"VİCDAN
ƏZABI"
Dilqəm Təmrazın
oxucularla yeni görüşü
Bu günlərdə dostlardan
biri mənə "Vicdan əzabı"nı bağışladı.
Maraqlı tərtibatı olan
kitabı məmnuniyyətlə
qəbul etdim və imkan düşən
kimi onu gözdən keçirməyə
başladım. Düzünü də deyim ki,
kitabı ön sözü yazmış Leyla Mehdiqızının
maraqlı yanaşması
məni özünə
cəlb etdi. Və onun söylədiyi "Sevgi hər şeydən öncə düşünməkdi" fikri
mənə təptəzə
göründü. Elə həmin
o təzə fikrin işığında Dilqəm
Təmrazın şeirlərini
oxumağa başladım.
Bu şeirlərin hər
birinin özünəməxsus
notu və özünəməxsus da
mövzusu var. Oxuduqca
hiss edirsən ki, müəllif yurd sevgisini, Vətən dərdini, bütövlükdə
itirdiklərimiz üçün
göynəyən bir
ürəyin sahibidir.
Ona görə də o, az
qala var gücüylə bütün
dünyanın eşidəcəyi
bir səslə deyir:
Canım,
gözüm Azərbaycan
əsgəri!
Güclüyəm deyənə, gücünü
göstər.
Göstər, tülkülərə bozqurdluğunu,
Güclüyəm deyənə gücünü
göstər.
İşlət meydanlarda döyüş
fəndini,
Tərlansan, sarlara bildir həddini.
Dağıt, sel-sulartək bərə-bəndini,
Güclüyəm deyənə gücünü
göstər.
Başıyın üstündə ildırım
gurlar,
Yolunda daş-çınqıl,
tikanlı kollar.
Gizlənir çaqqal tək,
şeytan gavurlar,
Güclüyəm deyənə gücünü
göstər.
Yurdunu böyük ürəklə
sevən şair özünü yurdunun vurğunu adlandırır
və qürur hissiylə yazır ki:
Haqqın
yollarında olmuşam
yesir,
Hələ də içimdə sərt ruzgar əsir.
Quzeyin azaddı, Güneyin "əsir",
Əzəldən yurdumun vurğunuyam mən.
Zənnimcə, bu misradakı ictimai fikir kifayət
qədər sanballıdı. Yalnız bu
fikrin ip ucundan tutub şeirə
dəyər vermək
olar. Çünki Azərbaycanın ən böyük vurğunu olduğu bir halda bizlərin
yalnız bu vurğunluğun ətrafında
birləşməyimiz mümkündür.
Və bunu yaxşı duyan Dilqəm Təmraz öz poetik fikrini Güney, Quzey sevinc və
ağrısıyla cilalayaraq
vurğunluğunun önəmini
ifadə edə bilmişdir.
Şair
həm də başqa bir şeirində birmənalı
şəkildə oxucuya
söyləyib ki, dünyada ən varlı adam
elə şairlərin
özüdü.
Təbii
ki, mən Dilqəm Təmrazın bu fikrinin nədən
qaynaqlandığını öyrənmək üçün
həmin şeiri çox böyük maraqla gözdən keçirdim və gördüm ki:
Ürəyi genişdi, gözü-könlü
tox,
Şairdi
dünyada ən varlı adam.
Dərya
sinəsində dürr
sözləri çox,
Şairdi
dünyada ən varlı adam.
Vətənin dərəsi, dağı
onundur,
O barlı-bəhrəli bağı
onundur.
Həyatın qapası, ağı
onundur,
Şairdi
dünyada ən varlı adam.
Gülşənli çəməndən çiçəklər dərən,
Çələnglər toxuyub yara göndərən.
Sevgini ilahi eşqə dönədərən,
Şairdi
dünyada ən varlı adam.
Allahın sözçüsü, haqqın carçısı,
Gizli xəzinənin
bir açarçısı.
Ondadır çox qəmin,
dərdin çarası,
Şairdi
dünyada ən varlı adam.
Şeir
vardı kəlmə-kəlmə
süzülür,
Ürəyindən, saf ruhundan üzülür.
Durnalar tək varaqlara düzülür,
Şairdi
dünyada ən varlı adam.
Təbii ki, Dilqəm Təmrazın bir şair kimi özünü varlı sayması və fikrini də bu cür əsaslandırması
onun halal haqqıdır. Amma burda mənim
üçün önəmli
olan müəllifin özünün də kifayət qədər yaxşı bildiyi varlı olmanın əsas şərtlərini
unutdurmaq bacarığıdır.
Bununla o,
mənəviyyat məsələsini
maddiyyatdan önə keçirir. Ümumiyyətlə, Dilqəm Təmraz sevgi şeirlərində də oxucuya, tanıdığı insanlara
ünvanladığı misarlarda
da qəribə, həm də fərqli üslublardan, vasitələrdən istifadə
edir. Bu da
onun şeirinin damarına su çiləyir. Yəni onu
həmişə işlək
bir vəziyyətdə
saxlamağa çalışır.
Elə kövrəlməyinin bir səbəbi də zənnimcə, dərdin başdan aşmasıdır.
Bu məqamda ona
uğurlar diləməklə
qoca könlünə
təsəlli arzulayırıq.
Və deyirik ki:
Sənə qarşı bu nə günah,
Nalələrin uçan bir ah.
O ahı götürməz
Allah,
Kövrəlibsən, qoca könül!
Uğurlar olsun, Dilqəm Təmraz! Kitabınız barəsindəki bu üç-beş cümləni
də elə misralarınızın işığında
yazdım və düşündüm ki, bu dünyada vicdan əzabından şairlərə yəqin
ki, pay düşməyəcək.
Çünki onlar
ruh adamlarıdı.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət $g 2017.- 31 oktyabr.- S.6.