Oğul borcu...
Poemadan bir parça
Nazim ƏLİOĞLU
Azərbaycanın Milli Qəhrəmanı
Şükürov Şahlar
Əvəz oğlunun
ömür yoluna həsr olunur
Hər bir tarix müdrik
cana borcludur,
Yaddaş ömür deyil, qana borcludur.
Dünyada hər kəs bir cana
borcludur -
Vətən oğulları, verər bu borcu.
Doğulduğu ocaq Kəlbəcəridi,
Gözəl məkanda boya-başa çatıbdı.
Yurdudu, eşidi ən böyük dərdi,
Ürəyi köksündə qəmə
batıbdı...
Üstünü alıbdı neçə
qayğılar,
İçində bir döyüş səsi dillənir.
Polis böyüyüdü öz
işi-gücü var,
Könlünün gözünə odlar ələnib.
Torpağa sevgidən,
Yurda sevgidən.
Ürəyi köksündə qanadlanıbdı,
Hər vaxt nigarandı obadan-eldən,
Bir qisas almağa inadlanıbdı.
Yuvası,
torpağı qana boyanıb,
Şahların köksünə bir
ağrı düşüb;
Bir məğrur qartalın,
Qartal övladı,
Haraya tələsir,
Haya yetişmir!
Polis mayoru tək xidmət eyləyir,
Hələ qarşıda çox
yüksəlişi var;
Qəlbinə qəribə duyğular
gəlir,
Döyüşməkdən böyük vəzifəmi
var?!
***
Xəyalı qayıdır ötən
illərə,
Necə xoş xatirələr çağırır onu.
Deyir yürü tuşikən indi gülləyə,
Mən necə dayanım, kənarda durum?..
Beləcə düşünür... Dinir astaca:
Günü bu gün işi
tərk etməliyəm.
Torpaq ehtiyaclıdı indi oğula,
Döyüşə gedərək
"Görk" etməliyəm!
Yetişir Kəlbəcərə - ata, hayına,
Atanın qürurdan gözləri dolur.
Deyir yurdu qorumaq düşüb
payıma,
Ata qəhərlənib pərişan
olur:
Bu torpaq anamdı,
Sənsə balamsan,
Anamın balama ehtiyacı var.
Bu ellər arxamdı,
Sənsə qalamsan,
Ellər
qalasıyla hər vaxt qorunar!
Bu səhnə Şahları
təsirləndirir,
Deyir, yurdum üçün döyüş
bir borcdur.
Bir az toxtayıb,
inamla dinir,
Torpağın adını oğul
ucaldar!!!
***
Hər sözü, kəlməsi
can, yurdum oldu,
Yağının başına odlar ələdi.
Gedən
torpaq üçün
gözləri doldu,
Qanlar axıdanı, qana bələdi!
Söylədi rahatlıq haramdı
bizə,
Gözümüz yuxuya tamarzı qalsın.
Dalğınlıq dolmasın heç
qəlbimizə,
Oğul
olan gərək, qisasın alsın!
Məsləki amalı yurd qorumaqdı,
Hər qarış yurduna anamsan dedi.
Ölümün gözünə ürəklə
baxdı,
Mən kiməm? - Torpağa
yanmasam
dedi?!
Hər ürək vurğusu el-obam oldu,
Yurduna sədaqət
əqidəsiydi.
Könlümün gözünə əzablar
doldu,
Həsrət nisgili qəlbin
səsiydi:
"Döyüş alın yazım, taleyim deyib",
Köksündə inamdan qalalar qurdu.
Sözünü hər zaman tətiklə deyib,
Yurda göz dikəni, gözündən vurdu!!!
***
Yamaclar çağırıb hardasan
deyir,
Zirvələr oğluna əl eyləyirdi.
Gözləri yaşlıdı qoca
Tərtərin,
Mən sənin çayınam, gəl, al deyirdi...
Sinəsi
ağrılar yuvası
idi,
Ömrünü yollarda yaşayırdı
o.
İstəyi dəli dağın
havası idi,
Yurdunun dərdini
daşıyırdı o.
Bir vətən oğluydu,
Sakit, səmimi
Neçə dərdi qəlbdə
dəfn eləmişdi,
Torpaqla bağlıydı kədəri,
qəmi,
Bu dərdlər saçına
dən ələmişdi...
Köksünə od salan elin dərdiydi,
Hər gedən
yurd yeri köksündə dağdı.
Şahlarım yurdumun əri, mərdiydi,
Yurdun əsgəriydi, üzü
də ağdı...
Harda bəla oldu, yetdi haraya,
Köksünü dağladı sinə ahları.
El üçün göz açdı Şahlar dünyaya,
Yurd üçün ömürdən
gecdi Şahlarım!!!
***
...Bir karvan yol
alıb dağlara doğru,
Karvanın başçısı Şahlardı
bu gün.
Gizlənib yollarda başkəsən
oğru,
Dığalar yolları tutub büsbütün.
Gəlmələr yerliyə meydan
oxuyur,
Bizə qapımızda yalanla hürür.
Hər yanı tutubdu barıt qoxusu,
Xəstə xəyallar yallanıb,
hürür!
Zatları bəllidi bu bədzatların,
Yediyi qabları
batırar bunlar.
Belə
yoldan çıxan, yol azanların,
İnsan çağrılmağa necə
haqqı var?!
İrandan, Turandan köçrülüb
gəlib,
Burda məskən
salıb yüz əlli ildi.
Əvvəllər quzutək olublar
həlim,
İndi
bu ilantək bir haça dildi!
Kabab qoxusunu duyub gəliblər,
Nə vaxtdı
ac qarnın otarıb burda.
Namusu, qeyrəti qoyub gəliblər,
Sağalıb candakı qoturu
burda...
***
Atəş yağır gedən
karvanın üstə,
Yol gedən
bu karvan qorunmalıdır.
Qoruyur karvanı yerli polislər,
Kəlbəcər karvandan barınmalıdır...
Gəlir
tulaların atəş
səsləri,
Bu karvan düşübdü
mühasirəyə.
Hücuma
keçənlər azğın
sərsəri,
Bir deyən
yox, yolu kəsmisən niyə?!
Səsi
gəlir bu vaxt gənc komandirin:
"Karvanımız yolu
qət etməlidir.
Hədəfə layiqli zərbə
endirin,
Yardım
məkanına tez yetməlidir"!
Seçir səngər kimi
daşları burda,
Şahlarım yerini bərkidir
bir az.
Avtomat yağışı başlanır
burda,
Şahlarım söyləyir ləngimək
olmaz!
Dəstəyə əmr edir, burda qalacam,
Azğın köynəklərin canın alacam!!
...Bir zabit yol
üstə dayanıb
mətin,
Qeyrət
simvoludu, Şahlar millətin!!!
***
Etiraz edirlər döyüş
dostları;
"Maşınlar getsinlər,
səninlə qalaq.
Oturdaq yerində bu azğınları,
Yağının gözünün odunu alaq".
Yox, yox maşınları önə aparın,
Karvanımız yolda qalmasın
dostlar!
Yanımda saxlayın patron qatarın,
Heç
nədən qorxunuz olmasın dostlar!
Ehtiyat patronlar qoyulur yerə,
Maşınlar irəli doğru yol aldı.
Avtomat səsinə büründü
dərə,
Bu gün özgə gündü, bir qeylu-qaldı...
Əsgərlər aparan axırıncı
maşın,
Sürətlə şütüyür üzü geriyə;
Necə darda qoysun qardaş-qardaşı?!
Gəlib
yetişdilər düz
həmin yerə!
Daha kəsilibdi atəş sədası,
Komandiri
yatıbdı qanın
üstündə...
Üzündə qaliblik cizgi-ədası,
Əli,
ürək - Vətən,
- canın üstündə!!!
***
Bacılar istəkli olublar
müdam,
Bacının qardaşla dinər muradı.
Bacı
qurban deyər, qardaş adına,
Bir öyünc yeridir, qardaşın adı!
Bir cüt gözü bildi, öydü bacını,
Bacıya balaca anam söylədi.
Bacıdan gizlədi ağrı-acını,
Gərək sizin üçün
yanam söylədi...
Bir qardaş müşkülə
düşən zamanda,
Bacı
ürəyinin gözü
ağrıyar...
Qardaşın taleyi olsa amanda,
Bacının "can qardaş" sözü ağlayar.
Atanın
qanıdı, ananın
südü,
Bacı üçün qardaş
çox-çox şirindi.
Ata tərbiyəsi, ana öyüdü,
Bacı
sevgisinin hikməti dərin!
Bir bacı gözləri dolar-boşalar,
Əzizim,
igidim, qardaşım deyər!
Torpağı qoruyar düşünən
başlar,
Qardaşla ucadır, bu başım deyər!!
***
Əvəz bəy xatırlar
ötən anları,
Üzündən, gözündən boylanar qürur.
Yadına
salanda o, olanları,
Gözünün önündə bir
körpə durur:
İndi
düşündükcə keçən günləri,
Deyir, bu ömür-gün nə tez ötüşdü?..
Şahlar
bir general ola
bilərdi,
Bəxtinə igidlik, şəhidlik
düşdü!
Hər ata qəlbinin öz istəyi var,
Özündən çox sevib balalarını.
Hərədən bulud kimi dolar, boşalar,
Düşünər oğlunun son baharını:
Şahları əzəldən düşüncəliydi,
Hər sözü
tez duyar, tez anlayardı.
Həssasdır, kövrəkdi, incə
qəlblidi,
Yaxşını o, pisdən tez ayırardı...
Hər övlad özünə bir yer eyləyər,
Hər ata ürəyi bir kainatdır.
Atalar balaya sağlıq diləyər,
Ayrılıq gətirən zaman-həyatdı!!
***
... Mənim döyüş yolum keçməyib hədər,
Mən payıma düşən qisası aldım.
Bir gün gələr, ruhum zəfərlə gülər,
Sağ ikən düşməni oda qaladım!
Bilirəm bir zaman o gün gələcək,
Ruhum zəfər günü orda olacaq.
Yurdumda insanlar deyib, güləcək,
Kədərli gözlərdən sevinc yağacaq!
Doğulduq bu yurda bir əsgər olaq,
Döyüşək yurd üçün bir övlad kimi.
İstədik böyüyək, biz yaşa dolaq,
Düşmənə "biçdirək əkdiklərini"!
Çağladı damarda gənclik eşqimiz,
Ana dediyimiz torpağı sevdik.
Torpağa tutiyə söyləmişik biz,
Vətəndə bir sarı yarpağı sevdik.
Mənim qəhrəmanım bir zaman belə
söylədi:
Torpaq müqəddəsdi,
Torpaq əzizdi...
Sözünə, əhdinə əməl eylədi,
Sevdiyi torpağa, can əsirgəmədi!!!
Ədalət 2017.-
30 sentyabr.- S.13.