AZƏRBAYCAN
QƏZƏLİ
ƏDƏBİ
HƏYAT
II yazı
2. XIII əsrdə yazıb-yaratmış İzzəddin Həsənoğlu Azərbaycan dilində ilk qəzəlin müəllifidir.
Həsənoğludan ilk dəfə XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi söz açmış, onun kifayət qədər məşhur bir şair olduğunu, farsca və türkcə (azərbaycanca) şeirlər yazdığını qeyd etmişdir. Elmi ədəbiyyatda isə Həsənoğludan bir şair kimi M.F.Köprülü söz açmışdır. Vaxtilə bütün tədqiqatlarda şairin ədəbi irsindən cəmi iki qəzəli haqqında danışılırdı. Biri azərbaycanca, digəri farsca. Aparılan axtarışlar onun ədəbi irsinin üç azərbaycanca, bir farsca dörd qəzəli olduğunu göstərir. Fars dilində yazılmış qəzəlini Azərbaycan dilinə bir çox klassik ədəbi nümunələri dilimizə uğurla tərcümə etmiş Böyükağa Qasımzadə (1916-1957) çevirmişdir. Budur həmin qəzəl:
Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur-söylə tükənməzmi yasın?
Axı mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı
əldən qəmi-məşuqə
məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada Allah gözəli dust tutar,
Mən ki Puri Həsənəm, yoxdu nigarım, nə edim?
Həsənoğlunun Azərbaycan dilində ikinci qəzəlini çox-çox sonralar alman şərqşünası
B.Fleminq elm aləminə
tanıtmışdır.
Professor Nizami Cəfərov yazır: "Azərbaycan
təfəkkürü XIII-XVI əsrlərdə türk
(oğuz-səlcuq) dili
mədəniyyətini yaradıb
formalaşdırır. Həsənoğludan Füzuliyə qədərki
dövrdə klassik poetik təfəkkür inkişaf edir".
Bu mənada Həsənoğlu
Azərbaycan poetik təfəkkürünün sübh
şəfəqi kimi işıq saçır. Onun dilində
elm aləminə məlum
olan qəızəlləri
çox maraqlı bir mənzərəni əks etdirir.
Birinci qəzəldə Azərbaycan,
fars və
ərəb sözləri
çox qəribə
bir tərzdə birləşib "qohum"
olmuşlar. Bu, onu göstərir ki, ədəbi təfəkkür öz milli stixiyasını göstərməyə başlayır.
Lakin bu milli stixiya
hələ aparıcı
mövqedə duran ərəb-fars poetikasının
güclü təsiri
altındadır.
Apardı
könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm, sən büti-şəngül, surahi
eyləmə qül-qül,
Nə qülqül? Qülqüli-badə.
Nə badə? Badeyi-əhmər.
Başımdan getmədi hərgiz
səninlə içdigim
badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canım içində
yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
Şaha şirin sözün qılır Misirdə bir zaman kasid.
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş,
bəlürməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş.
Nə suziş? Suzişi-məcmər.
Həsənoğlu sənə gərçi
duaçıdır, vəli
sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.
Klassik poeziyamızın
tədqiqatçılarından Xəlil Yusifli və Vəcihə Feyzullayeva Həsənoğlunun
bu qəzəlini geniş şərh etmişlər. X.Yusifli yazır ki,
bu qəzəl geniş fəlsəfi mənada aşiqanə qəzəldir - insanlığın,
gözəlliyin, idealın
təsdiqi, şərin,
anti-idealın, sədaqətsizliyin
isə inkarıdır.
Qəzəldə sadədən mürəkkəbə,
müəyyənlikdən mücərrədliyə,
dünyəvi məhəbbətdəın
fəlsəfi məhəbbətə
doğru inkişafı
vermək baxımından
isə ardıcıllıq,
qanunauyğunluq bu şeiri klassik şeirimizin ən yaxşı nümunələrindən
biri kimi qiymətləndirməyə haqq
verir. Vəcihə
Feyzullayeva isə bu qəzəldə müəllifin sufi
ideologiyası ilə yaxından bağlı olduğunu təsdiqləyir,
şeirdə "vəhdəti-vücud"
təliminə işarə
olduğunu göstərir.
Amma ən çox qəzəlin sənətkarlıq
xüsusiyyətləri üzərində
dayanır.
İndi
isə Həsənoğlunun
azərbaycanca digər
iki qəzəlinə
müraciət edək:
Necəsən, gəl, ey yüzü
ağım bənim?
Sən əritdin
odlara yağım bənim.
And içərəm səndən
artıq sevməyim,
Sənin ilə xoş keçir çağım
bənim.
Hüsn
içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim.
Al əlimi irəyim məqsudimə,
Qoyma yürəkdə yana dağım bənim.
Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şıltağım
bənim.
Bən ölücək yoluna gömün bənu,
Baqa dursun yarə toprağım bənim.
Toprağımda bitə həsrətlə
ağac,
Qıla zari cümlə yarpağım bənim.
Bu Həsənoğlu sənin
bəndəndurur,
Anı rədd
etmə, yüzü ağım bənim.
***
Əcəb bilsəm bəni
şeyda qılan kim?
Bana bu eşq odun
peyda qılan kim?
Qamuşdan şəkərü, taşdan cavahir,
Ağacdan daneyi-xurma qılan
kim?
Tənim
yetmiş iki türlü tamardır,
Kimin ırmak, kimin dərya qılan kim?
Həsənoğlu, bu bir qətrə mənidən
Anun xub surətin ziba qılan kim?
Diqqət yetirsək, görərik ki, Həsənoğlunun azərbaycanca ikinci və üçüncü
qəzəlində birinci
qəzəlindən fərqli
olaraq, Azərbaycan türkcəsinin meydanı
daha genişdir. Bu qəzəllərdə elə
tərkiblər və
ifadələr var ki, sonralar Nəsimi,
Həbibi və Xətaidə daha büllur və şəffaflıqla poetik
dil ərazisinə daxil olur.
Poetik dildə
əsl azərbaycanlaşma
prosesi sonralar Nəsiminin, Qazi Bürhanəddinin, Xətainin,
Həbibinin, Füzulinin
şeir dilində başlanacaq. Təbii ki, hələ ərəb və fars dilindən
gələn ifadələr,
tərkiblər uzun müddət öz statusunu saxlayacaq. Amma Həsənoğludan başlanan
yol "Türk-islam intibahının zirvəsi"
(Yaşar Qarayev) sayılan Füzuli üçün poeziyada türkcəni hakim elitar-genel
dil səviyyəsinə
qaldırmaq işini asanlaşdırırb.
Qəzəlin Həsənoğludan Füzuliyə qədərki
dövrünü "Azərbaycan
dilli qəzəlin təşəkkülü və
formalaşması mərhələsi"
kimi səciyyələndirə
bilərik və bu mərhələdə qəzəl Qazi Bürhanəddin, İmadəddin
Nəsimi, Hamidi, Xəlili, Bəsiri, Kişvəri, Cahanşah Həqiqi, Süruri, Şah İsmayıl Xətai kimi şairlərin yaradıcılığında
Azərbaycandilli şeirimizin
özəllikləri formalaşmağa
başlayır.
Qəzəl artıq poeziyada qəsidəni və digər şeir formalarını qəti olaraq sıxışdırır
və hökmran mövqeyə keçir. Akademik Həmid
Araslı orta əsrlərdə qəzəlin
şeir növləri
içərisində xüsusi
fərqləndiyini belə
izah edirdi ki, mətbuatın olmadığı, nəqliyyat
vasitələrinin ibtidai
bir şəkildə mövcud olduğu bir dövrdə sənətkarın fikrinin
geniş yayıla bilməsi üçün
ən əlverişli
bir janr idi. Çünki qəzəl tez
əzbərlənir, hafizələrdə
yaşayır, dildən-dilə
keçərək xalq
içərisində yayılırdı.
Eyni zamanda, qəzəl musiqi ilə əlaqədar olaraq xanəndələr vasitəsilə
də yayıla bilirdi.
Həsənoğlu ilə Füzuli arasında, iki əsrdən artıq bir zaman məsafəsi
var və bu dövrdə qəzəl, bizim fikrimizcə, altı böyük ustad şairin yaradıcılığında
kamillik mərhələsinə
yetmişdir. Bu şairlərdən
üçü haqqında
ayrıca söhbət
açmaq istərdik.
Üç hökmdar şair
- Qazi Bürhanəddin,
Cahanşah Həqiqi və Şah İsmayıl Xətai anadilli ədəbiyyatımızın
inkişafında mühüm
rol oynamışlar.
Öncə Qazi Bürhanəddin
(1344-1398) azərbaycanca qəzəl
yazmağın, bu qəzəllərdə gerçək
duyğu və düşüncələri, insani
məhəbbəti təbliğ
etməyin, igidlik, bahadırlıq motivlərini
şeirə gətirməyin,
milli-bədii poetik ənənələrdən faydalanmağın,
canlı xalq dilinə arxalanmağın,
zəngin bədii təsvir ustalığının
yollarını müəyyənləşdirdi.
"Bütün bunlar göstərir ki, Qazi Bürhanəddinin
şeirləri ideya-bədii
baxımdan kamil, gözəl sənət əsərləridir" (Əlyar
Səfərli).
Heyva oldu bənizim dilbərin almasıyla,
Doğradı cigərimi qəmzəsi almasıyla.
***
Gəl,
gəl görəlim,
gül görəlim,
gül görəlim
biz,
Bir nəğmə gətür ortaya bülbül görəlim biz.
***
Totağun şəkkərinin rəngini qızıl gördüm,
Çünki sordum ani qandan
dedilər gerçəkmi?
Orta əsrlər
Azərbaycan ədəbiyyatını
tədqiq edən alimlər nədənsə
Cahanşah Həqiqinin
(1405-1467) yaradıcılığından
geniş söhbət
açmamışlar. Əsərləri dilimizdə ilk dəfə
1986-cı ildə nəşr
edilmiş bu hökmdar - şairin farsca mükəmməl qəzəl yazdığı
iddia edilsə də, azərbaycanca yazdığı qəzəlləri
öz bədii-sənətkarlıq
vüsəti ilə o
dövrün poeziyasında
ayrıca bir səhifə təşkil
edir. Cahanşahın qəzəllərində Nəsimidən gələn
hürufilik təsiri duyulsa da, anadilli
məhəbbət lirikamızın
gözəl nümunələri
ilə qarşılaşırıq.
Gözəlin vəsfində real hisslərin, yaşanılan
duyğuların tərənnümü
o dövr üçün
orijinal bədii təsvir vasitələri ilə təqdim olunur. Onun qəzəllərində də kifayət qədər ərəb-fars
sözləri ilə qarşılaşırıq, amma
yazıldığı dövr
üçün azərbaycanca
qəzəlin sadə
bir nümunəsi idi.
O rüxün şəminə
çün canımı
pərvanə dedim,
Yaxdı-
yandırdı məni
atəşi-hicranə dedim.
Neçə zahidləri pabəndi-bəla
qıldı saçı,
Neçə aşüftələri çəkdi o zindanə dedim.
Yüzünün ayətinin əvvəli
çün fatihədir,
Yaz onun hərfini sərnameyi-Quranə dedim.
Qədəmi xaki-dərindən yüzümü
etmən iraq,
Zəhi
dövlət ki, mən o razımı sultanə dedim.
İşveyi-qəmzələri qarəti-din eylər iman,
Ki, mən ol eynə
neçün kafəri-türkanə
dedim.
Ey Həqiqi, bu məlahət ki, rüxi-yaridədir,
Yaxdı
həsrət qəmilən
bağrımı büryanə
dedim.
Müqayisə bəlkə də yerinə düşər,
bu qəzəl elə bil XV əsrdə yox, XIX əsrdə qələmə
alınıb.
(Ardı gələn saylarımızda)
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət 2017.- 30 sentyabr.- S.4.