BİR PAYIZ NAĞILI

 

Cavan olmam bir mən...

Belə baxanda əslində günlər bir-birindən o qədər fərqlənmir. Necə deyərlər, səhər naxıra, axşam axura... Bax, belə bir ömür hər gün təkrarlanır biz təkrarlanan ömürdə metro eskalatoru kimi durmadan fırlanırıq - yuxarıdan aşağı, aşağıdan yuxarı...

Bəli, bir-birindən fərqlənməyən bu ömürdə irad tutulası, qeybəti ediləsi çox şeylər var. Bu da təbii ki, reallıqla, hadisələrdən baş çıxarmaqla, zamana uyğunlaşmaqla, lap loru dildə desəm, çayın axarına qoşulub getməklə bağlıdır. Təəssüf ki, biz bəzən axına qarşı üzməyə çalışırıq. Elə bilirik ki, nəyisə dəyişəcəyik, nəyisə yerinə qoyacağıq. Amma unuduruq ki, biz fərdik fərd olaraq heç nəyi kökündən dəyişə bilmərik. Olsa-olsa, bir restavrasiyaya gücümüz çatar. Doğrudur, insan bəzən özünü fövqəlgüc hesab edir, amma bu gücün qarşılığı olaraq aldığı zərbələr çox şeyi bəzən alt-üst edir...

İndi ömrün elə bir vaxtı, zamanın elə bir nöqtəsindəyik ki, özümüz hiss etmədən tökülən yarpaqları seyr edirik. Bu bütün mənalarda yarpaq tökümüdü - həm ağacların, həm çiçəklərin, həm otların, həm elə insanların. Şərt o deyil ki, insan bu dünyaya əlvida desin. Yox, söhbət burda məcazi yarpaq tökümündən gedir. O yarpaq tökümündən ki, ömrün payızı sənə xatirələr danışır, xatirələr pıçıldayır sən özün hiss etmədən saralan yarpaqlarda gəncliyini, dünənini axtarırsan. O gəncliyi, o dünəni ki, onda səsin dağ şəlaləsi kimi çağlayırdı, onda gücün sənə tabe olmaq istəmirdi. sən elə bilirdin ki, elə həmişə belə olacaq. Lakin...

Uzaqdan yad kimi baxıb,

Yanımdan dinməz keçirsən.

Payızı gözünə yığıb

Durna tək sən köçürsən.

 

Qəriblik küləyi əsir,

Kipriklərinin ucundan.

Payız uşaq tək tələsir -

Tellər yolmağa saçımdan.

 

Elə bil ətraf köklənir

Xatirə notları üstə.

Payızda içim təklənir -

Bu cürə olur hər kəsdə?!

 

Baxışın xəzəl dilidi,

Payızın tilsimin açır...

Xatirələr təsəllidi -

Qayıdır üstümə qaçır.

 

***

 

Dağlara baxıram, artıq başının üstünü azacıq da olsa qar alıb. Hava da sübh çağı gecələr soyuq olur. Elə bil ki, qış da özünü hiss etdirməyə çalışır. Amma hələ payızdır. Mən Haramı düzünün ən yüksək yerində dayanıb üzü dağlara - Ərgünəşə baxıram. Kəndimiz ovuc içi kimi görünür. Hətta bir az da ciddi diqqət yetirəndə yarpaqların rəngini seçmək olur. Hərbçi binoklu mənə bu mənzərəni seyr etmək imkanı verir. Amma çox təəssüf ki, seyr etdiyim mənzərədən yalnız kövrəlirəm. Çünki bu tanış mənzərə məni uzaqlara aparır. Daha doğrusu, özünə doğru çağırır, səsləyir. mən yerində donub qalmış Allah bəndəsi kimi öz gücsüzlüyümdən xəcalət çəkirəm. Yeriyə bilmirəm kəndimizə tərəf. Yeriyə bilməməyimin səbəbi gün kimi aydındır. olsun...

, kəndimə baxıram... Yaddaşım vərəqlənir elə bilirəm ki, bu vərəqlənən yaddaş da səhifə-səhifə qopur, çünki ora heç yazılmır. Ancaq göz yaşı axır içimə... Ancaq ancaq dünəndi, bu gün yoxdu içimdə. Elə mən özüm bu gün yoxam. Böyük Nəsimi demişkən, ruhum çoxdan gedib, cismim qalıb. O da ayaq üstə gəzən bir kölgə. İlahi, bu hesabla qədər yeriyən kölgələr var bu məmləkətdə?!

Bu da nağılın sonu. Əslində bu nağıl deyildi. Elə beləcə bir yarpaq idi. Necə saraldı, necə soldu xəbərim olmadı. Bir baxıb gördüm ki, saplağından üzülür. Üzülmə məqamında bir pıçıltı gəldi dilimə - ümidli, işıqlı bir pıçıltı. Onu da şeirə çevirdim yazdım. Oxuyun, bu payız nağılının son bəndi kimi...

Ürəyimin içini

Kitab kimi səhifələ...

Tuş gələrsən, əzizim,

Sən ancaq öz səhifənə!

 

Səhifədəki yazılar

Öz xəttin, öz pıçıltın.

Səhifədəki o "xalı"

Gözün gözdən qaçırtdı.

 

O "xal" göz yaşı izi

Bir kitabda yaşayır.

Bir ürək sevgimizi

Sabahlara daşıyır!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2017.-3 oktybar.-S.6.