İSLAM SADIQ
ŞEİRİNİN DƏQİQLİK
ƏLAMƏTLƏRİ
ALLAHVERDİ
EMİNOV
əvvəli var
Pis gəldi yayım da, qışım da yaman,
Min il at oynatdı
qarşımda zaman.
Gözümdə çən gördü,
başımda duman,
Dumanı
duymadı,
Çəni duymadı.
Bulud elçi daşı, mən də bir elçi,
Bu daşı tapammır
mində bir elçi.
Bir elçi yolladı, bəndə bir elçi,
Nə bu daş, nə
o baş
Məni duymadı.
Bu misraların hikmətinə
vatsaq (hər oxucunun öz duyum versiyası var bir şeir
barədə-şeir budur!),
İslam Sadıq üzünü başqa kimsəyə tutmur, ona görə ki, şeirin yazılmasında üçüncü
şəxs iştirak
etməz, çünki
ilahilə şair arasında mübhəm rabitədir, bilavasitə ruhla bağlıdır, ovqatla qidalanır və intellektual vəhdətdə yazılır,
əslində yaranır.
Bu kövrək, eyni zamanda sərt tələbi İ.Sadıq
hətta gəraylılarında
və qoşmalarında
da gözləyir: hədəfin suçunu pıçıldayır, ümumi
adını qoyur, amma özünü göstərmir. Halbuki şair şəxsiyyətində
də, poeziyasında da, elmində də sərt simadır. Məsələn,
onun "Ay nadan" qoşması var, ancaq necə də incə, zərif harayla (!) deyir:
Ulduz dərir xəyalların göylərdən,
Dayaz ağlın
ağıl umur səylərdən.
Dəm vurursan bilmədiyin şeylərdən,
Az sayıqla, yuxu danış, ay nadan.
Yelə
verib yaddaşını,
yadını,
Qaçırmısan sən sözün də dadını.
Qaralama görən kimi adını,
Sən İslamı
oxu, danış, ay nadan.
İslam Sadığın poeziyasında
hər bir şeirin məna intonasiyası, poetik röyalara qapılmamaq, obrazların seçiminə
müsbət təsiri
əsasdır. Şeirdə-fantomda harmoniyanın görümünün
real təsvirini əsas
hesab edirəm və bu möcüzəyə
inam gətirir.
"Evimiz nə yaman soyuqdur", "Olmadı", "Bura Koroğlunun öz vətənidi", "Aman
Tanrı", "Məndən
yuxarı" kimi nümunələrin hər
bir misrasında poetik rənglərin çaları-fiziki mənada
yox- assosiativ oxşamalar, impressivlik sezilir və oxucu mənimsəyir. Poeziyanın prinsiplərindən
biri olaraq, necə ki, İslam
Sadıq şeirindən
çıxış edirəm-şairin
iddia səviyyəsi var: şeirin predmeti hasilə gələndə onun qarşıya qoyduğu məqsədin həlli məsələsi müəyyənləşir,
yeni identik forma-xüsusini təsviretmə
mərhələsi. Əgər şairə
səlahiyyət verilsəydi
o yalnız şeirmi yazardı, kitablar bağlayardı, şöhrətin
felinə düşərdi?
Bəlkə də belə şairlər az deyil,
lakin İslam Sadıq romantik ovqatında belə, başqa cür düşünür. "Gecələr könlümdən
bir şahlıq keçir" şeiri nə qədər səmimi və nə qədər haqlı səslənir.
Gördüyü həqiqətlər tamamilə paradokslarla sonuclanıb. "Təpəni dağın yerində görür, qara ağın yerini tutub, alimin
başı üstündən
nadanı dörə qoyublar". Filankəsləri filan yerlərdə otuzdurublar. Faciə budur və şairin
nəzərindən yayınmır:
Baş-ayaq görürəm nəyə
baxıram,
Astar üzə
çıxıb, üz
astar olub.
Mən yerə baxıram, göyə baxıram,
Əyri üzə çıxıb,
düz astar olub.
Daşı baş yerinə
qoyublar burda,
Daşı daş yerinə qoy görüm indi.
Başı daş yerinə
qoyublar burda,
Başı baş yerinə qoy görüm indi.
Belə həqiqətlər görümündə
şair sosial hazırlığa ehtiyac duymur, eləcə də poetik əhval-ruhiyyəyə. Psixoloq Z.Freydin
"libido"su kifayət
edir. Misralar iç dünyalarında
"qardaşlaşır", bir-birilə "ədavətə"
qoşulub, şairi
"üzüqara" etmir,
şeiri tapmacaya dəyişmir! Çünki
poeziyada emosionallıqla
intellektuallıq birləşir!
İslam
Sadığın "Ocağı
közündən tanıyıram"
(2016) və "Sözündən
üşüyən dodaqlar"
(2017) kitablarında mövzular
palitrası rəngarəng
olduğu qədər
də təsviretmə
aktı bir o qədər polifonikdir: belə ki, xatirələrdən
gəlmə olaylar, deyimlər, həsrət notları, ana və ata məhəbbətinin
tərənnümü. "Atamın qəbri, anamın vətəni",
"Anam xana qurub" və "Dədəmə qovuşub
kiridi anam" kimi kövrək şeirlər. Misralarda itirilmiş,
bir daha geri qayıtmaz övlad sevgisinin qığılcımları. Bu üç şeiri oxuyanda müəllifdən
heç də az təsirlənmədim.
Xatırladım anamın
şəhərə-evimə gəlib sanki tikan üstə oturduğu ovqatını,
qoxumu alandan sonra kəndə aparmağımı təkid
elədi, qonşu yaşıdlarının adlarını
çəkdi, təndirə
kim çörək
yapacağından gileyləndi,
ordakı nəvələrin
darıxdığını söylədi. Şairin anası da
"gecənin bir oğlan çağı oyanıb dur kəndə apar"-deyir.
Deyirəm, ay ana, darıxma
bir az,
Mən yaxşı
bilirəm ora vətəndi.
Sən məni Bakıda qərib sayırsan,
Bura qürbət
deyil, bura vətəndi.
Cifayda. Sən demə:
Az qala yüyəni versin əlindən
Gah mənim
hövsələm, gah
onun səbri.
Sən demə, anamın Vətən dediyi
Atamın qəbriymiş, atamın qəbri.
Bəli, ibrətli bir sədaqət nümunəsi. Müasir
gənclərə örnək
dərsi!
Şeirin
assosiativ davamı:
2009-2014. Beş ilin şair
oğluna diqtəsi.
Bəlkə də böyük
rəqəmdir, ana məhəbbətini qoruyanlar
üçün. Övlad
bu illərdə təbii ki, anasını əzizləməyə
bilməz, nazı ilə oynamaya bilməz:
Min qayğıya bükdük,
naza bələdik,
Kimsə
gözlərimə duz
tökür,-dedi.
Yerini nə qədər isti elədik,
Yorğanın, döşəyin buz
tökür,-dedi.
Dədəmin iyini bu evdən aldı,
Dədəmsiz qalalı gülmədi anam.
Dədəmin iyinə tamarzı
qaldı,
Dədəmin evində ölmədi anam.
Açmadı qəlbini nə
toy, nə düyün,
"Vətən" deyə-deyə əridi anam.
Torpağa tapşırdıq anamı
bu gün,
Dədəmə qovuşub kiridi anam.
İslam
Sadığın poeziyası
haqqında qeydlərimi
təkrarsız bir ovqatla qələmə alınan şeirlə tamamlamaq seçimim təsadüfi görünməsin:
hansı oğul (övlad) ana məhəbbətinin qüdsiyyətini
qəlbində bəsləyirsə,
anasının südü
ilə əmdiyi poetik istedadını qiymətləndirirsə- o şair
son nəfəsinəcən şeirlərini yazacaqdır,
israrla pıçıldayıram!
Ana oğlunun hər bir şeirindən xəbər tutur, bunu fantaziya hesab etməyin, ruhun səsi ölmür!
İslam Sadığın-şairin sənət seçimi-poeziyası onun varlığını əhatə edir və enerjili misralar yaradır, ürək çırpıntıları varkən poetik təxəyyül yad istiqamətlərə yönəlmir, sinir sistemindən doğulur, oxucunu yaxşı mənada sarsıdır və ovundurur. Şairin poeziyasında nəzarətdən çıxan "iki komponent": rasional- mücərrədlik və konkret- obrazlılıq vəhdətdədir; əgər əks mövqedədirsə, bir-birini tamamlamırsa, şeir dəyərini itirmiş olur, oxucuya nəsr ovqatı ilə çatır.
İlk sualıma qayıdıram və V.Paskalı improvizə etmədən deyirəm: "Şair şeirlərində kövrəkdir, hisslərinə güzəştə gedəndir, intellekti və emosionallığı ilə yazır və yazacağına zəmanət verir".
Ədalət 2017.-
21 oktyabr.- S.16.