Oğul borcu...

Poemadan bir parça

 

Nazim ƏLİOĞLU

 

Azərbaycanın Milli Qəhrəmanı Şükürov Şahlar Əvəz oğlunun ömür yoluna həsr olunur

 

Hər bir tarix müdrik cana borcludur,

Yaddaş ömür deyil, qana borcludur.

Dünyada hər kəs bir cana borcludur -

Vətən oğulları, verər bu borcu.

 

Doğulduğu ocaq Kəlbəcəridi,

Gözəl məkanda boya-başa çatıbdı.

Yurdudu, eşidi ən böyük dərdi,

Ürəyi köksündə qəmə batıbdı...

 

Üstünü alıbdı neçə qayğılar,

İçində bir döyüş səsi dillənir.

Polis böyüyüdü öz işi-gücü var,

Könlünün gözünə odlar ələnib.

 

Torpağa sevgidən,

Yurda sevgidən.

Ürəyi köksündə qanadlanıbdı,

Hər vaxt nigarandı obadan-eldən,

Bir qisas almağa inadlanıbdı.

 

Yuvası, torpağı qana boyanıb,

Şahların köksünə bir ağrı düşüb;

Bir məğrur qartalın,

Qartal övladı,

Haraya tələsir,

Haya yetişmir!

 

Polis mayoru tək xidmət eyləyir,

Hələ qarşıda çox yüksəlişi var;

Qəlbinə qəribə duyğular gəlir,

Döyüşməkdən böyük vəzifəmi var?!

 

***

Xəyalı qayıdır ötən illərə,

Necə xoş xatirələr çağırır onu.

Deyir yürü tuşikən indi gülləyə,

Mən necə dayanım, kənarda durum?..

 

Beləcə düşünür... Dinir astaca:

Günü bu gün işi tərk etməliyəm.

Torpaq ehtiyaclıdı indi oğula,

Döyüşə gedərək "Görk" etməliyəm!

 

Yetişir Kəlbəcərə - ata, hayına,

Atanın qürurdan gözləri dolur.

Deyir yurdu qorumaq düşüb payıma,

Ata qəhərlənib pərişan olur:

 

Bu torpaq anamdı,

Sənsə balamsan,

Anamın balama ehtiyacı var.

Bu ellər arxamdı,

Sənsə qalamsan,

Ellər qalasıyla hər vaxt qorunar!

 

Bu səhnə Şahları təsirləndirir,

Deyir, yurdum üçün döyüş bir borcdur.

Bir az toxtayıb, inamla dinir,

Torpağın adını oğul ucaldar!!!

 

***

Hər sözü, kəlməsi can, yurdum oldu,

Yağının başına odlar ələdi.

Gedən torpaq üçün gözləri doldu,

Qanlar axıdanı, qana bələdi!

 

Söylədi rahatlıq haramdı bizə,

Gözümüz yuxuya tamarzı qalsın.

Dalğınlıq dolmasın heç qəlbimizə,

Oğul olan gərək, qisasın alsın!

 

Məsləki amalı yurd qorumaqdı,

Hər qarış yurduna anamsan dedi.

Ölümün gözünə ürəklə baxdı,

Mən kiməm? - Torpağa yanmasam

dedi?!

 

Hər ürək vurğusu el-obam oldu,

Yurduna sədaqət əqidəsiydi.

Könlümün gözünə əzablar doldu,

Həsrət nisgili qəlbin səsiydi:

 

"Döyüş alın yazım, taleyim deyib",

Köksündə inamdan qalalar qurdu.

Sözünü hər zaman tətiklə deyib,

Yurda göz dikəni, gözündən vurdu!!!

 

***

Yamaclar çağırıb hardasan deyir,

Zirvələr oğluna əl eyləyirdi.

Gözləri yaşlıdı qoca Tərtərin,

Mən sənin çayınam, gəl, al deyirdi...

 

Sinəsi ağrılar yuvası idi,

Ömrünü yollarda yaşayırdı o.

İstəyi dəli dağın havası idi,

Yurdunun dərdini daşıyırdı o.

 

Bir vətən oğluydu,

Sakit, səmimi

Neçə dərdi qəlbdə dəfn eləmişdi,

Torpaqla bağlıydı kədəri, qəmi,

Bu dərdlər saçına dən ələmişdi...

 

Köksünə od salan elin dərdiydi,

Hər gedən yurd yeri köksündə dağdı.

Şahlarım yurdumun əri, mərdiydi,

Yurdun əsgəriydi, üzü ağdı...

 

Harda bəla oldu, yetdi haraya,

Köksünü dağladı sinə ahları.

El üçün göz açdı Şahlar dünyaya,

Yurd üçün ömürdən gecdi Şahlarım!!!

 

***

...Bir karvan yol alıb dağlara doğru,

Karvanın başçısı Şahlardı bu gün.

Gizlənib yollarda başkəsən oğru,

Dığalar yolları tutub büsbütün.

 

Gəlmələr yerliyə meydan oxuyur,

Bizə qapımızda yalanla hürür.

Hər yanı tutubdu barıt qoxusu,

Xəstə xəyallar yallanıb, hürür!

 

Zatları bəllidi bu bədzatların,

Yediyi qabları batırar bunlar.

Belə yoldan çıxan, yol azanların,

İnsan çağrılmağa necə haqqı var?!

 

İrandan, Turandan köçrülüb gəlib,

Burda məskən salıb yüz əlli ildi.

Əvvəllər quzutək olublar həlim,

İndi bu ilantək bir haça dildi!

 

Kabab qoxusunu duyub gəliblər,

vaxtdı ac qarnın otarıb burda.

Namusu, qeyrəti qoyub gəliblər,

Sağalıb candakı qoturu burda...

 

***

Atəş yağır gedən karvanın üstə,

Yol gedən bu karvan qorunmalıdır.

Qoruyur karvanı yerli polislər,

Kəlbəcər karvandan barınmalıdır...

 

Gəlir tulaların atəş səsləri,

Bu karvan düşübdü mühasirəyə.

Hücuma keçənlər azğın sərsəri,

Bir deyən yox, yolu kəsmisən niyə?!

 

Səsi gəlir bu vaxt gənc komandirin:

"Karvanımız yolu qət etməlidir.

Hədəfə layiqli zərbə endirin,

Yardım məkanına tez yetməlidir"!

 

Seçir səngər kimi daşları burda,

Şahlarım yerini bərkidir bir az.

Avtomat yağışı başlanır burda,

Şahlarım söyləyir ləngimək olmaz!

 

Dəstəyə əmr edir, burda qalacam,

Azğın köynəklərin canın alacam!!

...Bir zabit yol üstə dayanıb mətin,

Qeyrət simvoludu, Şahlar millətin!!!

 

***

Etiraz edirlər döyüş dostları;

"Maşınlar getsinlər, səninlə qalaq.

Oturdaq yerində bu azğınları,

Yağının gözünün odunu alaq".

 

Yox, yox maşınları önə aparın,

Karvanımız yolda qalmasın dostlar!

Yanımda saxlayın patron qatarın,

Heç nədən qorxunuz olmasın dostlar!

Ehtiyat patronlar qoyulur yerə,

Maşınlar irəli doğru yol aldı.

Avtomat səsinə büründü dərə,

Bu gün özgə gündü, bir qeylu-qaldı...

 

Əsgərlər aparan axırıncı maşın,

Sürətlə şütüyür üzü geriyə;

Necə darda qoysun qardaş-qardaşı?!

Gəlib yetişdilər düz həmin yerə!

 

Daha kəsilibdi atəş sədası,

Komandiri yatıbdı qanın üstündə...

Üzündə qaliblik cizgi-ədası,

Əli, ürək - Vətən, - canın üstündə!!!

 

***

Bacılar istəkli olublar müdam,

Bacının qardaşla dinər muradı.

Bacı qurban deyər, qardaş adına,

Bir öyünc yeridir, qardaşın adı!

Bir cüt gözü bildi, öydü bacını,

Bacıya balaca anam söylədi.

Bacıdan gizlədi ağrı-acını,

Gərək sizin üçün yanam söylədi...

 

Bir qardaş müşkülə düşən zamanda,

Bacı ürəyinin gözü ağrıyar...

Qardaşın taleyi olsa amanda,

Bacının "can qardaş" sözü ağlayar.

 

Atanın qanıdı, ananın südü,

Bacı üçün qardaş çox-çox şirindi.

Ata tərbiyəsi, ana öyüdü,

Bacı sevgisinin hikməti dərin!

 

Bir bacı gözləri dolar-boşalar,

Əzizim, igidim, qardaşım deyər!

Torpağı qoruyar düşünən başlar,

Qardaşla ucadır, bu başım deyər!!

 

***

 

Əvəz bəy xatırlar ötən anları,

Üzündən, gözündən boylanar qürur.

Yadına salanda o, olanları,

Gözünün önündə bir körpə durur:

 

İndi düşündükcə keçən günləri,

Deyir, bu ömür-gün tez ötüşdü?..

Şahlar bir general ola bilərdi,

Bəxtinə igidlik, şəhidlik düşdü!

 

Hər ata qəlbinin öz istəyi var,

Özündən çox sevib balalarını.

Hərədən bulud kimi dolar, boşalar,

Düşünər oğlunun son baharını:

 

Şahları əzəldən düşüncəliydi,

Hər sözü tez duyar, tez anlayardı.

Həssasdır, kövrəkdi, incə qəlblidi,

Yaxşını o, pisdən tez ayırardı...

 

Hər övlad özünə bir yer eyləyər,

Hər ata ürəyi bir kainatdır.

Atalar balaya sağlıq diləyər,

Ayrılıq gətirən zaman-həyatdı!!

 

***

 

... Mənim döyüş yolum keçməyib hədər,

Mən payıma düşən qisası aldım.

Bir gün gələr, ruhum zəfərlə gülər,

Sağ ikən düşməni oda qaladım!

 

Bilirəm bir zaman o gün gələcək,

Ruhum zəfər günü orda olacaq.

Yurdumda insanlar deyib, güləcək,

Kədərli gözlərdən sevinc yağacaq!

 

Doğulduq bu yurda bir əsgər olaq,

Döyüşək yurd üçün bir övlad kimi.

İstədik böyüyək, biz yaşa dolaq,

Düşmənə "biçdirək əkdiklərini"!

 

Çağladı damarda gənclik eşqimiz,

Ana dediyimiz torpağı sevdik.

Torpağa tutiyə söyləmişik biz,

Vətəndə bir sarı yarpağı sevdik.

 

Mənim qəhrəmanım bir zaman belə

söylədi:

Torpaq müqəddəsdi,

Torpaq əzizdi...

Sözünə, əhdinə əməl eylədi,

Sevdiyi torpağa, can əsirgəmədi!!!

 

Ədalət 2017.- 30 sentyabr.- S.13.