Sumqayıtda bir
şairə - Gülnarə Cəmaləddin
Vaqif YUSİFLİ
Şeirdə təzə söz demək, özünəməxsus ifadə tərzi ilə seçilmək hər şairə nəsib olmur. Şeir poetik istedad tələb edir və poeziyanın ilkin şərti elə budur - "Bəli, şair olmaq odur ki, gərək Öz damarlarından qanı çəkərək Vurub isidəsən özgə qanını" (Sergey Yesenin). Gülnarə Cəmaləddin elə ilk şeirlərindən istedadının, onu daxilən, ruhən həyəcanlandıran duyğularının axarınca gedib. "Mən və Dünya!"- Özümü bu geniş, intəhasız dünyada necə hiss edirəm və görürəm? İçimdəki Dünya ilə böyük Dünya arasında nə kimi ilişgilər, körpülər və təzadlar var? O, sanki hər şeirində bu suallara cavab axtarıb.
Ömrümün üstünə qalxıb
başımın üstündəki
dar ağacından tutub
boylanıram Azadlığıma.
Azadlığımın o üzündə mavilik
və sonsuzluq.
Dünya necə gözəl
Və təmiz.
Bu şeiri çoxdan yazıb Gülnarə. İçindəki bir təzadın, azadlıq həsrətinin, dünyanı gözəl və təmiz görmək istəyinin şöləsi olan bu misralar sonralar neçə şeirində yeni versiyalarla üzə çıxdı.
Gülnarə Cəmaləddin təzadlı, bir-birinə əks duyğuları, zaman etibarilə keçmişi və indini, gözəlliyi və bunun qəsdinə duran aləmi şeirlərində beləcə əks etdirir. Bizə məlum olan motivlərə mürəciət edəndə mütləq sxemdən, deyilmiş fikirlərdən mümkün qədər uzaqlaşır. Deyək ki,Vətəndən şeir yazanda Vətən sevgisini şablona çevirmir, bu sevginin təzə çalarını bizə təqdim edir:
Mən səni elə sevirdim, vətən,
Şəhid qəbirlərinə
qərənfillər düzülməmişdi,
Xocalı əsir düşməmişdi.
Mən səni elə sevirdim, vətən,
Quşlar göy üzünü sevəntək.
Mən səni elə sevirdim, vətən,
Pioner balaların gül daşıyırdı
Bolşeviklərin bəzəkli məzarına,
Proletar balaların inanırdı
Kommunizmin nağılına.
Bir də
səni o cürə sevməmək
o vaxt
Gəlməzdi heç kəsin ağlına.
Mən səni elə sevirdim, VƏTƏN,
Çünki
sən
məndən çox,
özgənin idin
o vaxt.
Hər mövzuya bu sayaq sərbəst, özünün düşündüyü,
lakin bizi də düşündürdüyü
kimi yanaşdıqda baxış bucağı dəyişir, məlum nöqtəyə bir başqa cür boylanırsan.Gülnarə Cəmaləddin
bu "gəlimli-gedimli
dünyaya" da adi baxmır, həmişə qeyri-adilik
axtarır. Şeirdə qeyri-adilik fikir
təzəliyində üzə
çıxır.
Siz intihar edən qar dənələri
görmüsünüzmü?
Elə bunun özü
obrazlı bir ifadədir.
Gülnarənin şeirində
bir qar dənəciyi
Yer üzünə özünü atır ki, onu çirkabdan
təmizləsin, dünyaya
bir saflıq yaysın.Düşünürsən ki, sən demə,
ömrü saniyələrlə
ölçülən maddi
bir varlığın
öz ölümü,
intiharı hesabına
belə "qəhrəmancasına
hərəkəti" adi
təbiət hadisəsi
deyilmiş… Doğrudanmı, onun intiharı
insanları müdhiş
ölüm barədə
düşünməyə sövq edəcək?
Sənin
ağlığından adam üşüyür,
Sənin təmizliyin çoxuna yaddı.
Sənin
səssizliyin, sənin
sükutun
Sənin
soyuqluğun adam
öldürür.
Allahdan yuxarı getməyə yol yox,
Allahdan aşağı
ölməyə yer
var.
Hər kəsin dilində sevdiyi dua,
Hər kəsin
içində ilahi sirr var.
İntihar eləyən qar
dənəciyi
Çırpırsan özünü torpağa,
daşa.
Qorxuram hamını çəkə
intihar
Dünyada bir təmiz adam qalmaya.
Gülnarə Cəmaləddin ən zərif, ən kövrək hissləri qələmə alır bəzən ən sərt həqiqətlərə
üz tutur, amma hər ikisində
fikir, məna yolunu tutur, bircə
işarə, informasiya
kifayətdir ki, həmin fikir hissin, duyğunun da ifadəsinə çevrilə. Balıqlar niyə ablamırlar?
Çünki: "Mələklər
qonası çiyinləri
yox, Su yuyub aparar günahlarını".
Qaranquş bu yaz gecikir. Bu təsadüfə
Cülnarə bir təəssüf çaları
qatır: "Dedim bəlkə yaz gələndə anam gələ, evini sahmana salmağa, Səməni göyərtməyə
elə tələsirdi
anam". Torpağından
çiçək deyil,
qan daman ərəb baharı-
"Səhrada bahar olmur, çiçəklər
açılmır, Hardan
gəldi bu bahar güllələr açıldı. Bahar kimə
gərəkdi sevinci yoxsa çiçək gətirməyəcəksə".
Şeirlərində müharibə dövrü
qadınlarının əhval-ruhiyyəsi,
psixoloji yaşantıları
duyulur. "Mənim
sevgi yaşımda yağmalandı məmləkətim.
Üsyan dolu şeir yazdım sevgi,
həsrət nəğmələri
dinləmədim".Amma sevgi
şeirləri yazanda da orijinallığa meyl edir:
Səni
sevmək
Şopeni
dinləmək qədər
dadlı
Və
Bir çiçəyi anlamaq
qədər hüznlü
Səni
sevmək
odla oynamaq qədər qorxulu
Səni
sevmək
Ölümü sevmək
demək..
Sevgi elə bir hiss, duyğudur ki, onun min bir çaları
var. Qəmin min bir çaları olduğu kimi. Kimsə deyir ki, sonu vüsal olan məhəbbətlər
heç zaman ruhi ehtiyacdan doğmur, burada müqəddəslikdən uzaqlaşırsan.
Amma söhbət sevginin təmizliyindən, saflığından
gedirsə, vüsal da gözəldir, hicran da. Gülnarənin sevgi şeirləırində
bu mənada bir təmizlik görürsən.
Kişilər öləndə
ilk öncə sevdiyi qadınlar yetim qalar.
Kədərini ovcunda cırmaqlayaraq
Çəkilib kimsənin görmədiyi
yerdə
Gizlicə hönkürər.
İlk sözü qadınlar yazar
Sinəaltı baş daşlarına.
Yer üzündə
qərib qalar,
ürəksiz olar
əslində, sevdiyi kişiylə birgə ölər
bütün sevən
qadınlar.
Gülnarə Cəmaləddinin elə bir şeiri yoxdu ki, o şeirdə
insan hissləri ilə təbiət arasında bir harmoniya, bir oxşarlıq görməyəsən. Hətta
elə şeiri var ki, təbiətin
özü də insaniləşir: "Bu şəhərin
havası Sevgi kimi kədərli, Həsrət kimi ağırdı".Yaxud: "Göyün bağrı çatlayır, Od püskürür qəhərdən.
Köhnə, kimsəsiz evlər
Könlüm kimi kədərli. Adamlar quşlar
kimi çəkilir yuvasına".
Ana ölümü, ata
həsrəti…Gülnarənin
bu nisgillərində də ənənəvi, çoxlarının söylədiyi
və artıq şablona çevrilmiş
ifadələr görməzsən. Bir şeirində
Allahla Ana üzü arasında bir assosiasiya yaradılır.
Başqa bir şeirində: "Anam Allahı köməyə
çağıranda göyə
baxardı. Öləndə qapıya baxdı,
bir də nakam balasının şəklinə. Mən anamı
itirəndən dünya
anasız qaldı"-
anasızlıq hüznü
çox təbiidir.
Başqa bir şeirində isə:
"Gec oldu xoşbəxt eləyə
bilmədim səni. Dünyanın ən xoşbəxt qadınıydın
bəlkə də, dünyanın ən xoşbəxt anası eləyə bilmədim səni"- təəssüf,
itkidən doğan ağrıdı bu. Ana itkisiylə
tamam təzadlı bir mənzərəyə
diqqət edin:
Bu yaz da beləcə
çıxıb əlimdən
qəfil parıltıyla
uçub gedəcək
Hər qırılan
budaq.
hər düşən
yarpaq
Anamı,
Anamı xatırladacaq.
Adətən, bizim qadın yazarların şeirlənindən
həmişə tənhalıq
qoxusu gəlir, hətta tənhalığın
acısını hiss edirsən
o şeirlərdə. Bu tənhalıq ya onların bəxtinin kəm olmağından, ya sevginin ayrılıq
nisgilindən, ya da kimsəsizlikdən, təklikdən yaranır…Əlbəttə, tənhalığın
yaratdığı ağrı-acılar
da insan ömrünün yaşantılarıdır,
bəzən insan özünü tənhalıqda
daha xoşbəxt hiss
edir, bəzən isə bu tənhalıq
onun ömrünü tükəndirir. Gülnarənin
şeirlərində də
tənhalığın yaratdığı
ab-hava, səssiz fəryada,
hıçqırtıya çevrilən
anları izləyirsən,
ancaq sanki bunun əksinə olaraq tənhalığa üsyan edən bir qəlbin nidaları eşidilir. "Öpdüm
bu yağışın
gözlərindən barmağımla.
Pəncərəyə adımı
yazdım dodaqlarımla,
köhnə, lap köhnə
bir mahnını mızıldadım içimdə"-bu misralar hər
halda bir tənhalıq əsirinin dilindən qopur. Amma "Söndürün gecə
lampalarını, Kəsin
beynimi didən o qaraçı havasını.
Şahid
tutmayın buludların
qoltuğunda daldalanan solğun ayı. Ağlamayın, üzülməyin, oyatmayın yalanları"
misraları tənhalığın
inkarıdır.
Ümumiyyətlə, Gülnarə Cəmaləddinin istər
kədərli, istər
tənhalıq qoxulu, istər sevinc, səadət damcılanan,
istərsə də həyatla, gerçəkliklə,
vətən havası
ilə yazılan şeirləri olsun, bütün bunlar həyatı sevən bir şairənin poetik yaşantılarıdır…
Görəsən, həyatı belə
sevmək olarmı?
Sən atamın dərdi qədər kübar,
Anamın göz yaşları qədər zalım.
Bir uşaq oyuncağı kimi aldadıcı,
Bir yalan qədər məsum.
Dostlara adlar yazılacaq qədər
vəfasız.…
Amma mən bu misralarda
əsl həyat eşqini də gördüm:
Bayrağını başa çəkdim,
Torpağına ana dedim.
Heç
bir kəsə qıymadığım
Canı
qurban sana-dedim.
Quşlar
paşa-paşa uçar,
Çiçəklərin xanım-xatın.
Buludların əlçim-əlçim,
Ətəklərin gülabatın.
P.S.
İyulun isti yay günlərindən
biri- 27 iyul. Sumqayıtda, Əli Kərim poeziya klubunda kiçik bir toplantı. Burada yaşayan söz
adamları Azərbaycan
Yazıçılar Birliyinin
Sumqayıt bölməsinə
yeni sədr seçəcəkdilər. Uzun illər bu bölmənin
rəhbəri olmuş
istedadlı şair Sabir Sarvan bir
neçə aydı ki, dünyasını dəyişmişdi. Mən də
o toplantıda iştirak
elədim. Rəşad
Məcid Yazıçılar
Bimrliyinin sədri Anar müəllimin imzaladığı bir sərəncamla iştirakçıları
tanış etdi. Şairə Gülnarə Cəmaləddin
Azərbaycan Yazıçılar
Birliyi Sumqayıt bölməsinin sədri seçildi. Hamı kimi
mən də ona uğurlar arzuladım. Oxucuları
Gülnarənin qısa
tərcümeyi-halı ilə
tanış edirəm: Gülnarə Şirinalı qızı
Niftiyeva 1963-cü ildə
Yardımlıda dünyaya
gəlib. Orta məktəbi bitirəndən
sonra Sumqayıta köçüb, burada universitet bitirib. Səksəninci illərdən şeir
yazmağa başlayıb.
2000-ci ildən Yazıçılar Birliyi
Sumqayıt bölməsində
məsləhətçi işləyirdi.
Bir şeir kitabı ("Qəhvə rəngi")
nəşr edilib, amma "Azərbaycan",
"Uldüz" jurnallarında,
"Ədəbiyyat qəzeti"ndə
tez-tez şeirləri dərc edilir.
FacebookTwitterGoogle+E-mailÅùå...
Ədalət 2017.- 1 sentyabr.- S.15.