Ən qədim türk soylarından - KOLANILAR...

 

Naxçıvan bölgəsindən olan araşdırmaçıtarixçi  Şahin Bərəmoğlunun  ifadəsi ilə desək, “Azərbaycanın tarixi diyarlarından biri olan Naxçıvan ərazisində tarixən kəngərli, kolanı, sədli, qarabağ, xələc, bəydili, dəmirçi, qazançı, yaycı, qarxun, yurdçu, muğanlı, əfşar, bayat, quşçu digər türk tayfaları toplu olaraq yaşamışdır yaşamaqdadır. Bu tayfaların sayca və yayıldığı əraziyə görə ən böyüklərindən biri olan Kolanı tayfalarının” Naxçıvana gəlişi, tarixi və tarixdəki rolu ayrıca araşdırılmalıdır. Sadəcə, əldə olan bilgilərə əsasən deyə bilərik ki, kolanı türklərinin Naxçıvana yerləşməsinin – az öncə qeyd etdiyimiz kimi - ən azı 3 min il yaşı var.

Xatırladaq ki, 20-ci yüzilliyin əvvəllərində Xaraba Gilan ərazisində arxeoloji qazıntı işləri aparılıb. Lakin bu axtarışlar azərbaycanlılar tərəfindən deyil, Lalayan, Ter-Avetisyan kimi ermənilər tərəfindən aparılıb. Lalayanları azdan-çoxdan tanıdığımız üçün ehtimal edə bilərik ki, bu qazıntılar zamanı bizim üçün çox faydalı ola biləcək maddi mədəniyyət nümunələrinin bir qismi məhv edilmiş ola bilər. Yaxud da Ş. Bəhrəmoğlunun qeyd etdiyi kimi “erməni arxeoloqların tarixi abidədə aşkar edilən maddi mədəniyyət abidələrini özləri ilə aparmaları böyük ehtimaldır”.

Naxçıvanda kolanılarla bağlı  dəqiq nəticə əldə etmək üçün 3 min il yaşı olan Xaraba Gilan nekropolumiladdan min illər öncə Naxçıvan yaxınlığında mövcud olmuş Gilan (Golan) şəhəri araşdırılmalıdır. Bu isə bir araşdırmaçının deyil, bütöv bir ekspedisiyanın və ya institutun işidir.

 

 

 

                          Qarabağ kolanıları

Qarabağ kolanıların min illərdi məskunlaşdığı ərazilərdən biridir. Erkən orta əsrlərdə Qarabağ torpağında (böyük ehtimalla Ağdərə ərazisində) Kolanqat kəndinin olması çox şeydən xəbər verir. Tanınmış alban tarixçisi Musa Kolanqatlı da bu kənddən idi (bu tarixi şəxsiyyətin adı yanlış olaraq Musaya Moisey Kalankatiski yazılır). Orta yüzillik ərəb müəllifləri Əl-İstəxri (X yüzillik), İbn İdris (XII yüzillik) və digərləri öz əsərlərində Qarabağda Kolanqat adlı yaşayış yerinin olduğunu qeyd edirlər. Bəzi araşdırmaçılar Kolanqat kəndinin Tərtər çayının sahilində olduğu qənaətindədirlər. 19-cu yüzillik müəlliflərindən olan Mir Mehdi Xəzani “Kitabi-tarixe Qarabağ” adlı əsərində yazır: “Tərtər çayı sahilindəki Uşacıq künbəzindən  yuxarı Göyçə gölünün sərhədinə qədər Kolanı məskənidir...”

         Qarabağda 20-ci yüzilliyə qədər  böyük bir ərazi “Kolanı mahalı” adlanırdı. 19-cu yüzilliyə aid qaynaqlardövrün müəllifləri Kolanı mahalının Tərtərdən Göyçəyə qədər uzandığını qeyd edir. “Qarabağnamə”lərin müəlliflərindən olan Mirzə Adıgözəl bəy təxminən 200 il əvvəl – 19-cu yüzilliyin 1-ci yarısında – yazırdı: “Pənahəli xan Mehri, Güney mahallarnı Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. TatefSisyan mahallarını Naxçıvan hakimindən, Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyindən, Kolanıların məskəni olub Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı”.

Zemfira Hacıyeva  Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” (Bakı – 2007) adlı monoqrafiyasında   Kolanı mahalından bəhs edərək yazır: “Kolanılar mahalında 9 oymaqda cəmi 462 (203 vergi ödəyən, 259 ödəməyən) ailə vardı. Onun sakinləri müsəlman-azərbaycanlılar idi, əhalinin başlıca məşğuliyyəti isə maldarlıq və taxılçılıq idi. Mahalda hər bir oymağın öz hakimi vardı. Ən böyük oymaqlar 61 ailədən ibarət Qaravənd, 67 ailədən ibarət Qızılhacılı, 120 ailədən ibarət Dinnibayəhmədli oymaqlarıydı. Əhalisi yalnız azərbaycanlılardan ibarət idi”.

18-ci yüzillikdə Qarabağ xanlığı 21 mahaldan ibarət idi. Mahalları naiblər idarə edirdi. Həmin mahallar bunlar idi:

1. Sisyan                         12. Çibbyurd

2. Dəmirçihəsənli             13. Xırdapara Dizaq

3. Küpara                       14. Püsyan

4. Bərgüşad                    15. Dizaq Cavanşir

5. Baqabyurd                   16. Otuziki

6. Kəbirli                         17. İyirmidörd

7. Tativ                           18. Qaraçorlu

8. Cavanşir                      19. Vərəndə

9. Talış                           20. Dizaq

10. Xaçın                         21. Acnan Türk

11. Kolanılar

Kolanı mahalı bu mahallar içərisində ən böyüklərindən biri idi.

 İstər XIX-XX yüzillik müəllifləri, istərsə daha əvvələ aid qaynaqları yazıya alanlar Qarabağ kolanılarını bu bölgədə yaşayan ən mərd, ədalətli namuslu tayfalardan biri kimi xarakterizə etmişdir. Sovet hakimiyyəti qurulandan sonra bolşeviklərin ən həssas yanaşdığı türk soylarından biri məhz kolanılar idi. Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Qarabağda  kolanılarla Sarov kəndində yaşayan ermənilər arasında münaqişə meydana gəlmişdi. Həmin ərəfədə Mir Cəfər Bağırovun da tərkibində olduğu qrup Qarabağa ezam olunur. Mövzu kolanılar olduğu üçün respublika rəhbərliyi məsələyə xüsusi həssaslıq həyacanla yanaşır. Komissiya geri qayıtdıqdan sonra Mir Cəfər Bağırov rəhbərliyə yazılı hesabat verir. Hesabatda bəzi cümlələr durumu açılamaqla bərabər kolanıların xarakter cizgilərini əks etdirirdi:  Bizim işçilərin işə cinayətkar münasibəti nəticəsində sarovlular öz yerlərinə qayıtmaq əvəzinə onların bir hissəsi kolanıların torpaqlarında qaldı, bir hissəsi isə Sarova qayıtdı. Beləliklə, 5 min kolanılı yerləri müəyyən olunmadan qalmaqdadır. Kolanılar Qarabağın ən narahat tayfalarından biridir əgər onlar indiyə qədər susublarsa, bu ancaq ona görədir ki, məsələnin hakimiyyət tərəfindən ədalətli həllini gözləyirlər”.

Əslində cəsurluqları narahat tayfaolmaları hər zaman kolanıların qurbanlar verməsi ilə nəticələnmiş, zaman-zaman incidilmiş sürgünlərə məruz qalmışlar. Kolanılar istər çar hökumətini, istərsə Sovet rejimini işğalçı qüvvələr kimi tanımış, tabe olmaqdan israrla boyun qaçırmışlar.  Kolanılarınnarahat  tayfaolması hətta çar hakimiyyətinin başında duranları onlarla ehtiyatlı həssas davranmağa vadar edirdi. Tarixçi professor Tofiq Vəliyev yazır:  “I Nikolayın yerli əhalinin Rusiyaya münasibəti necədir? -sorğusuna cavab olaraq çar polkovninki öz məlumatlarında bildirib ki, bizim qanunlara yalnız kolanılar tabe olmaq isdəmirlər. Onlar keçmiş Naxçıvan, İrəvan, Qarabağ Şirvan xanlıqları ərazilərində yaşayırlar. Çox cəsurdular, verdikləri sözün ağasıdırlar...”

1920-30-cu illərdə Qarabağ ərazisində sovetləşməyə kolxozlaşmaya qarşı ən çox dirəniş göstərən kolanılar idi.

1918-ci ildə erməni-bolşevik birləşmələrinin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırım cəhdində ən çox zülmə məruz qalan kolanılar olmuşdu. Bunu Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. Mixaylovun məruzəsində aydın şəkildə görmək mümkündür. Həmin məruzədə deyilir: “Beləliklə bütünlükdə Cavanşir qəzasının yalnız Kolanı İcmasının kəndləri talan edilmişdi. 1917-ci ilin dekabr ayından başlayaraq, erməni silahlı quldur dəstələri yuxarıda adı çəkilən müsəlman cəmiyyətinin kəndlərinə soxularaq, kənd sakinlərinin evlərinə silahlı keşikçi dəstələri qoyur, kolanılılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, onları vergilərlə yükləyərək, öz xeyirləri naminə müsəlmanlardan öz dövlətləri üçün vergi adı altında böyük pul məbləğləri qopardırdılar”. (AR Dövlət Arxivi, fond 970, siyahı 10, 161)

Qarabağ döyüşləri zamanı Kolanılar xüsusi qəhrəmanlıq göstərmişdilər. Erməni hücumlarının vəhşiliklərinin qarşısını almaq üçün 1990-cı illərin əvvəllərindəKolanıtəşkilatı yaradılmışdı. Həmin illərdə respublika mətbuatı tərkibində döyüşçü oğulları birləşdirən bu təşkilat haqqında qürur dolu yazılar yayımlayırdı.  “Azad Azərbaycanqəzeti yazırdı: “Vəziyyətdən çıxmaq üçün dörd kəndin qeyrətli oğullarını birləşdirmək üçün təşkilat yaratmaq lazım idi. Belə bir təşkilat yarandı. (16 dekabr 1992-ci il)”. “Müxalifətqəzeti yazırdı: “Bu vaxta qədər qeyri-formal “Kolanıtəşkilatı dəfələrlə düşmən arxasına keçir, erməni faşistlərinə dinclik vermirdilər”.

             Qərbi Azərbaycan (Ermənistan) kolanıları

Araşdırmalar göstərir ki, kolanı türkləri əski türk yurdu olan Qərbi AzərbaycandaErmənistanda miladdan yüz illər öncə yaşamışlar. Bu bölgənin tarixini araşdıran bəzi alimlərimiz hələ bizim eradan yüz illər əvvəl burada Kol (Kul) tayfalarının yaşadığını qeyd edir.

Orta yüzilliklərə aid sənədlərdə qərbi Azərbaycanda Kolanı adlı yurd yerlərinin kolanı el böyüklərinin (Şahverdi bəy Kolanlı, Emin bəy Kolanlı sair) adları çəkilir.

Son dövrlərə qədər Ermənistan ərazisində bir neçə Kolanı adlı yer və yaşayış məntəqəsi olub. Onlardan bəzilərini xatırlayaq:

 

Hacıheydərli, Namiq.

 

Ədalət 2017.- 29 noyabr.- S.3.