edirəm.
Həyat
duman içində
Həyat
duman içindədir,
duman, duman...
Bu dumandan, bu zamandan
Qaçmaq olmur heç bir yana.
Niyə
doğdun məni, ay ana!
Niyə doğdun məni, niyə?
Gəncliyini bir kişiyə
Qurban verən yazıq qadın!
Həyat
üçün yaramadın!
Həyat üçün yaratmadın
məni də sən.
Bir gecəlik
əyləncədən yarandım
mən.
Bir gecəlik əyləncədən
yaranmışlar
Ömrü boyu lənətlənib, qarğınmışlar.
Hara getsə, hara qaçsa,
Kolumb olub dünya aşsa,
Lənətlərlə qarşılanır
Hər vaxt, hər an.
Həyat
duman içindədir,
duman, duman...
Dostum qədəhləri sən
bir də doldur
Dərdimi bir anlıq unutmaq üçün.
Niyyətim də budur, arzum da budur,
İçmək istəyirəm ölüncə
bu gün.
Kimə nə dəxli var, niyə içirəm.
Bir gözəl xanımın
xəyanətindən
Əsla incimirəm ondan keçirəm.
Müasir bəylərin cinayətindən
- heç danışmıram.
Vəzifə düşkünü kommunistlərin
İşin - gücünə mən
qarışmıram
Sonu yaxınlaşan bu iblislərin
Cinayət işinə zaman baxacaq.
Mən araq içirəm, qoy bilsin hamı,
Ehey, Arfeniya
bir araq gətir.
Pul ilə tanıyır adam adamı.
Artıq verəcəyəm, qaçaraq
gətir.
Dostum, qədəhləri
sən bir də doldur.
Dərdimi bir anlıq unutmaq üçün.
Niyyətim də budur, arzum da budur.
İçmək istəyirəm ölüncə
bu gün.
Azərbaycan şairi, "Xumar",
"İtmiş açar",
"Ağ cücə,
Qara cücə" kimi şeir kitablarının müəllifi
Sabir Məmmədzadə
1931-ci ildə doğulmuş,
1984-cü ildə dünyasını
dəyişmişdir. Biz artıq dilimizin kövrəkliyinə və
etik çalarları gözləməsinə münasibətlə
"dünyasını dəyişmişdir"
söz birləşməsinə
adət eləmişik.
Fikrin məntiqi və xeyirxah tərəfi bir də ondadır
- bizi əsil dünyada qoyub gedənlərin ruhi təsəllisi o olur - sağ qalan bizlər onları xatırlayaq, yaradıcı
adamlardırsa irsini toplayaq, sayğı bəsləyək və çağdaş nəslə
ötürək. Bəli, mənim
qənaətimdir bu. Hərçənd,
belə cavab işləri sənət adamlarının övladları,
yaxınları, haçansa
yaxşılığını görənlər... eləyirlər.
Yaxşı insanlar sağ
olsunlar. Amma heyf,
taleyin bir qismətinə də dünyaya tək gələnlər, taleyinə
övlad düşməyənlər
də... var və belələrini xatırlamaq savabdır.
Necə ki, gözəl şairimiz, vaxtsız aramızdan getmiş Sabir Məmmədzadə də
istisna deyil... Bəlkə, şairin şeirinin sonunda "sual işarəsi" qoymadığı "Yenə
həmən dünya,
həmən qəfəsdi?..
Ədalət 2017.- 25 noyabr.- S.16.