OXU, ELNARƏ, OXU
Muğam və xalq
mahnılarımızın məşhur ifaçısı, əməkdar
artist Elnarə Abdullayevanı dinləyərkən
Bu səs mələkdən gəlir,
Qövsi-qüzehdən gəlir,
Ələmində Göyçə var,
Bizim tərəfdən gəlir. -
Oxu, Elnarə, oxu!
Burdan qəribmi keçdi?!
Dərdi səribmi keçdi?
Min oxuyan yığışa,
Tanrı bu səsi seçdi! -
Oxu, Elnarə, oxu!
Bu səs səslər şahıdır,
Muğamın Allahıdır,
Nəvəmin "ana" səsi,
Balamın son ahıdır! -
Oxu, Elnarə, oxu!
Çox
sənələr ötüşüb,
Tale oduma düşüb,
"Ya Sin" soraq vermədi,
Anam yadıma düşüb,
-
Oxu, Elnarə, oxu!
Haqq boyda qan içən
var,
Bic əyyamı seçən
var,
Zaman oğulsuz qalıb,
Qız çiynində köçən
var! -
Oxu, Elnarə, oxu!
O körpə anasızdı,
Bu ana balasızdı,
Allahım, kərəm eylə,
Ürəyimə "of" sızdı! -
Oxu, Elnarə, oxu!
Hoqqalar işıq saçır,
Zibilliklər dil açır,
Analar gözyaşını
Uşağa verib qaçır!
-
Oxu, Elnarə, oxu!
Həccin
əsil hacısı,
Yox dilinin acısı,
Dindir
"Yetim segahı",
İslamın1
səs bacısı,
-
Oxu, Elnarə, oxu!
Açılan sabaha bax,
Amana bax, aha bax,
Alovsuz yaxma bizi,
Ay qızım, Allaha bax! -
Oxu, Elnarə, oxu!
At ürəkli anasan,
Nəğməqanad sonasan.
Səxan
ölçüyə gəlməz,
Günü-günə calasan. -
Oxu, Elnarə, oxu!
Diləyində şölən var,
Aç qəlbini gələn var.
Səni
bənövşə görüb,
Səsin
üstə "ölən"
var! -
Oxu, Elnarə, oxu!
Qarabağı şər alıb,
Yöndəmsiz nökər alıb,
Xan qızı da oyanmır,
Şuşa vətənsiz qalıb!
-
Oxu, Elnarə, oxu!
Bu yol xeyli uzandı?
Gedən karvan dayandı.
Əslinin oduna bax,
Kərəm indicə yandı!
-
Oxu, Elnarə, oxu!
Güllər həşəm olanda,
Gözlər yağıb, dolanda.
Tarzən
kamana dönür;
Sən oxu, tar çalanda. -
Oxu, Elnarə, oxu!
Hardan əsir
bu nəsim?
Əsirəm əsim-əsim.
Xalqı
imana qaytar,
Səsinə qurban kəsim!
-
Oxu, Elnarə, oxu!
BULAQ
İşğal altında qalan bulaqları düşünərkən
Nola qanad çalam durna köçündə,
Yaralı ahımdan oyana bulaq.
Düşmənin dolçası əlində
qala,
İlan tək boynuna dolana bulaq.
Zirvə
oğulları köhlənsiz
qalıb,
Kəsilmir əmliyi, şölənsiz
qalıb,
Bu boyda vətəndə vətənsiz qalıb!
Yüz dəfə
boyanıb al qana bulaq.
Lilparlar
gizlədər neçə
dərdini,
Duyan dastan eylər bircə dərdini,
Şuşa nisgilini, Göyçə
dərdini,
Danışar çisginə, dumana bulaq.
Neçə sirdən keçib,
sehrdən gəlir,
Qəzəbdən süzülüb, mehrdən
gəlir,
Gözündən öpənin gözündən
gəlir,
Ağlamaq öyrədir insana
bulaq!
OĞLUM
Bu qoca dünyanı dərk et dərindən,
Oxu hər cığırı, hər
izi, oğlum.
Ömür sahilində dalğa
gözləmə,
Yarat amalında
dənizi, oğlum.
Hamıya
oğul ol, hər kəsə sevil,
Qazancına güvən, varına
əyil,
Onsuz da bu gərdiş
heç kimin deyil,
Xatırla nökəri, kənizi, oğlum.
Hər yoldan keçəni yığma başına,
Dərd
içinə hopar, zəhər aşına,
Vətəndən od dilə ocaq daşına,
Əyilməz millətin əzizi, oğlum.
Gəz,
dolan elləri, mətin ol, mətin,
Şövqünə aldanma zərin, zinətin,
Bulanmaq asandı, durulmaq çətin,
Gəzdir vicdanında tərəzi,
oğlum.
Öyrədən harda var təbiət
kimi?
Düşmən görməmişəm ədavət kimi,
Hökmünü əsdirib qiyamət
kimi!
Qırma nə ürəyi, nə dizi, oğlum.
Zülmün sarayından kaha
yaxşıdır,
Yaxşı yaxşı gəlsə,
baha yaxşıdır,
Qızıldan, gümüşdən daha yaxşıdır,
Adamın halalı, təmizi, oğlum.
Tanrıya ürək aç,
könül ver dinə,
Sahib çıx fəryada, yiyə dur ünə.
Ata çörəyinə, ana
südünə,
Gəl xəcil eləmə sən bizi, oğlum!
Olub-keçənləri demərəm unut,
Sükut
başdaşıdır, xəyanət
- süqut!
Qəbrimin üstündə bayraq
kimi tut,
Göyçəni, Sulduzu, Təbrizi, oğlum!
1. Məşhur
xanəndə İslam Abdullayev
2.
Ədalət $g 2017.- 30
sentyabr.- S.10.